Quliyev Cəmil Bahadur oğlu

Akademik Cəmil Bahadur oğlu Qu­li­yev 1927-ci il de­kab­rın 16-da Ağdam şə­hə­rin­də anadan olmuş­dur. 1944-cü ildə Azərbay­can Dövlət Univer­si­te­ti­nin (indiki Bakı Döv­lət Universiteti) tarix fakültəsinə daxil ol­muş, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Mosk­­va Dövlət Uni­ver­si­te­tin­də davam etdir­miş, 1949-cu ildə həmin universiteti bi­tir­dik­dən sonra aspiranturada saxlanıl­mış­dır.

C.Qu­­li­yev 1952-ci ildə fəlsəfə doktoru adını alaraq təyinatla Bakı­ya gön­dərilmişdir. 1952-ci ildən Azərbaycan Döv­­lət Univer­sitetində müəl­lim, dosent, 1958-1972-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi ya­nın­da Par­tiya Tarixi İnstitutunda elmi işlər üz­rə di­rek­tor müa­vini işləmişdir. 1971-ci ildə elmlər dok­toru və pro­fes­sor adı­nı al­mışdır. Həmin ildən Azər­bay­can Elmlər Aka­­de­miyasında fəa­liyyətə baş­la­mış­dır. 1972-1978-ci illərdə Azərbaycan Elm­lər Akademiyası Tarix İnstitutunun direk­to­ru, 1976-1990-cı illərdə Azərbaycan Elmlər Aka­de­miyasının vitse-pre­zi­denti, 1975-1988-ci il­lər­də Azərbaycan Sovet En­sik­lo­pe­di­ya­sı­nın baş redaktoru, 1989-1990-cı illərdə Azər­bay­can Dövlət Universitetinin rek­toru ol­muş­dur. 1976-1991-ci illərdə və 1997-ci ildən öm­­rünün sonunadək Azər­baycan Milli Elmlər Aka­demiyası Rə­ya­sət Heyətinin üzvü ol­muş­dur. 1972-ci ildə Azərbaycan Elmlər Aka­de­mi­yasının müxbir üzvü, 1980-ci ildə həqiqi üz­­vü seçilmişdir.

C.Quliyev ölkəmizdə tarix elminin in­kişafına töhfələr verən alim kimi tanınır. O, Azər­baycanın müasir tarixi baxımından əhə­miy­yət kəsb edən dövrlərin bir çox prob­lem­lə­rinin tədqiqi ilə bağlı kitab və mo­no­qra­fi­ya­la­rın, 400-ə yaxın məqalənin müəllifi olmuş­dur. Onun rəhbərliyi və yaxından iştirakı ilə on cilddən ibarət “Azərbaycan Sovet En­sik­lo­pe­diyası”, iki cildlik “Uşaq Ensiklopediyası”, “Nax­çıvan Ensiklopediyası” və yeddi cildlik “Azər­baycan tarixi” işıq üzü görmüşdür.

C.Qu­liyevin ölkəmizdə ictimai elmlər sahəsində araşdırmalarının daha geniş miqyas alması, on­ların dövrün tələblərinə uyğun aparılması və Azər­baycan tarixinin yeni mənbələr əsa­sın­da öyrənilməsində xidmətləri danıl­mazdır.

C.Quliyev beynəlxalq forumlarda Azər­­­baycan elmini dəfələrlə təmsil etmiş, bir sı­­­ra hökumət və ictimai təşkilatların rəhbər or­­­qan­­larının üzvü olmuşdur. Əməkdar elm xa­­­di­mi və Dövlət Mükafatı laureatıdır. 1997-ci ildə Azərbaycan Respublikasının Pre­zidenti Heydər Əliyevin fərmanı ilə “Şöh­­rət”, 2005-ci ildə Azərbaycan Res­­pub­li­ka­sının Prezidenti İlham Əliyevin fər­manı ilə “İs­tiqlal” ordenləri ilə təltif edil­mişdir.

Akademik Cəmil Quliyev 2010-cu ildə Bakı şəhərində vəfat etmişdir. 

(1927–2010)