Qasımzadə Fuad Feyzulla oğlu

Fuad Feyzulla oğlu Qasımzadə 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur.

1952-ci ildə Azərbaycan Dövlət Univer­si­te­tin­in­ Tarix fakül­təsinin fəlsə­fə ixti­sa­sını bitirmiş­dir. 1954-cü ildə namizə­dlik, 1966-cı ildə "Füzulinin dün­ya­gö­rüşü" adlı doktorluq dissertasiyası müdafiə etmişdir. Fuad Qasımza­də 1989-cu ildə AMEA-nın müxbir üzvü və 2001-ci ildə həqiqi üzvü seçilmişdir. F.F.Qa­sım­zadə 60 il ərzində Azərbaycan Dövlət Universi­tetində müəllim və texniki fakül­tələr üzrə fəlsəfə kafedrasının müdiri vəzifəsində  fəaliyyət göstərmişdir.

Fuad Qasımzadə yarım əsrdən çox fəlsəfə elminin nəzəri problemləri, sosial fəlsəfə, onto­logiya və idrak nəzəriyyəsi, estetika, Azərbaycan və Şərq orta əsr fəlsəfəsi tarixinin tədqiqi və mübahisəli məsələlərini araş­dır­mış­dır. Akademik Fuad Qasımzadə uzun müddət Bakı Dövlət Universitetində müdafiə şura­larının üzvü və sədri kimi fəaliyyət göstərmişdir.

F.F.Qasımzadənin çoxillik elmi və pedaqoji fəaliyyəti yüksək qiymət­lən­di­rilmiş, müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.

F.F.Qasımzadə elmi yaradıcılığı dövründə 30 kitab və 500-dən çox elmi mə­qalə çap etdirmişdir. F.Qasımzadənin əsas tədqiqat sahəsi Azərbaycan fəl­səfi ictimai fikri, sosial fəlsəfə, ontologiya və idrak nəzəriyyəsi, estetika olmuşdur.

Onun rəhbərliyi altında 30-dan çox elmlər namizədi və elmlər doktoru yetişmişdir.

Akademik Fuad Qasımzadə 3 avqust 2010-cu ildə Bakı şəhərində vəfat etmişdir. 

(1929-2010)