Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu

Azərbaycan Milli Elmlər Akademi­ya­sının həqiqi üzvü Məmməd Arif Məhər­rəm oğlu Dadaşzadə 1904-cü il iyu­nun 10-da Bakı şəhərində anadan olmuşdur.

Bakı Xalq Maarifi İnstitutunda oxumuş və ADU-nun Şərq fakültəsini bitir­miş (1920-1925), Mosk­vada Sovet Şərq Xalqları Elmi Təd­qiqat İns­ti­tutunun aspi­rantı olmuşdur (1925-1928).

Filologiya üzrə namizədlik (1944), dok­­tor­­luq (1954) dissertasiyaları müda­fiə etmiş, pro­fessor (1955) elmi adını almışdır. AEA-nın müxbir üzvü (1955) və hə­qi­qi üz­­vü (1958) seçilmişdir.

Azərbaycan Pedaqoji İnstitutu Rus ədə­biy­­ya­tı kafedrasının baş müəl­limi, do­senti iş­lə­miş, ADU-nun Rus ədəbiyyatı kafedrasının mü­diri olmuş (1932-1938), SSRİ EA Azər­bay­can filialının Ədə­biy­yat və Dil İnstitutunun baş elmi işçisi (1938-1939), direktoru (1939-1950, 1957-1959), «Vətən uğ­­runda» jur­na­lı­nın redakto­ru (1941-1945), Azər­bay­can Maa­rif nazirinin müa­vini (1946) vəzifələ­rin­də çalış­mışdır. Azər­baycan EA-nın İctimai Elmlər Bölməsinin aka­­demik-ka­tibi (1959), sonra AEA-nın vitse-prezidenti (1960-1975) olmuşdur. Azərbaycan EA Rəyasət He­­yə­ti nəzdində Terminologiya Komitəsinin səd­ri (1957-1975), Azərbaycan Respub­likası Ali So­ve­ti­nin sədri (1963-1967) olmuşdur.

M.Arifin yüksək elmi-nəzəri fəaliyyəti, prob­­­lematika aktuallığına diq­qəti, elmi ob­yek­tiv­lik his­si Azərbaycan ədəbiyyatşünaslığını və tənqidini key­fiyyətcə yeni mərhələyə qal­dı­rmışdır.

Ədəbiyyatımızın müxtəlif mərhələlərini təd­­qiq edib sistemli şəkildə öyrə­nən, ədəbi əla­qələr sa­hə­sin­də böyük xidmətlər göstərən, mü­hüm nəzə­ri və me­todoloji problemlərin el­mi həllini verən, tən­qidin nəzəri əsaslarını ha­zır­layan M.Arif mü­tə­fək­kir alim və nə­zə­riy­yə­çi olmuşdur. O, ilk dəfə «Azər­bay­can sovet ədə­biy­yatı tarixi»ni yazmışdır (1944).

Alimin «Cəfər Cabbar­lının yaradıcılıq yo­lu» (1956) və «Səməd Vur­ğu­nun dra­ma­tur­gi­yası» (1964) monoqrafiyaları, «Azərbaycan xal­qının ədə­biy­yatı» (1958),  «Azərbay­can ədə­biy­yatı ta­ri­xi» (1972) və s. kitabları milli ədə­biy­­yat­şü­nas­lı­ğı­mı­zın funda­mental əsər­lə­rin­dən­dir. İkicildlik «Azər­bay­can ədə­biy­yatı ta­ri­xi» (1943-1944), üç­cild­lik «Azərbaycan ədə­biy­yatı ta­rixi» (1957-1960), «Azər­baycan so­vet ədəbiyyatı tarixi oçerk­lə­ri» (1963), iki­cild­­lik «Azərbaycan sovet ədə­biy­yatı tarixi» (1967) kimi nəşrlərin yaranması bi­lavasitə M.Ari­fin adı, elmi fəaliyyəti ilə bağlıdır. Ali­min bir sıra əsərləri xarici dillərə tərcümə edilmişdir.

M.Arif keçmiş SSRİ Elmlər Akade­mi­ya­­sı­nın «Müasir dövrdə dünya ədəbiy­ya­tının in­kişaf qa­nunauy­ğunluqları» kompleks prob­le­mi üzrə El­mi Şuranın, doq­quz­cildlik «Qısa ədə­­biyyat ensik­lo­pediyası»nın redaksiya he­yə­tinin, altı­cild­lik «Çox­millətli sovet ədə­biy­ya­tı tarixi» nəşrinin baş re­daksiya heyətinin üz­vü ol­muş, həm də bu əsər­lə­rin ha­zır­lan­ma­sın­da müəllif kimi yaxından iştirak etmişdir.

Əməkdar elm xadimi (1960), Azər­bay­can Döv­lət Mükafatı laureatı (1974) adına la­yiq gö­rül­müş, «Lenin» ordeni (1971), iki dəfə «Qır­mızı Əmək Bay­rağı» ordeni (1939,1964), «Okt­yabr inqilabı» or­deni (1974) və me­dal­lar­la təltif olunmuşdur.

Akademik Məmməd Arif Dadaşzadə 1975-ci ildə Ba­­kıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir.

(1904-1975)