Hacıbəyli Üzeyir Əbdülhüseyn oğlu

Azərbaycan Milli Elmlər Akademiya­sının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 18 sentyabr 1885-ci il­də Şuşa qəza­sının Ağcabədi kəndində ana­dan ol­muş­­dur. Görkəmli bəstəkar müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operanın banisi olmuşdur.  

Ü.Ha­cı­bəyli ilk təh­si­li­ni 1897-1899-cu illərdə Şuşanın ikiillik rus-tatar mək­tə­bində al­mıs, 1899-1904-cü illərdə Za­qaf­qaziya (Qo­ri) Müəl­limlər Se­mi­na­ri­ya­sı­nda təhsilini davam etdirmişdir. 1904-1905-ci illərdə Cəbrayıl qəzasının Had­rut kənd mək­­tə­bində müəl­lim işləmiş, burada rus di­li, he­sab, tarix və mu­si­qidən dərs demiş­dir. 1905-ci ildə Bakıya köç­müş, ədəbi-publisistik fəaliy­­yə­tə baş­la­mış­dır.

Ü.Hacıbəylinin 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağı­yevin teatrında göstərilən «Leyli və Məcnun» operası ilə təkcə Azər­bay­canda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuş­dur. 1919-cu ildə «Azər­baycan» qəzetinin redaktoru vəzifəsinə tə­yin olun­muş və 1920-ci il apre­lin 28-dək bu və­zifədə çalışmışdır. 1920-ci ildə Ü.Hacıbəyli xalq konservatori­ya­sının açılması və musiqi mək­­­­təb­lərinin yenidən təşkil edilməsi haq­qın­da Xalq maarif komissarına məruzə təqdim et­miş­dir. Həmin məruzədə Azərbaycan Dövlət Kon­ser­vatoriyasının yaradıl­ması  proq­ra­mı da yer al­­mışdır.

1937-ci ilin 30 aprelində Ba­kıda «Ko­roğlu» operasının ilk tamaşası ol­muş­dur. 1940-cı ildə P.İ.Çaykovski adına Mosk­va Döv­­lət Konservatori­ya­sında «Azər­bay­can xalq mu­siqisinin əsasları» mövzusunda mə­ru­zə et­miş, professor adı almışdır. 1944-cü ilin de­kab­rında Azərbaycan Dövlət Simfo­nik Or­kest­ri­nə Ü.Hacıbəylinin adı verilmişdir. 1945-də bəs­­­tə­karın «Azər­bay­­can xalq musiqisinin əsas­­­­la­rı» mono­qrafiyası nəşr olunmuş, 1946-da «Ar­şın mal alan» kinofilminin musiqisinin müəl­li­fi kimi Stalin mükafatına layiq görül­müş­dür.

Da­hi bəstəkar, görkəmli dramaturq, pub­­lisist, pe­daqoq, bütöv musiqi-este­tik kon­sep­­siya ya­rat­mış böyük nəzəriyyəçi Ü.Ha­­cı­bəylinin ya­radıcılıq yolu Azərbay­can mu­si­­qi mə­də­niy­yə­tinin inkişaf tarixinin mühüm döv­­rünü əks et­dirir.       

Ü.Hacıbəyli Azərbaycanın Dövlət him­­­­ninin müəllifidir. Azərbay­can Bəstə­kar­lar İt­ti­faqının sədri vəzifəsində çalışmış (1938-1948), Azər­bay­can Dövlət Konservatoriyasının profes­so­ru və rek­toru olmuş (1928-1929, 1939-1948), Azərbaycan SSR Elmlər Aka­de­miyasının Azərbaycan İncəsənət Tari­xi İns­ti­tu­tu­na rəhbərlik etmiş (1945-1948), AEA-nın həqiqi üzvü seçilmişdir (1945). Azər­baycanın Əməkdar incəsənət xadimi (1935), SSRİ Xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), «Lenin» ordeni və «Qırmızı Əmək Bayrağı» or­de­ni ilə təltif edil­mişdir.

Ü.Hacıbəylinin ölümündən sonra Azər­bay­­can Dövlət Konservato­riyası, Bakı küçələrindən biri onun adını daşıyır.  Bakıda  abidəsi ucal­dı­­lmış, Şuşada (1959) və Bakıda (1975) Ev muzeyləri açılmışdır. Dahi bəstəkarın doğum günü Ümum­milli lider Heydər Əliyevin Sərəncamı ilə ölkə­mizdə “Musiqi günü” kimi qeyd olunur.

Ü.Hacıbəyli 1948-ci il noyabrın 23-də Bakıda vəfat etmiş, I Fəxri xiyabanda dəfn edilmişdir.

 (1885-1948)