Ulyanişev Valeriy Ivanoviç

Ulyanişev Valeriy İvanoviç 1898-ci il dekabrın 27-də Voronej şəhərində anadan ol­muş­dur. 1924-cü ildə Voronej Kənd Təsər­rüfatı İnstitutunu bitirmiş, 1925-ci ildə məş­hur rus mikoloqu, Rusiyada göbələklərin ilk təyin­edicisinin tərtibçisi və Rusiya EA-nın müx­bir üzvü A.A.Yaçevskinin Mikoloji labo­rato­ri­ya­sında laborant vəzifəsin­də işə başla­mışdır. 1927-ci ildə mədəni bitkilərin xəstəlik törə­dicilərini öyrənmək üçün Azərbaycan SSR Torpaq Xalq Komissarlığının xahişi ilə Azərbaycana dəvət edilmiş, həmin ildən Zaqafqaziya Xalq Komissarlığının Bitkilərin mühafizəsi şö­bə­sində Fitopatologiya laboratoriyasını yaratmış və ona rəhbərlik etmişdir. 1937-ci ildə işləmək üçün Botanika İnstitutuna dəvət olunan V.İ.Ulyanişev İbtidai bitki­lərin sistematikası şöbəsini yaratmış və uzun müddət – 1992-ci ilədək şöbəyə rəh­bərlik etmiş, Azərbaycanda mikologiya elminin yaranması, inki­şafı, mikoloji herba­ri­nin yaradılması və kadr potensialının artırılması isti­qamətində əhəmiyyətli işlər gör­müşdür. Onun yaratdığı şöbə respublikada göbələklər, yosunlar və şibyələr üzrə nəzəri-tətbiqi tədqiqatları istiqamət­ləndirmişdir.

V.İ.Ulyanişev fəlsəfə doktorluğu (1940), elmlər doktorluğu dissertasi­ya­larını (1952) uğurla müdafiə etmiş, professor elmi adını (1952) almışdır. O, Azərbaycan SSR EA-nın müxbir üzvü (1968), həqiqi üzvü (1972) seçilmişdir.

V.İ.Ulyanişevin elmi tədqiqatları mikologiyaya və fitopatologiyaya həsr edilmiş­dir. O, Azərbaycanda kənd təsərrüfatı üçün mühüm sayılan bir sıra problemlərin tədqiqi, o cümlədən pambıqda vilt, hommoz xəstəliklərinə, taxıllarda və meyvədə parazitlik edən göbələklərə qarşı mübarizə üsullarının işlənib hazırlanması ilə məşğul olmuşdur. O, taxıl bitkilərində sürmə göbə­ləkləri ilə xüsusi işlər aparmış, bərk və yumşaq buğdanı, çovdarı yoluxduran bir parazit göbələk növünün üç bioloji formasını ayırd etmiş və həmin göbələklə mübarizə tədbirlərini hazırlamışdır. Onun tərəfindən Qafqaz və Azərbaycan üçün elmə məlum olmayan 100-dən artıq yeni göbələk növü aşkar edilmişdir.

V.İ.Ulyanişev bir çox məqalələrin, sürmə, pas və peronspora göbələk­lərinə həsr edilmiş 4 cild, 5 kitabdan ibarət “Azərbaycan mikoflorası” kitabının müəllifidir. 1968-1978-ci illərdə onun “SSRİ sürmə göbələklərinin təyinedicisi”, “SSRİ pas gö­bə­lək­lərinin təyinedi­cisi” (akademik V.F.Kupr­eviçlə birlikdə) kitabları nəşr edil­mişdir.

V.İ.Ulyanişev 1963-1972-ci illlərdə “Bitki mühafizəsi” üzrə elmi təd­qiqat işləri­nin əlaqələndirilməsi üzrə Zaqafqaziya Şurasının yaradıcısı və sədri, 1964-cü ildən isə analoji Ümumittifaq Şurasının üzvü olmuşdur. 1964-1974-cü illlərdə Ümumit­tifaq Botanika Cəmiyyətinin Azərbaycan bölmə­si­nin sədr müavini olmuşdur. O, “Zaqafqaziya göbələklərinin təyin­edicisi”nin baş redaktoru olmuşdur.

Onun rəhbərliyi altında 12 fəlsəfə və 3 elmlər doktoru hazır­lanmışdır.

V.İ.Ulyanişev 1964-cü ildə elm üzrə Lenin mükafatına layiq görül­müş­dür. O, “Qır­mızı Əmək Bayrağı” ordeni və bir sıra medallarla təltif edilmişdir. Ona Azərbaycan SSR-in Əməkdar elm xadimi adı (1974) veril­mişdir.

Akademik Valeriy Ulyanişev 6 dekabr 1994-cü ildə vəfat etmişdir.

(1898-1994)