Aslanov Aslan Məmməd oğlu

Azərbaycan Milli Elmlər Akademi­ya­s­ı­nın həqiqi üzvü Aslan Məmməd oğlu Asla­nov 20 avqust 1926-cı ildə Ağstafa şəhərində anadan olmuşdur.

A.Aslanov 1945-1950-ci illərdə S.M.Ki­rov adına Azər­­baycan Dövlət Uni­ver­si­tetinin (indiki Ba­kı Dövlət Universiteti) tarix fakültəsini Fəl­səfə ixtisası üzrə bitirmişdir. O, 1959-cu ildə fəlsəfə doktoru, 1974-cü ildə elmlər doktoru elmi dərəcəsini almış, 1976-cı ildə isə pro­fes­sor elmi adına layiq görülmüşdür.

A.Aslanov 1961-ci ildən 1977-ci ilə­dək Azərbaycan Dövlət Uni­ver­sitetinin Es­te­ti­ka və etika  kafedrasının müdiri olmuşdur. 1977-ci ildən 1987-ci ilə qədər Azərbaycan Döv­lət İncəsənət İnstitutunun rektoru olmuş­dur.

A.Aslanov 1989-cu ildə Azərbaycan Elm­lər Akademiyasının həqiqi üzvü seçil­miş­dir.

1987-ci ilin martında Azərbaycan Elm­lər Akademiyasının Tarix, İqti­sadiy­yat, Fəlsəfə və Hüquq Bölməsinin akademik-katibi vəzifə­si­nə təyin olunan A.Aslanov 1995-ci ilədək bu vəzifəni icra etmişdir. O, həm də 1990-1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hü­quq İnstitutunun dire­ktoru olmuşdur.

A.Aslanov Qərb fəlsəfi-estetik fik­ri­nin məsələlərini tədqiq etmiş, milli mə­də­niy­yət­lərin qarşılıqlı zənginləşməsi təsirinin fəal tər­biyəvi mahiy­yətinin estetik aspektlərini araş­dır­mışdır. O, Aristotelin “Poetika”sını və Did­ro­­nun “Qardaşım oğlu Ramo” əsərini, C.Bay­ro­nun “Gavur”, A.Tvar­dov­­skinin “Va­siliy Tyor­kin” poemalarını Azər­bay­­can dilinə tər­cü­mə et­mişdir. “Səni dü­şü­nü­rəm” (1957), “Qız­lar və bənövşələr” (1961), “Nəğ­­mə­li gün­lə­rim” (1985) şeir kitabla­rının müəl­­li­fi­dir.

A.Aslanov 1968-ci ildə İsveçdə keçirilən Es­te­ti­ka üzrə VI Beynəlxalq Konqre­sin iş­ti­rak­çısı ol­muşdur. Bundan başqa, 1970-ci ildə Ber­lin­də keçiril­miş VII Beynəlxalq Hegel yu­bi­ley Konqresində və 1972-ci ildə Buxarestdə Es­te­ti­ka üzrə VIII Beynəlxalq Konqresdə çox ma­raq­lı mə­ru­zələrlə çıxış etmişdir. A.Aslanovun elmi kadrların hazırlanmasında da böyük xidmətləri olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiya­sı­nın həqiqi üzvü Aslan Aslanov 1995-ci ildə Bakı şəhərində vəfat etmişdir.

(1926-1995)