Fətullayev Şamil Seyfulla oğlu

Azərbaycan Milli Elmlər Akademiya­sı­nın həqiqi üzvü Şamil Seyfulla oğlu Fətul­layev 24 dekabr 1928-ci ildə Bakı şəhərində anadan ol­­muş­dur. O, 1953-cü ildə Azərbaycan Poli­tex­nik İns­ti­­tu­tunun Memar­lıq-inşaat fa­kül­təsini bitir­miş­dir. 1956-cı ildə AEA-nın Memarlıq və İn­cə­sənət İnsti­tutunun aspirantı olmuş, 1963-cü il­də namizədlik, 1980-ci ildə doktorluq dis­ser­ta­siyası müdafiə etmiş, 1990-cı ildə professor elmi adını­ almışdır.

Ş.Fətullayev 2014-cü ildə həqiqi üzvü seçilmişdir.

Azərbaycan memarlıq tarixinin XIX-XX əsr dövrlərinin tədqiqi məhz onun adı ilə bağlıdır. Azərbaycan memarlığı və şə­hər­sal­ma­ tarixi üzrə dərin elmi bi­liklərə malik olan Ş.Fə­tul­la­yev öz elmi məktəbini yarat­mış­dır. Məhz bu məktə­bin elmi baza­sın­da ilk dəfə tanınan Zivərbəy Əhmədbə­yo­vun, Qa­sımbəy Hacı­ba­­ba­bə­yo­vun, Kər­bə­la­yi Səfi­xan Qarabağinin, Mə­şə­di Mirzə Qafar İz­ma­yı­lo­vun və b. görkəmli memar­la­rımızın həyat və ya­ra­dı­cı­lı­ğı gənc alim­lə­ri­mi­zin tədqiqat ob­yek­tinə çev­rilmiş, dəyərli elmi əsər­lər yazılıb çap et­di­rilmişdir.           

Azər­bay­can Dövlət muka­fatı laureatı olmuş, Əməkdar memar adını almış, Şərq Öl­kə­­ləri Beynəlxalq Memar­lıq Aka­de­mi­yasının pre­zidenti, Beynəlxalq Me­mar­lıq Akademi­ya­sı­­nın müxbir üzvü (Ru­siya), Türk İncəsənəti üzrə Bey­nəl­xalq Konqresin həqiqi üzvü seçilmişdir.

Azərbaycan milli memarlıq ta­ri­xi­nin dün­­­­ya miqyasında təbliğ olun­ma­sında Ş.Fə­tul­layevin xidmətləri bö­yükdür. Bu ba­xım­­dan o, Pol­şa (1971), İran (1991-1998), Tür­kiyə (1991), İor­daniya (1996), Hollandiya (1999) və başqa öl­kə­lər­də keçirilən bey­nəl­xalq kon­frans­larda uğurla çıxış edə­rək Azərbay­can memarlı­ğını layiqincə təmsil etmişdir.

Alimin rəhbərliyi altında 15 elmlər na­mizədi, 4 elmlər doktoru ye­tiş­miş­dir. Ş.Fə­tul­la­yev 150-dən artıq elmi əsə­rin müəllifidir. Onlardan «XIX-XX əsrin əvvəl­ləri Bakının şəhərsalma memarlığı» (1978), «XIX-XX əs­rin əvvəlləri Azərbaycanın şəhərsalma və me­mar­­lı­ğı» (1986), «Azərbay­can məs­cid­ləri» (1996), Teh­randa çap olunmuş «İran şəhərləri Qacarlar döv­ründə” (2000), «Bakı­nın Memarlıq ensik­lo­­pe­di­yası» (1998), «Abşeron memarlığı» (2003, 2013), «Memar Məşədi Mirzə Qa­far İz­­maylov» (2013) mono­qra­fi­ya­ları xüsusilə qeyd olunmalıdır.

Görkəmli alim el­mi fəaliyyəti dövründə bir sıra mükafatlara la­yiq görülmüş, 1986-cı ildə «Şərəf  Nişanı» ordeni, 2000-ci ildə Azərbay­can Respublikasının Pre­­zi­denti Heydər Əliyevin fərmanı ilə «Şöh­rət» ordeni ilə təltif olunmuşdur. Həmçinin 2008-ci ildə Polşa Respublikasının Qızıl medalına layiq gö­rül­müşdür.

Akademik Şamil Fətullayev 2015-ci il mart ayının 9-da Bakı şəhə­rində vəfat etmişdir. 

(1928-2015)