Cəfərov Məmmədcəfər Zeynalabdin oğlu

Azərbaycan Milli Elmlər Akademiya­sı­nın həqiqi üzvü Məm­məd­cə­fər Zeynal­ab­din oğlu Cə­fə­rov 1909-cu il mayın 9-da Nax­çıvan şə­hə­rin­də anadan olmuşdur.

Naxçıvan Pedaqoji Texnikumunu (1928-1932), Azərbaycan Pedaqoji İnsti­tu­tu­nun Dil və ədəbiyyat fakültəsini (1932-1935) bitir­miş, həmin institutun aspirantı ol­muşdur (1935-1938).

Filologiya üzrə namizədlik (1947) və dok­­torluq dissertasiyaları (1961) müda­fiə et­miş, 1963-cü ildə professor elmi adını almışdır. AMEA-nın müxbir üzvü (1967) və həqiqi üz­vü seçilmişdir (1976).

«Maarif işçisi» qəzetinin şöbə müdiri (1932-1935), Azərbaycan Peda­qoji İnstitu­tu­nun kafedra müdiri (1935-1938), Ədəbiyyat fakültəsinin dekanı (1938-1939), Bakı ikiillik Müəllimlər İnstitutunun baş müəllimi (1938-1941), Azərbay­can Dövlət Univeraitetinin Rus ədə­biy­yatı kafedrasının dosenti, «Ədə­biyyat qə­ze­ti»n­in şöbə müdiri (1941-1943), Quba Müəl­limlər İnstitutunun elmi işlər üzrə di­rek­tor müavini (1943-1945), «Ədəbiyyat qə­ze­ti»n­in redak­toru (1945-1949), ADU-nun Fi­lo­lo­giya fakültəsinin dekanı, eyni zamanda AEA Niza­mi adına Dil və Ədə­biy­yat İns­ti­tu­tun­un baş elmi işçisi (1945-1951), ADU-nun Rus ədəbiyyatı kafedrasının müdiri (1951-1953), Ni­za­mi adına Dil və Ədə­biyyat İns­ti­tu­tunun şöbə müdiri (1959-1979), hə­min ins­ti­tu­tun di­rektoru (1979-1981), Azərbaycan EA Ədə­biy­yat, Dil və İncəsənət Bölməsinin aka­de­mik-katibi (1981-1987), Azər­bay­can Elm­lər Aka­demiyası Əlyaz­ma­lar İns­titutun­un baş elmi işçisi (1987-1992) vəzifələ­rində çalışmışdır.

M.Cəfərov Azərbaycan və dünya ədə­­biyyatı tarixi, ədəbiyyat nəzə­riy­yə­si və es­­tetika, fəlsəfə və kulturologiya mə­sə­lə­lə­ri­nə həsr edilmiş 30-dan artıq kitabın, 750-yə qə­­dər məqalənin müəllifidir. Onun «M.F.Axun­­­dovun ədə­bi-tənqidi gö­rüş­ləri» (1950), «Füzuli düşünür» (1959), «Hüseyn Cavid» (1960), «Azər­bay­can ədə­biyyatında romantizm» (1963), «Mü­tə­fəkkirin şəx­siyyəti» (1967), «Nizami­nin fikir dün­­ya­sı» (1982) və s. təd­qi­qat­la­rı Azər­baycan mədə­ni-filoloji fikrinin ən qiymətli ör­­nəkləri sırasındadır. M.Cəfə­rov Azərbaycanda ədəbiyyat nəzəriyyəsi mək­tə­bi­nin əsas yaradıcıların­dan biridir.

Alimin rəhbərliyi ilə onlarla elmlər na­­mizədi və elmlər doktoru təd­qiqat apa­­rmışdır. O, ali məktəblər üçün 3 cildlik «XIX əsr rus ədəbiyyatı tarixi»nin müəllifidir (1970-1974). M.Cəfərovun əsərləri keçmiş SSRİ xalq­larının dillə­rin­də, «C.Məm­məd­qu­lu­za­də», «M.Ə.Sa­bir» kitabları ingilis, fransız, ərəb, fars, ispan, türk dillərində nəşr olunmuşdur.

Görkəmli tədqiqatçı «Lenin» ordeni, 2 dəfə «Şərəf nişanı» ordeni ilə təltif edilmiş, Respublika Dövlət mükafatı və Əməkdar elm xadimi (1982) fəxri adını almışdır.

Akademik Məmmədcəfər Cəfərov 1992-ci il mayın 11-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

(1909-1992)