Səma cisimlərinin mövqe müşahidələri şöbəsi

Tel.

(+994 36) 5446985

(+994 50) 6337538

Faks  
Elektron poçtu

atcc55@mail.ru

Struktur bölmənin rəhbəri Məmmədov Ruslan Təvəkgül oğlu 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri 

Günəş-Yer əlaqələr, Günəş sistemi cisimlərinin tədqiqi, Günəş fizikası 

Əsas elmi nəticələri

1. Günəşdəki irimiqyaslı maqnit sahələrində aşkar olunmuş kvaziikiillik dövrü rəqslər Günəşdəki maqnit sahələrinin qeyri-simmetrik xüsusiyyətləri ilə bağlıdır.

2. Günəş spikullarının dispersiyaya meyli dövrü olaraq dəyişir və bu dəyişmə spikulların fırlanma hərəkəti ilə bağlıdır.

3. Müəyyən edilmişdir ki, uzundövrlü kometlərin bir qrupunun mənbəyi Koyper-Ecevort qurşağı ola bilər.

4. Uzunperiodlu kometlərin perihelilərinin ən yüksək konsentrasiyası ekliptika müstəvisinə perpendikulyar müstəvi ətrafında mövcuddur.

5. Günəş sisteminin 55 a.v., 110 a.v., 80 a.v. və 170 a.v. məsafələrində ən azı dörd planet cisminin olması ehtimalı vardır.