“Elm” uşaq istirahət düşərgəsi

Mərdəkan qəsəbəsində yerləşən “Elm” uşaq istirahət düşərgəsində 6-13 yaşlı məktəbli uşaqların (qız və oğlanlar) istirahəti nəzərdə tutulur. İstirahət müddəti hər biri 14 gün olmaqla 5 növbədə təşkil edilir.

I növbə 25 iyun – 8 iyul

II növbə 11 iyul – 24 iyul

III növbə 27 iyul – 9 avqust

IV növbə 12 avqust – 25 avqust

V növbə 28 avqust – 10 sentyabr

Düşərgənin ərazisində 100 nəfərlik yeməkxana, hovuz, diskoteka və intellektual oyun meydançası, mini zoopark, istirahət köşkü, həkim məntəqəsi və kitabxana fəaliyyət göstərir. Bundan əlavə, düşərgədə futbol, voleybol meydançaları, bilyard və stolüstü tennis, şahmat, dama, domino, nərd oyunları üçün xüsusi sahələr də vardır.

“Elm” uşaq istirahət düşərgəsində Abşeron yarımadasında yerləşən mədəni-tarixi yerlərə (M.Muxtarovun bağ evi, H.Z.Tağıyevin bağ evi, Yeseninin ev muzeyi, “Qala” tarixi memarlıq qoruğu, “Binə” atçılıq mərkəzi, Zirə Eko park) ekskursiyalar, həmçinin Xəzər dənizinin mühafizə olunan çimərlik zonasına istirahət də təşkil olunur.

Bir növbə üçün hər uşağın ödəniş haqqı 200 manatdır. AMEA əməkdaşlarının uşaqlarına imtiyazlı ödəniş tətdiq edilir.

Lazım olan sənədlər:

1. Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi;

2. Sağlamlıq haqqında arayış;

Ünvan: AZ1044, Azərbaycan Respublikası, Bakı ş., Xəzər r-nu, Mərdəkan qəsəbəsi, S.Yesenin küç., 89

Telefon: (+994 51) 3290100; (+994 77) 4240185; (+994 12) 4541050

Elektron poçtu: dendrary@mail.az