Köçərli Tofiq Qasım oğlu

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın həqiqi üzvü Tofiq Qasım oğlu Köçərli 11 fev­ral 1929-cu ildə Gədəbəy rayonunun İsalı kən­dində anadan olmuşdur. 1950-ci ildə Bakı Döv­lət Universitetinin Tarix fakültəsini fərq­lən­mə diplomu ilə bitirmişdir.

1955-ci ildə fəlsəfə doktoru, 1965-ci ildə elmlər dok­toru, 1966-cı ildə pro­fessor adını almışdır. 1980-ci ildə Azər­baycan EA-nın müxbir üzvü, 1989-cu il­də isə həqiqi üzvü seçilmişdir.

T.Köçərli əmək fəaliyyətinə 1950-ci ildən başlamışdır. O, Quba Müəllimlər İns­ti­tu­tunda müəllim, 1951-1952-ci illərdə Mosk­va Dövlət Universitetində İxtisasartırma İns­ti­tu­tunun müdavimi, 1952-ci ildən Ağdam Müəl­limlər İnstitu­tunda Marksizm və Le­ni­nizmin əsasları kafedrasının mü­diri, 1953-1956-cı il­lər­də isə Həsən bəy Zərdabi adına Gən­cə Pedaqoji İnstitutunda baş müəllim və­zi­fəsində çalışmışdır. 1957-1965-ci illərdə Azər­baycan KP MK yanında Partiya Tarixi İns­titutunda baş elmi işçi, 1965-1972-ci il­lərdə isə Bakı Ali Partiya Mək­təbində Sov. İKP tarixi kafed­ra­sının müdiri vəzifəsində iş­lə­mişdir.

T.Köçərli 1972-1990-cı illərdə Bakı Ali Partiya Məktəbinin rek­toru vəzifəsin­də iş­lə­mişdir. 1991-2002-ci illərdə EA-nın İctimai-si­yasi Təd­qi­qatlar İnstitutun­da, 2002-ci ildən öm­rünün sonunadək Akademiyanın Ar­xeo­lo­gi­ya və Etnoqrafiya İnstitutunda baş elmi iş­çi vəzifəsində çalış­mış­dır.

T.Köçərli müasir Azərbaycan ta­ri­xi­nin aktual problemlərinə həsr edil­miş onlar­la ki­tab və monoqrafiyanın, 200-dən artıq mə­qa­lə­nin müəl­lifidir.

T.Köçərli tə­rə­fin­dən 1990-2007-ci illərdə yazılmış 7 monoqrafiya, çoxsaylı mə­qa­lə və çıxışlar Ermənistan-Azərbaycan Dağ­lıq Qarabağ müna­qişəsinin tari­xi köklərinə, er­məni ekstremistlərinin xalqımıza qarşı tö­rət­dik­ləri cinayətlərin ifşa edilməsinə həsr edil­miş­dir. Onun “Qarabağ”, “Naxçı­van: tarixi hə­qiqətlər və uydurmalar”, BMT-nin Baş Ka­ti­bi Kofi Annana ünvanlanmış Məktub (“Er­mə­ni saxtakarlığı”), “К истории Кара­бахс­­ко­го вопроса” və s. əsərləri Qarabağın və Nax­çı­vanın qədim və çağdaş tarixinə dair qiymətli sə­nədlər, dəqiq məlumat­larla zəngindir.

T.Köçərli bir sıra orden və me­dal­lar­­la, o cümlədən Qırmızı Əmək Bayrağı or­de­ni ilə təltif olunmuş, Azərbaycanın Əmək­dar elm xa­dimi fəxri adına layiq gö­rülmüşdür. 2006-сı il­də “Ambassador for Peace” (Sülh Sə­firi) Bey­nəlxalq Sülh Federasiyasının mü­ka­fatını al­mışdır.

T.Köçərli ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmişdir. O, üç çağırış Azər­baycan Respublikası Ali Sovetinin de­pu­ta­tı, o cümlədən, Azər­baycan Respubli­kası Mil­­li Şurasının üzvü olmuşdur. T.Köçərli də­­fələrlə Azərbaycan elmini və siya­sətini xa­ri­ci ölkələrdə ləyaqətlə təmsil etmişdir.

T.Köçərlinin rəhbərliyi ilə bir çox elmlər doktoru və elmlər namizədi ha­zır­lanmışdır.

AMEA-nın həqiqi üzvü Tofiq Köçərli 2007-ci il oktyabrın 30-da Bakıda vəfat etmişdir.

 (1929-2007)