İbrahimov Mirzə Əjdər oğlu

Azərbaycan Milli Elmlər Akademiya­sının həqiqi üzvü Mirzə Əjdər oğlu İbrahi­mov 1911-ci il okt­­yabrın 15-də Cənubi Azər­baycanın Sərab şə­­həri yaxınlığındakı Evə kəndində anadan olmuş, 1918-ci ildə atası və böyük qardaşı ilə Ba­­kıya köç­müşdür.

Azərbaycan Dövlət Elmi Tədqiqat İns­­ti­tu­­tunun ikiillik hazırlıq şöbəsində (1933), son­­ra SSRİ EA-nın Leninqrad Şərqşünaslıq İns­titutunun aspiranturasında təhsil almış (1935-1937), məşhur «Molla Nəsrəddin» jur­na­lının yaradıcısı «C.Məmmədqu­lu­zadənin həyat və yaradıcılığı» mövzu­sun­da namizədlik dissertasiyası müdafiə etmişdir (1937).

Azərbaycan Elmlər Akademiyası təsis edil­diyi vaxt (1945) onun həqi­qi üzvü se­çi­lmişdir.

M.İbrahimov Naxçıvanda «Sürət» qə­ze­ti­nin redaktoru (1933-1934), Azər­bay­can Döv­­lət Opera və Balet Teatrının direktoru, XKS yanında İncə­sə­nət işləri idarə­sinin sədri, Cə­nubi Azərbaycanda «Vətən yolunda» qə­ze­ti­nin redaktoru, Azərbay­can Yazıçılar İt­ti­fa­qı­nın sədri (1946-1954), birin­ci katibi (1965-1975), SSRİ Yazı­çılar İttifaqı idarə heyətinin ka­tibi (1965-1975), Azərbaycan SSR Nazir­lər So­veti sədrinin müavini (1946-1950), Ali So­ve­tin Rəyasət Heyətinin sədri (1954-1958), Asi­ya və Afrika ölkələri ilə Sovet Həmrəylik Ko­mitəsinin sədri (1977-ci ildən), Azər­bay­can Elmlər Aka­demiyası Nizami adına Ədə­biy­yat İnstitu­tunun direktoru (1950), şöbə mü­diri (1960-1993) və s. vəzifələrdə çalış­mışdır.

M.İbrahimovun elmi fəaliyyətinin əsas is­tiqamətlərini şifahi xalq ədə­biyya­tının, klas­sik və müasir Azərbaycan ədəbiyyatının tarixi və nəzəri məsə­lələrinin, bədii yaradıcılıqda rea­lizm və intibah problemlərinin, ümu­miy­yət­lə, kulturolo­giya məsə­lələrinin tədqiqi, həm­çinin klassik bədii irsin və elmi-nə­zəri ədə­biyyatın nəşri təşkil edir. Onun «Böyük de­mokrat» (1939), «Həyat və ədəbiyyat» (1947), «Xəlqilik və realizm cəbhəsindən» (1961), «Böyük şairi­miz Sabir» (1962), «Sarı sim» (1968), «Ədəbi qeydlər» (1970) və s. ki­tab­la­rın­da, çoxsaylı elmi və ədəbi-tənqidi mə­qa­lələrində bu cəhətlər əsas xüsusiy­yət kimi nə­zərə çarpır.

Alimin dilimizin tarixi, onun xü­su­siy­yət­ləri və müasir funksiyası haq­qındakı qə­naət­ləri «Azərbaycan dili» adlı elmi-pub­li­sis­tik kitabında  öz əksi­ni tapıb. O hələ sovet döv­ründə Azərbaycan dilinə dövlət dili sta­tu­su veril­məsi məsələsini irəli sürmüşdür.

M.İbrahimov klassiklərimizin çoxcildli əsər­lərinin hazırlanmasında və çap olun­ma­sın­da, «Ədəbiyyat tarix»lərinin yazılmasında və nəş­rində, yük­sək ixti­saslı ədəbiyyatşünas kadr­ların hazırlanmasında fəal iştirak etmişdir. SSRİ (1950) və Azərbaycan SSR (1965) Döv­lət Mükafatları laureatı, Nehru adına Bey­nəl­xalq mükafat laureatı (1979), Azərbaycanın Əmək­dar incəsənət xadimi (1941), Xalq ya­zı­çı­sı (1961), Sosialist Əməyi Qəhrəmanı (1981) fəxri adlarını almış, orden və medallarla təltif edi­lmişdir.

Akademik Mirzə İbrahimov 1993-cü il de­kabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xi­ya­banda dəfn olunmuşdur.

 (1911-1993)