Qasımzadə Feyzulla Səməd oğlu

Azərbaycan Milli Elmlər Akademiya­sı­nın həqiqi üzvü Feyzulla Səməd oğlu Qasım­zadə 1898-ci il fevralın 22-də Bakı qəzasının Mərdə­kan kən­dində anadan olmuş­dur.

Azərbaycan Pedaqoji İnstitutunda təh­sil almış (1923-1925), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fa­kül­təsini bi­tir­miş (1926-1929), Azər­baycan Döv­lət Elmi Tədqiqat İnstitutunun aspirantı olmuş­dur (1929-1931). Filologiya üzrə nami­zəd­lik (1939), doktorluq (1955) dissertasiyaları mü­­da­­fiə etmiş, professor (1957) elmi adını almışdır.

F.Qasımzadə 1962-ci ildə AMEA-nın müxbir üzvü, 1967-ci ildə həqi­qi üzvü seçil­mişdir.

Əmək fəaliyyətinə 1916-cı ildən Ab­şe­ron kəndlərində və Bakı şəhəri­nin mək­təb­lə­rin­də müəllimliklə başlamış, Bakı Pedaqoji Tex­­nikumunda (1928-1929), APİ-də (1929-1931) müəllim, Xalq Maarif Komis­sar­lı­ğın­da me­todist-təlimatçı (1931-1938) vəzifələrində çalışmışdır. SSRİ EA Azər­bay­can  Filialı­nın Dil və Ədə­biy­yat İns­titutunda baş elmi işçi, Azərbaycan Pe­daqoji İnstitu­tunda do­sent, kafedra müdiri, Azərbaycan Dövlət Universitetində kafedra mü­di­ri, Azərbaycan Pedaqoji İnstitu­tun­da Ədəbiyyat ka­fed­ra­­sının müdiri (1959) vəzifələrində çalışmışdır.

F.Qasımzadə Azərbaycan ədəbi-elmi fikrində ədə­biy­­yat tarixçisi kimi tanı­nan ilk alim­lə­rdən biridir. Azərbaycan ədəbiyyatı ta­rixinin zəngin və məhsuldar bir mərhələsi olan XIX əsr dövrünün ilk və əsaslı tədqiqi bilavasitə onun adı və fəaliyyəti ilə bağlıdır. Alim bü­tün ömrü boyu həmin dövrün ədə­biy­ya­tının həm tarixi, həm də nəzəri məsələləri ilə məş­ğul olaraq sonrakı ədəbiyyatşünaslar üçün mək­təb və örnək rolu oynayan fun­da­men­tal əsər­lər yazmışdır. F.Qasımza­dənin elmi təd­qiqat üsu­lunu və prinsiplərini müəyyən edən əsas cə­hət onun həmişə ilk mənbələrə – təz­kirə və əlyazmalarına, arxiv sənədlərinə və döv­rü mət­buat materiallarına istinad etməsi və ədə­biy­yat tarixini, onun ayrı-ayrı nü­ma­yən­də­lə­ri haqqında monoqrafik tədqiqatları özünün ta­­pıb üzə çıxardığı faktlar əsasında ya­rat­ma­sı­dır.

Alim özünün müəyyən etdiyi prinsiplər əsa­­­sın­da həm Azərbaycanda yeni ictimai-si­ya­si sis­temin məhsulu kimi formalaşan bir döv­rün - bütöv bir yüzilli­yin ədəbiyya­tının ümu­mi in­ki­şaf istiqamətini və mərhələlərini əks etdirən «XIX əsr Azərbaycan ədəbiyyatı tarixi» adlı fun­damental təd­qiqat (1956, 1962, 1974), həm də bu yüz­il­lik­də yaşayıb-yaratmış bö­yük sənətkarlar haq­qın­da monoqrafiyalar yazmışdır.

F.Qasımzadənin Azərbaycan ədəbiyyatının böyük klassiklərindən M.F.Axun­d­­­­za­də  (1938), A.Bakı­xa­nov (1956) və  N.Vəzirov (1954) haq­qın­dakı mo­no­qra­­fiyaları  ədəbiyyat­şü­naslı­ğı­mı­zı zən­gin­­­ləş­dirən əsərlərdəndir. Alimin «Xalq aşıq poe­zi­­yası» (1950), «Tən­qidi realizm» (1952), «Va­qifin ədəbi məktəbi» (1954) və s. kitabları da ədəbiyyatımızın mühüm tarixi və nəzəri mə­sə­lə­lə­ri­nin araşdırıl­masına həsr edil­mişdir. O, üçcildlik «Azər­baycan ədə­biy­ya­tı tarixi»­nin (1957-1960) 2-ci cildinin əsas müəlliflərindən biridir.

F.Qasımzadə iki dəfə «Qırmızı Əmək Bay­rağı» ordeni (1953, 1967) və medal­larla təl­tif edilmiş, Əmək­dar müəllim (1943), Əməkdar elm xadimi (1958) fəxri adlarını almışdır.

Akademik Feyzulla Qa­sım­zadə 1976-cı il martın 29-da Bakıda vəfat etmiş, Mərdəkanda dəfn edilmişdir.

(1898-1976)