Şirəliyev Məmmədağa Şirəli oğlu

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın həqiqi üzvü Məmmədağa Şirəli oğlu Şi­­­rə­liyev 1909-cu il sentyab­rın 19-da Şama­xı şə­hə­rində anadan ol­muşdur. O, Azər­­bay­can dialektologiya məktə­bi­nin ya­ra­dı­cı­­sıdır.

1931-ci ildən Azər­bay­can Pe­daqoji İns­­ti­tu­tun­un, 1943-cü ildən Azər­­­baycan Dövlət Uni­ver­si­te­tinin Azər­ba­y­can dilçiliyi kafedrasının müdiri ol­muşdur. Azər­baycan Dövlət Universitetinin Fi­lo­logiya fakültəsi­nin de­­kan müavini, el­mi hissə üzrə prorektoru, 1949-cu il­də Azərbaycan SSR Elmlər Akademiyası Dil İns­titutunun di­­rek­toru, Azərbaycan SSR EA Ədə­­­biy­yat və Dil İnsti­tu­tu­­nun di­rek­toru, Azərbaycan SSR Elmlər Aka­­­de­mi­ya­sı İctimai Elmlər Böl­mə­si­nin aka­de­­mik-ka­tibi və­zifə­lərində çalışmışdır.

M.Şirəliyev 1941-ci il­də «Bakı dialek­­ti» mövzusunda na­mizədlik dis­ser­ta­si­ya­sı mü­da­­­fiə etmiş, əsərin elmi də­yə­ri­ni nəzərə ala­­­raq, 1943-cü ildə birbaşa filologiya elm­­ləri dok­­­­­­­­­toru alimlik dərəcəsinə layiq görülmüşdür. O, 1949-cu ildə Azər­baycan SSR EA-­nın müx­bir üzvü, 1962-ci ildə isə hə­­qiqi üzvü se­çil­­miş­, hə­min il Əmək­­­dar elm xa­di­mi fəxri adına layiq görül­müşdür.

Görkəmli alim 100-dən çox elmi əsə­rin, o cümlədən monoqrafik «Azər­­baycan dia­lek­to­­logiyasının əsasları», «Bakı dia­lek­ti», habelə M.Hü­seyn­zadə ilə birlikdə orta məktəblər üçün yaz­dığı «Azərbaycan dilinin qramma­ti­ka­sı» dərsliyinin müəllifidir.

Akademik M.Şirəliyev Azər­­bay­­can Respublikasının Dövlət Mü­ka­fa­­tına la­yiq görülmüş fundamental «Azər­bay­can dia­lektologiyasının əsasları» əsə­rində türk dil­lə­ri­nin dialektlərinə dair o vax­ta qədər ya­zıl­mış əsər­lərdən fərqli olaraq, ilk dəfə təsviri, mü­qa­yi­­səli və tarixi-müqayisəli üsullardan ge­niş is­ti­­fadə etmiş, Azərbaycan dili dialekt və şi­və­lə­­rinin təsni­fini vermiş, özünün şəxsən iştirak et­­diyi dialektoloji eks­pe­disiyalar za­ma­nı top­la­nan fak­tiki mate­rial­lar əsasında ümu­mi­ləş­mə­lər apar­mış, Azər­bay­can dili dialekt və şi­və­­lərinin 4 qrupa – şərq, qərb, şimal, cə­nub qrup­­larına bölün­dü­yü­nü inkar­olunmaz fak­t­­lar­la isbat etmişdir.

M.Şirəliyev Azərbaycan filoloji elmində dil­­çilik coğ­ra­fi­ya­­­sının banisi­dir. Maraq­lı­dır ki, hələ 1941-ci il­­də Məmmədağa Şirəliyev rus dilində çap et­dir­­diyi bir məqaləsində ilk də­fə olaraq Azər­bay­­can dialektlərinin təsnifini coğ­rafi prin­sip əsa­­sında aparmış və bu bölgü son­ralar, 1959-cu il­­də YUNESKO-nun «Fun­da­mental turcica» əsə­­­rində öz əksini tapmışdır. Onun rəh­bərliyi ilə «Azər­­­bay­can dili­nin dia­lek­toloji atlası» tərtib və nəşr edil­miş­dir.

Görkəmli alim fundamental «Azər­bay­­can dia­lek­­­­tologi­ya­sı­nın əsas­ları» əsəri Azər­­­baycan Res­­­­­pub­li­ka­sının Dövlət Mü­ka­fa­tı­na layiq gö­rül­­müşdür.

Akademik Məmmədağa Şi­­rəliyev 1991-ci il aprelin 19-da Bakıda vəfat et­miş­dir.

 (1909-1991)