Nadirov Asəf Abbasqulu oğlu

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın həqiqi üzvü Asəf Abbasqulu oğlu Nadirov 1929-cu il martın 13-də Naxçıvan Mux­tar Respublikası Şərur rayonun­da ana­dan ol­muşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Geo­loji coğrafiya fakültəsini bitirmişdir. A.Nadirov 1956-cı ildə SSRİ EA Coğrafiya İns­ti­tu­tunda “Nax­çıvan MSSR: İqtisadi-coğ­rafi səciy­yə­si” mövzusunda dis­ser­tasi­ya müdafiə et­miş­dir. 50-ci illərin axırları və 60-cı illərdə apardığı gərgin elmi təd­qiqat işlərinin nəticəsi ola­raq, A.Nadirov 1968-ci ildə “Azər­bay­canda səna­yenin səmərəli yer­ləş­diril­mə­sinin iqtisadi problemləri” möv­zu­sun­da dok­tor­luq dissertasiyası müdafiə et­miş­dir.

A.Nadirov 1958-1992-ci illərdə Azərbaycan EA İq­ti­sadiyyat İnstitu­tunda şöbə mudi­ri, 1964-1981-ci illərdə həmin institutda elmi işlər üzrə di­rektor müa­vini, 1981-1998-ci illərdə Azər­bay­­can Elmlər Aka­de­miyası Rəya­sət Heyə­ti­nin üzvü, Azərbaycan EA İq­ti­sa­diy­yat İnsti­tu­tu­nun nəzdindəki ixti­saslaşmış mü­da­fiə şurasının sədr müavini (1980-1989) və (1990-1998) sədri olmuşdur.

Akademik A.Nadirovun bilavasitə rəh­bər­­liyi ilə 50-dən çox elmlər na­mi­zə­di və 6 elm­­lər doktoru hazırlanmışdır.

A.Nadirovun yaradıcılığının ana xət­­tini sə­na­yenin inkişafı, onun qu­ru­lu­şu­nun tək­mil­ləş­­dirilməsi və səmərəli yer­­ləşdirilməsi prob­lem­­ləri təşkil edir. O, ipəkçiliyin və ipək sə­na­ye­sinin sə­mə­rə­li inkişafı üçün respublikada ge­niş tə­bii imkanların, əhalinin böyük istehsal təc­­rübəsinin və tarixi ənənə­lərinin möv­cud ol­du­ğunu əsaslandırmışdır. Azər­bay­canda qənd is­tehsalının yaradılması ide­yasını da ilk dəfə o irə­li sürmüş və bu­nun heyvandarlığın yem ba­za­sının möh­kəmlənməsi sahəsində də mühüm rol oynaya biləcəyini qeyd etmişdir.

A.Nadirov 1966-1981-ci illərdə Azər­bay­­can SSR Elmlər Akademiyası Xəbər­ləri “İq­­­ti­sa­diy­yat” seriyasının baş redaktor müa­vi­ni, 1981-ci ildən son­ra isə hə­min jur­na­lın baş redaktoru vəzifəsində işləmişdir. 1989-cu ildə AMEA-nın həqi­qi üzvü seçilmişdir. 800-dən çox elmi əsərin, o cümlə­dən monoqrafi­ya, kitab və ki­tab­çaların müəllifidir.

A.Nadirov uzun illər həm keç­miş İttifaq respublikalarında, həm də bir çox xa­ri­ci ölkələrdə (Fransa, Hindistan, Turkiyə, İran, Al­maniya, Yuna­nıs­tan, Maca­rıstan, Belçika və s.) keçirilən beynəlxalq simpozium və elmi konf­rans­lar­da Azərbaycan iqtisad elmini layi­qin­­­cə təmsil etmişdir.

A.Nadirovun əməyi dövlətimiz tə­rə­fin­dən yüksək qiymətləndiril­miş­dir. O, “Şə­rəf” və “Şöhrət” ordenlərinə, bir çox me­dallara, fəxri fər­manlara layiq gö­rül­müş­dür.

A.Nadirov “Sosialist istehsalının yerləşdirilməsi” (Ba­kı, 1965), “Azər­baycan şəhərlərinin iq­ti­sa­di inkişaf məsələləri” (Bakı,1966), “Azər­bay­can­­da sənaye­nin səmərəli yerləşdirilməsinin iq­tisadi problemləri” (Bakı, 1976), “Müs­təqil Azər­baycan iqtisadiyyatının inkişaf mə­sə­lə­lə­ri” (Bakı, 2001), “Azər­baycan iqtisadiy­yatı” (Ba­kı, 2003) və b. kitabların müəllifidir.

Akademik Asəf Nadirov 2014-cü il mar­tın 14-də Bakı şəhərində vəfat etmişdir.

 (1929-2014)