Useynov Mikayıl Ələsgər oğlu

 (1905-1992)
Mikayıl Ələsgər oğlu Useynov 19 aprel 1905-ci ildə Bakı şəhərində anadan olmuşdur.

O, 1929-cu ildə memarlıq ixtisası üzrə Azərbaycan Politexnik İnstitutunu bitir­mişdir. 1942-ci ildə professor,  1950-ci ildə memarlıq dok­toru  elmi adları alan alim, 1945-ci ildə Azər­­baycan SSR Elmlər Akademiyasının ilk 15 təsisçisindən biri olaraq hə­qi­qi üzv seçilmişdir.

M.Useynov XX əsr Azər­bay­can peşəkar memarlıq məktəbinin ba­­­nilərindən bi­ri­dir. Onun 200-ə yaxın layihəsi həyata ke­çi­ril­miş­dir. Görkəmli memarın layi­hə­ləri üzrə ya­şa­yış, inzibati, mehman­xana, nəqliyyat və s. bi­na­ları Bakı, Moskva, Düşənbə, Sumqayıt, Gən­cə və Azərbaycanın başqa şə­hər­lə­rin­də tikil­miş­dir. Ba­kı­da tikilmiş Nazir­lər Ka­bi­neti bi­na­sı, Azərbaycan Dövlət Kon­ser­vatoriyası, Res­pub­lika Döv­lət Ki­tab­­xa­nası, Elmlər Aka­de­mi­ya­sı binaları komp­­leksi, Nizami adı­na Ədəbiyyat Muze­yi, bir sıra metropoliten stan­si­ya­la­rı, şəhərin ən iri meh­man­xana-res­to­ran kompleksləri və başqa ti­kililəri Azər­­baycan paytaxtını indi də bə­zə­mək­­­dədir. Onu da qeyd edək ki, 1946-cı ilə qədər həyata keçirilmiş layihələr akademik Sadıq Dadaşovla birgə hazırlanmışdır. Mikayıl Useynovun yaradıcılığı, şüb­­həsiz ki, XX əsr Azərbaycan me­marlı­ğının in­kişafına həlledici təsir göstər­mişdir.

Görkəmli memar eyni zamanda elmi, pedaqoji və ictimai fəaliyyətlə də məşğul olmuşdur. O, bir neçə də­fə Azərbaycan Respublikası Parlamentinin üz­vü seçilmiş­dir. M.Useynov 40 ilə yaxın (1948-1988) Azər­baycan Elmlər Aka­de­mi­yasının Me­mar­lıq və İn­cə­sə­nət İnstitutuna və Azər­bay­can Memarlar İtti­fa­qı­na (1947-ci il­dən) rəhbərlik etmişdir.

Akademik M.Useynov 100-dən ar­tıq el­mi əsərin müəllifidir. Onun «Azərbay­can me­mar­lıq tarixi» (1963) adlı fundamental elmi əsə­ri milli me­marlıq elmi məktəbinin təməl da­şı­nı qoymuşdur. Onun rəh­bər­liyi altında onlarla dissertasiya müdafiə olun­muş, milli memarlıq elminin kadr po­ten­sia­lı formalaşmışdır.

1992-ci ildə alimin təşəbbüsü ilə Şərq öl­kə­ləri Beynəlxalq Memarlıq Aka­de­mi­yası ya­ra­dılmış və ilk prezidenti Mikayıl Usey­nov olmuşdur.

M.Useynovun yaradıcılığı təkcə res­­pub­li­kamızda deyil, beynəlxalq aləm­də də nüfuz qa­­zanmışdır. O, Ru­si­ya Memarlıq və İnşaat Aka­­­de­mi­ya­sı­nın həqiqi üzvü, İranın Müasir Me­­marlıq Daimi Konqresinin vitse-prezidenti və başqa nüfuzlu beynəlxalq təşkilatların üzvü ol­­muşdur. 1985-ci ildə Lon­don­dakı Kral Asi­ya Cəmiyyətinə fəxri üzv seçilmişdir.

Dünya şöhrətli memar, alim, pedaqoq, aka­­demik M.Useynov 1970-ci ildə SSRİ Xalq me­marı fəxri adına layiq görülmüşdür.

Akademik Mikayıl Usey­nov 7 oktyabr 1992-ci il­də Bakıda vəfat et­miş və I Fəxri xi­ya­ban­da dəfn edilmişdir.