Köçərli Firudin Qasım oğlu

Akademik Firudin Qasım oğlu Köçərli 1920-ci il 28 dekabr tarixində Gədəbəy rayo­nunun İsalı kəndində anadan olmuşdur.

F.Köçərli 1950-ci ildə Azərbaycan Döv­lət Universitetini bitirərək, M.V.Lo­mo­no­sov adına Moskva Dövlət Universitetinin as­pi­­ran­tu­ra­sına daxil olmuş, 1953-cü ildə fəlsəfə doktoru, 1966-cı ildə elmlər dok­to­ru, 1968-ci ildə isə pro­fessor adını al­mışdır.

F.Köçərli 1966-cı ildə Azər­bay­can Elmlər Akademiyasının müxbir üzvü, 1976-cı ildə isə həqiqi üzvü seçilmişdir.

F.Köçərli 1953-1958-ci illərdə Azərbaycan Döv­­lət Univer­sitetinin Fəlsəfə kafedrasının do­senti vəzifəsində çalışmışdır.

F.Köçərli 1958-1967-ci illərdə Azər­bay­can Elmlər Aka­de­mi­ya­sının Fəlsəfə Sek­to­runun rəhbəri ol­muş, 1967-ci ildən 1985-ci ilə qədər Azərbay­can Milli Elmlər Aka­­de­mi­ya­sı Fəlsəfə və Hüquq İnstitutunun direktoru və­zifəsində işləmişdir. Ömrünün sonunadək bu institutda fəaliyyət göstər­mişdir.

F.Köçərlinin elmi tədqiqat fəaliy­yəti əsasən Azərbay­canda fəlsəfə və ic­ti­mai fikir tarixinin, dialektik və tarixi ma­te­ria­lizm, etika və estetika problemlərinin tədqiqi, Azər­bay­canın görkəmli elm və mədəniyyət xa­dim­lərinin və mütəfək­kir­lərinin həyat və fəa­liyyəti, Azərbaycan ictimai fıkrində onların yeri və rolu­nun araşdırılması ilə bağlı olmuş­dur.

Xalqımızın fəlsəfə elminin dünya miq­ya­sında tanınmasında F.Köçər­linin bö­yük fəaliyyəti olmuşdur. O, Çexoslovakiyada, Kanadada, Skandina­viya ölkələ­rin­də, digər xa­rici dövlətlərdə keçirilən Beynəlxalq sim­po­zium­larda Şərq fəl­səfəsi problemlərinə dair ma­raqlı məruzələrlə çıxış edərək, respub­li­ka­mı­­zı layiqli təmsil etmişdir.

F.Köçər­lin­in təd­qi­qat­ları ayrı-ayrı ki­­tab və monoqrafiyalarda çap olunmuş, Mosk­­vada nəşr olunan “SSRİ-də fəlsəfə ta­ri­xi” kitabına daxil edilmişdir.

F.Köçərli çoxillik elmi fəa­liy­­yətində elmi kadrların hazır­lan­masına daim diq­qət yetirmişdir. Onun rəhbərliyi ilə ha­zır­la­nan filosof və hüquq­şünaslar hazırda res­pub­li­ka­nın və başqa dövlətlərin müvafiq elm və təh­sil ocaqlarında, dövlət orqanlarında və baş­qa sahələrdə uğurla fəaliyyət gös­tərirlər. F.Kö­çərlinin elmi rəhbərliyi altında onlarla elm­lər namizədi və elm­lər doktoru yetiş­miş­dir.

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın həqiqi üzvü Firudin Köçərli 2004-cü ildə Bakıda vəfat etmişdir. 

(1920-2004)