Sultanov Hacıbəy Fərəculla oğlu

Sultanov Hacıbəy Fərəculla oğlu 1921-ci il sentyabrın 20-də Bakının Şağan kəndində ana­dan olmuşdur. 1942-ci ildə ADU-nun Fizi­ka-riyaziyyat fakültəsini astronomiya, göy me­xa­nikası ixtisası üzrə bitirmişdir. 1951-ci ildə fəlsəfə doktor­luğu, 1967-ci ildə elmlər doktor­luğu dissertasi­ya­sını müdafiə etmiş, 1972-ci ildə AEA-nın həqiqi üzvü seçilmişdir.

1953-cü ildən Azərbaycan SSR EA Fizi­ka-Riyaziyyat İnstitutunda astrono­miya eks­pe­di­siyasının rəisi (1953-1954), astrofizika şöbəsinin müdiri (1954-1956), Azərbaycan SSR EA Astrofizika sektorunun rəhbəri (1956-1959), Şama­xı Astrofizika Rəsədxanasının direktoru (1959-1981), Azərbaycan SSR EA vit­se-prezidenti (1976-1981) vəzifələrində çalış­mışdır. Beynəlxalq Astronomiya İttifaqının (BAİ), Avropa Astronomiya Cə­miyyətinin üzvü olmuşdur.           

H.Sultanovun elmi fəaliyyəti astrofizika sahəsində müşahidələrin təş­kili və təhlili ilə əlaqədardır. Mars və Yupiter planetlərinin orbitləri arasında yerləşən asteroidlərin mənşəyi ilə bağlı riyazi nəzəriyyənin müəlliflərin­dən­dir. Aste­roid­lər həlqəsinin Mars və Yupiterin arasında hərəkət edən bir neçə nisbətən böyük ilkin cisimlərin ardıcıl parçalanması nəticəsində əmələ gəldi­yini əsaslan­dırmışdır.

Şamaxı Astrofizika Rəsədxanasının təşkili, yaşayış və inzibati binala­rın, qur­ğuların tikintisinin başlanması, teleskop və başqa astronomik cihaz­la­rın sifa­rişi, istifadəyə verilməsinə, eləcə də kadrların hazırlanmasına mühüm töhfə ver­mişdir. Teleskopların (xüsusən 2-metrlik reflektorun) alınıb quraş­dırılması, elmi və yaşayış binalarının tikilib istifadəyə verilməsi, hazırlanmış elmi-texniki kadrların artıq rəsədxanada müstəqil fəaliyyətə başlamaları məhz onun rəh­bər­liyi altında yerinə yetirilmişdir.

Respublikanın Əməkdar elm və texnika xadimi fəxri adına layiq görül­müşdür.

Akademik Hacıbəy Sultanov 2008-ci ildə Bakıda vəfat etmişdir.

(1921-2008)