Mahmudov Əhməd Əkbər oğlu

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın həqiqi üzvü Əhməd Əkbər oğlu Mah­mudov 1923-cü il mayın 25-də Naxçıvanın Şahtaxtı kəndində ana­­­dan olmuşdur. 1941-ci ildə orta məktəbi bi­tirmişdir. 1942-1945-ci illərdə Böyük Və­tən müharibəsində iştirak etmişdir. 1946-1950-ci illərdə K.Marks adına Azər­bay­can Döv­lət Xalq Təsərrufatı İnstitutunun Uçot-sta­­tistika fakültə­sin­də təhsil almış, institutu fərq­­lənmə diplomu ilə bitirərək, tədqiqatçılıq fəaliy­yətilə məş­ğul olmağa başlamışdır. Ə.Mahmu­do­vun elmi fəaliy­yəti bütünlüklə Azər­baycan EA İqti­sa­­diyyat Böl­məsi və 1958-ci ildə bu bölmənin əsa­sında yaranan İq­ti­sa­diy­yat İnstitutu ilə bağlı ol­muşdur. O, Azər­bay­can EA İqtisadiyyat Böl­mə­sinin as­pirantı olar­kən təhsilini davam et­dir­mək üçün o za­man güclü elmi mər­kəz sa­yı­lan SSRİ EA İq­ti­sa­diyyat İnstitutuna gön­də­ril­miş­dir.
Ə.Mahmudov 1955-ci ildən 33 il Azər­baycan SSR EA İqtisadiyyat İns­­­titu­tunda ça­­lış­­mışdır. O, kiçik elmi işçidən ins­­titut di­rek­toru vəzifəsinə qədər yük­səl­miş­dir.
Ə.Mahmudov 1984-cü ildə Azər­bay­­can EA-nın Tarix, İqtisadiy­yat, Fəl­sə­fə və Hüquq Bölməsinin akademik-katibi və­zi­fə­si­ni də icra etmiş­dir. Alimin əsərlə­rində ilk dəfə ola­raq kənd təsərrufatının intensiv­ləş­­di­ril­mə­si­nin zəruriliyi əsas­lan­dırılmış, onun me­­to­do­lo­ji aspektləri tədqiq edilmişdir. Aka­de­­mik Ə.Mahmu­dov çox zəngin sta­tis­tik, kon­k­­ret ma­te­rial­lara əsas­lanaraq, Azər­bay­ca­nın kənd təsər­rü­fa­tında intensivləşdirmənin amil­­lə­rini, səviy­yə­si­ni təhlil etmiş, inten­siv­ləş­­dir­mə­nin aqrar sek­to­run dinamik inki­şa­fın­da­­kı ro­lunu elmi cəhət­dən əsas­landırmışdır.
Ə.Mahmudovun Azərbaycanın uzun­müd­­­­­dətli perspektiv üçün elmi-tex­niki tərəq­qi­­­si­nin kompleks proqramının tədqiqinin təş­ki­­­lin­də və əlaqələn­dirilmə­sində böyük xid­mə­ti var­dır. Ə.Mahmudovun rəhbərliyi al­tın­­da Azər­bay­­canın elmi-texniki tərəqqisinin komp­­leks proqramının uzunmüd­dət­li perspek­ti­və hazırlanması istehsalın inten­siv­ləş­di­ril­mə­si prosesinin mənbə­lərinin aşkara çı­xa­rıl­ma­sına, onun səmərəliliyinin yüksəldilməsinə, xalq tə­sər­rüfatı komplek­sin­də respublikanın məh­­­sul­dar qüvvələrindən daha səmə­rəli is­ti­fa­də edil­mə­sinə yönəldilmişdir.
1987-1988-ci il­lərdə respublikamızın iq­­­tisadi müstəqillik kon­­sep­si­ya­sının hazırlan­ma­sı üçün gərgin iş apa­rılırdı. Ə.Mah­mu­dov Azərbay­ca­nın in­kişafı ilə əlaqədar ta­le­­yüklu problemlərə öz mü­nasibətini bil­dir­mək­lə yanaşı, konkret he­sab­lamalar və tək­lif­lər­lə respublikanın böyük im­kanlara malik ol­du­ğu­nu göstərirdi.
Ə.Mahmudov “Dağlıq Şir­van rayonu kolxozlarının tor­­paq fondu və on­dan istifadə edilməsi yol­la­rı” (1961), “Azər­bay­­can SSR-in kol­xozlarında əkin­­çiliyin in­ten­­sivləşdirilməsinin iqtisadi prob­­lemləri” (1969), “SSRİ-də 1991-2000-ci il­­­­­lər­­də (beş­il­lik­lər üzrə) elmi-texniki tə­rəq­qi­nin komp­leks proq­ramı”, “Regional bölmənin kon­­sep­siyası”, “Azər­baycan SSR-də elmi-tex­ni­ki tə­rəq­qinin komp­leks proqramı” (1986), “Azər­­bay­can iq­ti­sadiy­yatının aktual prob­lem­lə­ri”, “Azər­bay­can İq­­tisadçılar İttifaqı” (2008) və baş­qa ki­tab­la­rın müəllifidir.
AMEA-nın həqiqi üzvü Əhməd Mah­mu­­dov 1989-cu il mayın 8-də Bakı şəhə­rində vəfat etmişdir. 

(1923-1989)