Yesman Iosif Qavriloviç

Yesman İosif Qavriloviç 1868-ci il de­kab­rın 1-də Vileyko (Belarus) şəhərin­də ana­dan ol­muşdur. 1892-ci ildə Sankt-Peterburq Texno­lo­ji İnstitutunun Me­xanika şöbəsini bi­tirmişdir. 1913-cü idə adyunkt elmi dərəcəsini, 1933-cü ildə elmlər doktoru elmi dərəcəsini və professor elmi adını almış, 1945-ci ildə Azər­baycan EA-nın ilk 15 təsisçisindən biri olaraq həqiqi üzv seçilmişdir.

Sankt-Peterburq Politexnik İnstitutunda professor, de­kan (1914-1917), Vladiqafqaz Politexnik İnsti­tutunun rektoru (1919-1922), Azərbaycan Poli­tex­nik İnstitutunda professor, kafedra müdiri (1922-1924), “Azneft”in məs­ləhət­çisi (1924-1953), Azərbaycan SSR Dövlət Elmi Şurasının üzvü (1926-1929), Azərbaycan Politexnik İnstitutunun rektoru (1928), Azər­baycan Döv­lət Elmi Tədqiqat İnstitutunun üzvü (1928-1932), SSRİ EA Zaqaf­qaziya Filialının Azər­bay­can şöbəsinin (1932-1935), SSRİ EA Azərbaycan Filialın­da Energetika sek­to­runun müdiri (1935-1945), AEA Energetika İnsti­tutunun direktoru (1945-1955), AEA Fizika-Texnika elmləri və Neft Bölmə­sinin sədri (1945-1950) vəzi­fələrində çalışmışdır.

İ.Yesmanın tədqiqatları hidravlika, hidromaşınqayırma, porşenli və mər­kəz­dən­qaçma nasoslarının nəzəriyyə və hesablamalarına həsr olunmuşdur. Yük­sək özlülüyə malik mayelərin hidravlikası elmi istiqamətinin, neft hidrav­likasının yara­dıcısı və bu sahədə elmi tədqiqat işlərinin təşkilatçısı olmuşdur. Nasosqa­yırma və turbinqayırma sahəsində əldə etdiyi nəticələr Bakı, Tbilisi, Qroznı, Moskvanın na­sos zavodlarında tətbiq olunmuşdur. Zaqafqaziyanın bütün iri hid­rostansiyaları (Xram HES, Kanakir HES, Mingəçevir HES və s.) layihələndiril­məsində, Zaqafqaziya, Acaris-Tsxal və Zurnabad hidroelektrik stansiyalarının tikilməsində və işə salınma­sın­da, Bakı-Batumi neft kəmərinin layihələndiril­mə­sində, Samur-Dəvəçi suvarma kanalının tikilməsində elmi məs­ləhətçi olmuşdur. Onun təşəbbüsü ilə “Azneft”in nəz­dində Azərbaycan Elmi-təd­qiqat Neft İnstitutunun əsasını təşkil edən Neft hid­rav­likası laboratoriyası açıl­mış, neft və gilli məhlullar üçün nasosların hazırlanması sahəsində mühüm işlər yerinə yetirilmişdir. Turbinli qazma və çoxmərhələli tur­bobur və gilli məhlul nasoslarının hazırlanma problemlərinin düzgün həllinə imkan yaratmış nəticələrin müəllifidir.

İ.Yesman AZFANda Energetika sektorunun açılmasına və AEA Ener­getika İns­titutuna çevrilməsinə, fəaliyyət istiqamətinin təyin edilməsinə rəhbərlik et­miş, mühüm elmi-nəzəri məsələlərin qoyulmasına və xalq təsər­rüfatının cari məsələlərinin həllinə yönəldilməsinə nail olmuşdur.

228 elmi işin, 11 kitabın müəllifidir. Rəhbərliyi altında 27 elmlər nami­zədi hazırlanmışdır.

Əməkdar elmi xadimi (1927), Sosialist Əməyi Qəhrəmanı (1937) fəxri ad­ları verilmiş, “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Bayraq”, “Fə­da­kar əmək uğrunda”, “Böyük Vətən Müharibəsi” ordenləri ilə təltif olun­muşdur.

Akademik İosif Yesman 1955-ci ildə Bakıda vəfat etmişdir.

(1868-1955)