Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Əfəndiyev Rasim Səməd oğlu
Rasim Səməd oğlu Əfəndiyev 30 oktyabr 1928-ci ildə Qazax şəhərində ana­dan olmuşdur. R.Əfəndiyev 1950-ci ildən Azər­bay­can Dövlət Rəssamlıq məktə­bində təhsil al­mağa başlamış, 1955-ci ildə Sankt-Pe­terburqda Rəs­sam­lıq Aka­de­mi­ya­sı­nın Sə­nət­şü­nas­lıq fa­kültəsini bitirmiş, 1961-ci ildə na­mi­zəd­­lik, 1972-ci ildə doktorluq dis­ser­ta­si­ya­la­rı­nı müdafiə etmiş, 1993-cü ildə professor elmi adı­nı almışdır. 1989-cu ildə Azərbaycan Milli Elm­lər Aka­de­mi­yasına müxbir üzv, 2001-ci il­də isə həqiqi üzv seçilmişdir.

O, 1964-cü ilə qədər Azərbaycan Dövlət İn­cəsənət Muzeyində Azərbaycan və Şərq in­cə­­sə­nə­ti şöbəsi­nin müdiri vəzifəsində ça­lış­mış­dır. 1965-ci ildən AMEA Me­marlıq və İn­cə­­sənət İns­ti­tu­tunda əmək fəaliyyətini da­vam et­dirən R.Əfən­diyev İns­titutun direktoru və­zi­fə­sinədək yüksəl­miş­dir. O, 1996-2010-cu il­lər­də institutun direk­to­ru vəzifəsində ça­lış­mış­dır.

Akademik R.Əfəndiyev 230 əsə­rin, o cüm­lədən 30 kitabın müəllifidir. O, «Azər­bay­can maddi mədəniyyəti», «Azər­baycanın bə­dii sənət­kar­­lığı dün­ya mu­zeylərində», «Azər­­baycanın bə­zək sənəti», «Azərbaycanın de­korativ-tət­biqi sə­nətləri», «Azərbaycan in­cə­­sə­nə­ti», «Azərbaycan in­cəsənəti dünya mu­­zeylə­rin­də» və başqa mono­qra­­fi­ya­la­rı ilə Azər­­baycan incəsənətinin tarixi inkişaf mən­zə­rəsini yaratmış, de­ko­ra­tiv-tətbiqi sə­nə­tin prak­tiki olaraq bütün növlərini aşkarlayaraq elm aləminə tanıtmışdır.

Akademik R.Əfədiyevin əsas təd­qi­qat is­­ti­qaməti qədim dövrdən baş­la­ya­raq XIX əs­rin əvvəli də daxil ol­maq­la Azərbaycanın təs­vi­ri və deko­ra­tiv-tət­biqi sən­əti­nin elmi prob­lem­­lə­ri­nə həsr olunmuşdur. Alimin təd­qi­qat­la­rı nəticəsində aşkarlanmış xalça, bə­dii parça, bə­dii metal məmulatları və ke­ramika kimi bə­dii yaradıcılıq abi­də­lə­ri sənətşünaslıq elminin ta­rixini zən­gin­ləşdirmişdir.

Akademik R.Əfəndiyev bir sıra bey­nəl­xalq kon­frans və simpoziumlarda Azərbaycan sə­nət­şü­nas­lığını uğurla təmsil etmişdir. O, Ba­kı İn­cə­sə­nət Mər­kəzi, Azərbaycan Dövlət İn­cə­­sə­nət Muzeyi, Xal­ça Muzeyi və s. təş­ki­lat­la­rın elmi və bədii şu­ra­la­rının sədri, Azər­­baycan Rəssamlar Bir­li­yi­nin üzvü, Bey­nəl­xalq kitab sərgisinin lau­reatı olmuş, 1992-ci ildən Bey­nəlxalq Şərq Rəssamlıq Aka­de­mi­yasının aka­demik-katibi vəzifəsini icra etmişdir.

Onun rəhbərliyi altında 16 gənc alim dok­­tor­luq və namizədlik dissertasiyası mü­da­fiə etmişdir.

Akademik R.Əfəndiyev keçmiş SSRİ Rəs­­sam­lar İttifaqının, Rusiya Rəssamlıq Aka­de­­mi­ya­sı­nın, Azərbaycan Respublikası Mə­də­niy­yət Na­zir­­­li­yi­nin diplom və mükafatlarına, elə­cə də «Sol­tan Məhəmməd» adına Bey­nəl­xalq mükafata layiq gö­rülmüş, Azərbaycan Res­publikasının «Şöhrət» or­deni ilə təltif edil­miş­dir.

Akademik Rasim Əfəndiyev 13 fevral 2010-cu ildə Bakıda vəfat etmişdir.

 (1928-2010)