Əlizadə Əbdülkərim Əli oğlu

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sının həqiqi üzvü Əbdülkərim Əli oğlu Əli­zadə 1906-cı il yan­va­rın 11-də Bakıda anadan ol­muş­dur. Azərbaycanda qədim və orta əsr­lər tarixi üzrə kadr çatışmazlığı nəzərə alı­naraq, Ə.Əlizadə 1927-ci ildə Le­nin­qrad Şərq İns­titutuna göndərilmiş və 1930-cu ildə hə­min institutu bitirmişdir. 1935-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi almış, 1935–1941-ci illərdə SSRİ EA Şərq­şü­naslıq İns­ti­tu­tunda, eyni za­man­da Le­nin­qrad Şərq İns­ti­tu­tun­da və Le­nin­qrad Dövlət Uni­versitetində çalış­mış­dır.

Ə.Əlizadə 1954-cü ildə tarix elm­lə­ri doktoru elmi dərəcəsi almış, bir il son­ra isə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü se­çil­mişdir.

Əbdülkərim Əlizadə 1941-1963-cü illərdə SSRİ Elmlər Akademiyası Azər­bay­can Filialı­nın Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İns­ti­­tutunun Qədim və orta əsrlər tarixi şöbəsinin rəhbəri, Azərbay­can Elmlər Aka­de­miyasının İctimai Elmlər Bölmə­si­nin akademik-katibi vəzi­fələrində çalış­mış­dır. O, 1958-1963 illərdə Azərbaycan Elmlər Aka­demiya­sının Şərqşünaslıq İns­titutunun ilk direk­toru olmuşdur.

Ə.Əlizadə 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmlər Akade­mi­ya­sı Şərq­şü­nas­lıq İnstitutunun Mətnşünaslıq və məxəzləri çapahazırlama şö­bəsinə rəhbərlik etmişdir

Akademik Ə.Əlizadə gör­kəm­­li şərq­şü­­nas İ.P.Petruşevski ilə bir­likdə Azər­bay­ca­nın orta əsrlər ta­rix­­şünaslığının əsasını qoy­muş­dur. Azər­bay­canın və qon­­şu Yaxın Şərq öl­kə­lərinin Səl­cu­qi­lər və monqollar dövrü ta­ri­­xinin tədqi­qat­çı­sı­dır. Alimin 1956-cı ildə nəşr olunmuş «XIII–XIV əsrlərdə Azər­bay­ca­nın so­sial-iqtisadi və siyasi tarixi» (rus di­lin­də) adlı sanballı monoqra­fiyası və 60-dan ar­tıq elmi məqaləsi Azərbaycanın və eləcə də qon­şu Şərq ölkələrinin orta əsrlər ta­ri­xi­nin öy­rə­­nilməsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Onun rəhbərliyi ilə onlarla elmlər dok­to­ru və namizədi yetişmişdir.

Ə.Əlizadə Şərqşünasların Mün­hen (1957), Moskva (1960), Teh­ran (1966, 1969), Ankara (1961, 1970), Varşava (1955), Təbriz (1969) qurultay­larının və baş­qa elmi top­lan­tı­la­rın iştirakçısı olmuş, Azər­bay­can tarix el­mi­nin yenilik­lərini, nailiy­yət­lə­­ri­ni dünya alim­lə­ri­nə çatdırmışdır.

Ə.Əlizadə elmi xid­mət­lə­ri­nə görə SSRİ Dövlət Mü­ka­fa­tına (1948), Əmək­dar elm xadimi fəx­ri adına (1960), Azər­baycan SSR Döv­lət Mükafa­tına (1978) la­yiq gö­rül­müş, «Qırmızı Əmək bayrağı», «Qaf­­­qa­zın müdafiə­si», «Böyük Vətən mü­ha­ri­­bə­sin­də şərəfli əməyə görə», «Şərəf ni­şa­nı» or­­den və medalları ilə təltif edilmişdir.

AMEA-nın həqiqi üzvü Əbdülkərim Əli­zadə 3 dekabr 1979-cu ildə Bakıda vəfat etmişdir.

(1906-1979)