Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Struktur bölmələri

Səma cisimlərinin fotometriyası şöbəsi
Tel. (+994 36) 5433569 
Faks  
Elektron poçtu

azad_mammedli@yahoo.com

Struktur bölmənin rəhbəri

Məmmədli Azad Hidayət oğlu

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
İşçilərin ümumi sayı 4
Əsas fəaliyyət istiqamətləri 

Səma cisimlərinin fotometrik müşahidələri və tədqiqi;

Göy mexanikası.

Əsas elmi nəticələri

1. Prosion ulduzunun yüksəkdispersiyalı rəqəmsal spektrində 120-yə qədər zəif və orta Fraunhofer xəttinin spektrofotometrik xüsusiyyətləri müəyyən edilmişdir.

2. Prosion ulduzunun atmosferində mikroturbulent hərəkət sürətinin (2.3±0.5) km/san olduğu təyin edilmişdir.

3. Göstərilmişdir ki, sınaq ulduzunun heliosentrik məsafəsi 50-100 astronomik vahidədək, kütləsi isə 1-5 Günəş kütləsi qədər dəyişdikdə, orbit parametrlərinin böhran qiymətində Günəş sistemi planetləri ya ulduzun peykinə çevrilər, ya da Günəş sistemi hüdudlarını tərk edər.