Dəmirəl Süleyman (1924-2015)

Türkiyə Cümhuriyyətinin IX Prezi­denti Sü­leyman Dəmirəl 1924-cü il noyabrın 1-də İsparta şəhərində anadan olmuşdur. 1949-cu ildə İstan­bul Tex­ni­ki Univer­sitetinin İn­şaat mü­hən­disliyi fakültəsini bitirmişdir.

1962-ci ildən siyasi fəaliyyətə baş­­layan S.Dəmirəl 1964-cü ildə Ədalət partiya­sının rəh­bə­ri, 1965-ci ilin fevral ayında Baş nazirin müavi­ni, həmin ilin oktyabr ayından Baş nazir və­zifələrində çalışmışdır.

1975-1980-ci illərdə o, yenidən fasilə­lər­lə koalisyon hökumətin Baş naziri vəzifə­sin­də çalışmışdır.

1980-ci ildə vətəndaş hərc-mərcliyi si­lah­lı çevrilişlə nəticələndiyi zaman si­yasi fəaliyyətdən uzaqlaşmışdır (1987-ci ilədək).

 1987-ci ildə Doğ­ruyol par­ti­yasının rəh­bəri seçilmişdir. 1990-1993-cü illərdə ye­nidən Baş nazir vəzifəsinə təyin olun­muş­, 1993-2000-ci illərdə Tür­kiyə Cüm­hu­riyyətinin Prezidenti seçilmişdir.

 1995-ci il de­kab­rın 4-də Azərbaycan Elm­­lər Aka­de­mi­ya­sı­nın fəxri üzvü, 1999-cu ildə isə Azər­baycan Memarlıq və İnşaat Universi­te­ti­nin fəxri doktoru seçil­miş­dir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 01 noyabr 2013-cü il tarixli Sə­rən­camı ilə Türkiyə ilə Azərbaycan arasında dost­luq əla­qələrinin möh­kəmləndirilməsində xü­su­si xidmətlərinə görə Türkiyə Cümhu­riyyətinin IX Pre­zidenti  S.Dəmirəl «Şə­rəf» ordeni ilə təltif edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü Süleyman Dəmirəl 2015-ci il iyunun 20-də vəfat etmiş və İsparta şəhərində dəfn edilmişdir.