Araslı Həmid Məmmədtağı oğlu

Azərbaycan Milli Elmlər Akademi­ya­sının həqiqi üzvü Həmid Məmmədtağı oğlu Araslı 1909-cu il fev­­­ralın 23-də Gəncə şə­hə­rində anadan olmuşdur. Azər­­baycan Dövlət Pedaqoji İns­ti­tu­tu­nun Dil və ədəbiyyat fa­kül­təsini bitirmiş (1931), həmin ins­­ti­tu­tun aspi­rantı olmuşdur (1932-1935).

Filologiya üzrə namizədlik (1943), dok­­tor­­luq (1954) dissertasiyaları müda­fiə etmiş, pro­­fessor (1955) elmi adı almışdır. Azərbay­can SSR EA-nın müx­­bir üzvü (1962) və həqi­qi üzvü seçilmişdir (1968).

1932-ci ildə Gəncə Şəhər Maarif Şöbə­si mü­­di­ri­nin müavini, Azərbay­can Dövlət Pedaqoji İnstitutunda assistent və do­sent (1932-1935), SSRİ EA Azər­baycan filialının nəzdində təşkil olunmuş Əsaslı ki­tabxananın Şərq şöbəsinin müdiri işləmişdir (1936-1937). Həmin illərdə şərq xalqlarının əl­yaz­malarını toplayaraq Əlyazmalar Fondunu yaratmış və fondun direktoru ol­muşdur.  AEA-nın Nizami adına Ədəbiyyat və Dil İns­ti­tu­tu­nun baş elmi iş­çisi, şöbə müdiri, Ni­zami Gəncəvi adına Azər­­bay­can Ədə­biy­ya­tı Muzeyinin elmi katibi, di­rek­tor müa­vi­ni, ey­ni zamanda, Azərbaycan Dövlət Universite­ti­nin Ya­xın Şərq ədə­biy­ya­tı kafedrasının müdiri (1944-1962), AEA-nın Niza­mi adına Ədə­biy­yat və Dil İns­ti­tu­tu­nun Mətn­şünaslıq şö­bə­si­nin müdiri (1954-1955),Ya­xın və Orta Şərq Xalqları İnstitutunun (hazırda Şərqşünas­lıq İnstitutu) Ədəbiy­yat şö­bə­sinin mü­diri (1968-1970), 1970-ci ildən ömrünün sonunadək hə­min ins­­­titutun di­rek­toru vəzifə­sində çalışmışdır.

Qədim və orta əsrlər  Azərbaycan ədə­biy­­­ya­tı­nın tədqiqi, klassik irsin nəşri, şifahi xalq yaradıcılığı və orta əsrlər ədəbi əla­qə­lə­ri­nin öyrənilməsi sa­hə­sin­də onun bö­yük xidmətləri vardır.

H.Araslı Qətran Təbrizi, Məhsəti, Xa­qa­ni, Fə­lə­ki, Nizami, Əvhədi, Nəsi­mi, Kişvəri, Əs­sar, Şah İsmayıl Xə­­tai və b. şairlər haqqında ilk təd­qiqat əsər­lə­ri­nin müəlliflərindən olmuş, xü­su­silə Nizami və Füzuli irsi­nin öy­rə­nil­mə­sində mü­hüm işlər görmüşdür. O, iki­cild­lik «Müx­tə­sər Azərbaycan ədə­biyyatı tarixi»nin (1943-1944), üçcildlik «Azərbaycan ədəbiyyatı tari­xi»nin (1957-1960) əsas müəllif­lə­rin­dən­dir. Alim «XVII-XVIII əsrlər Azərbaycan ədə­biy­ya­tı tari­xi» (1956) kitabında qədim əlyazma, cüng və təzkirələr əsa­sın­da ədəbiy­yatımızın öy­rənil­mə­miş mərhələsinin mənzərəsini ay­dın­laşdır­mışdır.

Ədəbiyyatşünas alim şifahi xalq ədəbiyyatının ən gör­kəmli mütəxəs­sislə­rindən olmuş, Azərbaycan folkloru, xüsusilə də «Ki­ta­bi-Dədə Qor­qud», «Kor­oğlu» dastan­ları və aşıq yaradıcılığı haqqında sanballı elmi əsər­lər yaz­mışdır. «Kitabi-Dədə Qorqud»un Azər­bay­canda ilk naşiri olmuşdur. O, Mə­həmməd Fü­zulinin əsərləri­nin beş cilddə elmi-tən­qi­di mət­ni­ni hazırlamış, Xaqani, Məhsəti, Nizaminin li­rik şeirləri, Nəsimi, Xətai, Saib Təbrizi, Qöv­si Təbrizi, Vidadi, Vaqif və başqa şairlərin əsər­­lərini ilkin mənbələr və əlyaz­malar əsa­sın­da nəşr etdir­mişdir.

Azərbaycan və Özbəkistan res­pub­li­ka­la­rı­nın Əməkdar elm xadimi olmuş, Türk Dil Qu­ru­munun (Türkiyə, 1957) fəx­ri üzvü seçilmiş, İraq Elm­lər Aka­de­mi­ya­sı­nın fəxri üzvü (1972), İslam sivi­lizasiyasını öy­rənən İor­da­ni­ya Kral Cəmiy­yətinin üz­vü (1981) kimi yük­sək adlara layiq görülmüşdür. «Qır­mı­­zı Əmək Bay­rağı» (1979), «Şərəf nişanı» (1951) or­den­ləri və medallarla təltif edilmişdir.

Akademik Həmid Araslı 1983-cü ildə Ba­kıda vəfat etmiş, Fəxri Xiya­banda dəfn olunmuşdur.

 (1909-1983)