Zeynalov Bahadur Qasım oğlu

Zeynalov Bahadur Qasım oğlu 1917-ci il mayın 20-də Füzuli rayonunda anadan olmuşdur. B.Zeynalov Azərbaycan Dövlət Peda­qo­ji İns­titutunu bitirmiş (1938) və SSRİ Elmlər Akade­miyasının Azərbaycan Filialı­nın Kimya İnsti­tu­tu­nun aspiranturasına daxil olmuşdur (1939). Ordu sıralarına çağırılması ilə əlaqədar aspi­ran­turada təhsilini dayandır­mış və Böyük Vətən müharibəsində iştirak et­miş­dir. 1946-cı ilə qədər orduda qulluq edərək sıravi əsgərdən qvar­di­ya polkov­niki rütbəsinə qədər yüksəlmişdir. 1946-cı ildə aspiranturaya bərpa olunmuşdur.

 B.Zeynalov 1949-cu ildə kimya üzrə fəlsəfə doktoru, 1962-ci ildə kim­­ya üzrə elmlər doktoru elmi dərəcəsini və professor elmi adını almışdır. 1976-cı ildə Azərbay­can SSR EA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçil­mişdir.              

B.Zeynalov 1990-cı ildə Akademiyanın Kimya Elmləri Bölməsinin akademik-kati­binin müavini və Beynəlxalq Yaradıcılıq Akademiyasının həqiqi üzvü seçilmişdir.

B.Zeynalov 1946-1953-cü illərdə Azərbaycan SSR Elmlər Akademi­yasının Kimya İnstitutunda aspirant, kiçik elmi işçi, baş elmi işçi və 1953-1957-ci illər­də Neft karbohidrogenlərinin maye fazada oksidləşməsi labo­ratoriyasının müdiri olub.

B.Zeynalov 1959-cu ildə Azərbaycan SSR EA-nın Neft-Kimya Pro­ses­l­əri İns­titutunun Plastifikatorların kimyası və texnologiyası laboratori­yasına rəhbər­lik etmiş və 1986-cı ildə NKPİ-nin Əsas üzvi sintez şöbəsinin müdiri təyin edil­mişdir.

B.Zeynalov elmi fəaliyyəti ilə yanaşı müəllimlik fəaliyyəti ilə də məş­ğul olmuşdur (1963-1971). Onun rəhbərliyi altında maye fazada karbohid­rogen­lərin oksidləşməsi və efirlərin alınması sahəsində geniş elmi tədqiqat işləri aparılmış, neft fraksiyalarının oksidləşməsi zamanı oksigenli üzvi birləşmə­lərin alınmasının elmi əsasları verilmiş, yağ, naften, naften-aroma­tik, oksitur­şu­ları­nın alınma texnologiyası işlənib hazırlanmış, başqa qiymətli məh­sullar alınmış və xalq təsərrüfatının müxtəlif sahələrində tətbiq edilmişdir.

B.Zeynalovun elmi tədqiqatlarının nəticələri 500 elmi əsərdə, o cüm­lədən 8 kitab və monoqrafiyada, 100-dən çox müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. Əsərlərinin çox hissəsi xaricdə çap olun­muşdur.

B.Zeynalovun elmi rəhbərliyi altında 4 elmlər doktoru və 40 kimya üzrə fəlsəfə doktoru yetişdiril­mişdir.

“Qırmızı Ulduz”, “Qırmızı Bayraq”, “Aleksandr Nevski”, iki dəfə I və II də­rə­cəli “Böyük Vətən müharibəsi iştirakçısı”, “Şərəf“ ordenlərinə, “Varşa­vanın azad edilməsi”, “Berlinin alınması”, “1941-1945-ci illərdə Almaniya üzərində qələ­bə”, “Almaniya üzərində qələbənin 20 və 25 illiyi”, “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi”, “Əmək veteranı” və s. medallarıa layiq görülmüş, Bakı Soveti Müharibə Veteranları Komi­təsinin, Azərbaycan SSR Ali Sovetinin, “Bilik” Cəmiyyətinin və s. Fəxri fərman­ları ilə təltif edilmişdir. Əməkdar elm xadi­mi adını almışdır.

Akademik Bahadur Zeynalov 1995-ci ildə Bakıda vəfat etmişdir.

 (1917-1995)