Mehdiyev Şəfaət Fərhad oğlu

Ş.Mehdiyev 1910-cu ildə Cənubi Azər­bay­canın Sərab qə­­zasında (İran) anadan olmuş­dur. 1934-cü il­də Azərbaycan Neft İnstitutunun Geoloji-kəş­fiyyat fakültəsini mühəndis-geoloq ixti­sası üzrə bitirmişdir.

Ş.Mehdiyev 1945-ci ildə fəlsəfə dokto­ru, 1950-ci ildə isə geologiya-minera­logiya üzrə elmlər doktoru elmi dərəcələrini və professor elmi adı­nı almışdır, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasına (AEA) müxbür üzv, 1958-ci ildə isə həqiqi üzv seçilmişdir.

Ş.Mehdiyev 1933-1941-ci illərdə müxtəlif geoloji təş­kilatlarda işləmiş­dir. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1954-1958-ci il­lər­də Geologiya İnstitutunun direktoru işləmişdir. 1958-1965-ci illərdə Azərbay­can Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) rektoru olmuşdur. 1965-ci ildən AEA Geologiya İnstitutunun Neft və qaz geologiyası şöbəsinin rəhbəri olmuşdur. 1967-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Neft və qaz yataqla­rı­nın geologiyası və kəşfiyyatı kafedrasının müdiri olmuşdur. Neft və qazın geologiyası və geokimyası sahəsində böyük alim və neftçi-geoloqların Azər­baycan məktəbinin əsasını qoyanlardan biri, həmçinin neftin mən­şəyinin dərinlik-biogen nəzəriy­yəsinin müəllifi olmuşdur. Respub­likanın termal sularının və bi­tumlu sü­xur­larının sənayedə istifadəsinin vacibliyini elmi cə­hətdən əsaslandırmış­dır. Neft geolo­giyası elminin və təcrübəsinin bir sıra ak­tual problemlərini tədqiq etmişdir. Çox sayda geoloji atlasların, müxtəlif miq­yaslı xəritələrin, Azərbaycanın geologiyası və neft-qazlılığı üzrə fundamental monoqrafiyaların məsul redaktoru və müəllifi olmuşdur. Neftin mənşəyi və böyük dərinliklərin neft-qazlılıq problem­ləri labora­toriyasına rəhbərlik et­mişdir. 1985-ci ildə onun redaktəsi altında tərtib edilmiş “Azərbaycan SSR-in neft-qaz yataqları və perspektiv strukturları xəritə­si”nə görə Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür. O, geologiya elminin tarixi üzrə Beynəlxalq Komissiyanın müxbir üzvü, SSRİ Elmlər Akademiyasının Neft və qazın geologiyası və geokimyasına dair Qafqaz və Zaqafqaziya üzrə Regional Komis­siyanın Elmi Şurasının sədri olmuşdur. Azərbaycanın Əməkdar elm xadimi, SSRİ-nin Fəxri neftçisi və SSRİ qaz sənayesinin Fəxri işçisi adlarına layiq görül­müşdür.

Ş.Mehdiyev Azərbaycan elmi tarixində “Vulkan püskürmələri paylan­masının məkan-za­man qanunauyğunluğu” kəşfinin ilk həm­müəl­liflərindən biridir (Bey­nəl­xalq diplom 239 №-li, 2003). Professor Ş.Mehdiyev 70-dən artıq elmlər dokto­ru və fəlsəfə doktoru hazırlamışdır. 400 elmi əsərin, o cümlədən 40 monoqrafi­yanın müəllifi olmuşdur.

Ş.Mehdiyev elmi və ictimai fəaliyyətindəki xidmətlərinə görə “Şərəf nişanı”, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordenlərinə, müxtəlif medallara, həmçinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanlarına layiq görül­müş­dür. Eyni zamanda o, Ümumdünya Sülh Şurasının, Sovet İttifaqı Sülhü Müdafiə Komitəsinin, Neft Sənayesi Nazirliyinin Fəxri fərmanları, “S.İ.Vavilov” adına medalla təltif olunmuşdur.

Akademik Şəfaət Mehdiyev 1993-cü ildə Bakıda vəfat etmişdir.

(1910-1993)