Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Struktur bölmələri

Yeni və ən yeni tarix şöbəsi
Tel. (+994 36) 5446580; (+994 50) 2117658  
Faks (+994 36) 5454622  
Elektron poçtu ismayil_haciyev@yahoo.com  
Struktur bölmənin rəhbəri Akademik Hacıyev İsmayıl Muxtar oğlu
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Naxçıvanın yeni və ən yeni dövrünün tədqiqi  
Əsas elmi nəticələri

“Naxçıvan MSSR-nin təşkili” (XX əsrin əvvəlləri), Azərbaycan dövlətçilik tarixində Naxçıvanın yeri mövzusu ilə əlaqədar tədqiqatlar aparmışdır. Mövzu müstəqilliyin verdiyi imkanlardan istifadə olunaraq tədqiq olunmuş, təhlillər aparılmış, uğurlu nəticələr əldə olunmuşdur. Həmçinin şöbədə Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi, qonşu xanlıqlar və dövlətlərlə münasibətləri, ordu quruculuğu, kəngərlilərdə mülkiyyət məsələsi, XIX-XX əsrlərdə Naxçıvanda yaşamış Naxçıvan xanları nəslindən olan şəxsiyyətlərin həyatı və fəaliyyəti ilə əlaqədar araşdırmalar aparılmışdır. Naxçıvanın XIX əsr tarixi rus mənbələri əsasında araşdırılmış, dövrün sosial-siyasi və iqtisadi həyatı, Naxçıvanda kollektivləşmə və onun nəticələri məsələləri öyrənilmişdir.

- Heydər Əliyev siyasəti və Azərbaycan tarixi məsələləri

- Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvanın yeri

- Azərbaycanın Xalq Cümhuriyyətinin Naxçıvanla əlaqələri

- Araz-Türk Respublikasının tarixi

- Müharibə illərində (1941-1945) naxçıvanlıların ön və arxa cəbhədəki fəaliyyətləri

- Naxçıvan bölgəsinin ərazi taleyi

-Naxçıvan Muxtar Respublikanın sosial-iqtisadi tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətləri