Hüseynov İsmayıl Abbas oğlu

Akademik İsmayıl Abbas oğlu Hüsey­nov 1910-cu il d­e­­kab­rın 15-də anadan ol­muş­dur. 1928-ci il­də Azərbaycan Dövlət Universitetinin (indi­ki Ba­kı Döv­lət Univer­siteti) Şərq fa­kültəsinin hü­­quq şö­bəsinə daxil olmuş və 1933-cü ildə təh­silini başa vurmuş­dur. Hə­min ildə Moskva şə­hərində SSRİ MİK yanında Millət­lər İns­ti­tutunun ta­rix ixtisası üzrə aspiranturasına da­xil olmuşdur. 1941-ci ildə fəlsəfə doktoru, 1947-ci ildə isə M.Lo­mo­nosov adına Moskva Döv­lət Uni­ver­sitetində elmlər doktoru adını almışdır. O, tarix elmləri doktoru adı­­­nı alan ilk azərbaycanlı alim olmuşdur.

İ.Hüseynov iki dəfə (1941-1944; 1958-1960) Azərbaycan Elmlər Akademi­yası Ta­­rix İnstitutunun direktoru olmuş, 1960-1966-cı illərdə isə Azərbaycan Elmlər Aka­de­mi­yasının İctimai Elm­lər Böl­mə­sinin aka­de­mik-katibi vəzi­fə­sin­də ça­lış­mış­dır. O, 1949-cu ildə Azərbaycan Elmlər Aka­de­mi­yasının müx­bir üzvü, 1958-ci ildə isə həqiqi üzvü se­çil­mişdir.

İ.Hüseynov yüzə yaxın elmi əsərin müəl­­lifidir. Onun 1941-1945-ci illər Bö­yük Və­­­tən mü­ha­ri­bə­si dövründə çap etdirdiyi “Gör­­­kəmli dövlət xa­di­mi Şir­van­şah İbra­him” və “Şah İsmayıl Səfəvi” əsərləri həmin dövlət xadimlərinə Azər­baycan tarixşü­nas­lı­ğın­da ob­yek­tiv qiy­mət verilməsi ba­xı­mından mühüm ha­­­disə idi.

Aka­­de­mik Əlisöhbət Sum­bat­za­də­nin qeyd etdiyi kimi, Sə­fəvi döv­lə­ti­nin erkən döv­rün­də Azər­bay­­can döv­ləti ol­ması haqqında ta­rix­­şü­naslıqda ilk dəfə İ.Hü­seynov fikir söy­lə­miş­dir. İ.Hüseynov 3 cild­­lik “Azər­bay­can ta­rixi”nin nəşrə hazır­lan­ma­sı işinə rəh­bər­lik edən­lərdən, onun müəl­­lif­lə­rindən və redak­tor­­la­rından biri ol­muş­dur. O, 40-dan artıq na­mi­zəd­lik və dok­tor­luq dis­ser­ta­si­ya­sının elmi rəh­bəri və məs­ləhətçisi olmuş­dur.

İ.Hüseynov 1944-1948-ci illər­də pe­­da­­qo­ji fəaliyyətlə məşğul olmuş və Azər­bay­­­can Döv­lət Universitetinin SSRİ tarixi ka­fed­rasına rəh­bərlik etmişdir.

İ.Hüseynov 1960-cı ildə İsveçdə, 1964-cü ildə Hindistanda, 1965-ci ildə isə Avst­­riyada ta­rixçilərin və şərqşünasların bey­nəl­­xalq konq­res­­lərində məruzə­lər­lə çıxış et­miş, Azərbaycan ta­rix elmini layiqincə təm­sil et­mişdir.

İ.Hüseynov Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olun­­muş və Əməkdar elm xadimi fəxri adına la­yiq görülmüşdür.

Akademik İsmayıl Hüseynov 1969-cu il­də Bakıda vəfat etmişdir.

 (1910-1969)