Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Struktur bölmələri

Zooloji tədqiqatlar şöbəsi
Tel. (+994 36) 5450199 
Faks  
Elektron poçtu akifbayramov50@mail.ru 
Struktur bölmənin rəhbəri Bayramov Akif Bayram oğlu 
Biologiya üzrə fəlsəfə doktoru, dosent
İşçilərin ümumi sayı 10
Əsas fəaliyyət istiqamətləri  Naxçıvan MR-in fauna biomüxtəlifliyinə daxil olan onurğasız və onurğalı heyvanlar, onların tədqiqi və istifadə imkanlarının araşdırılması istiqamətləri
Əsas elmi nəticələri

Naxçıvan MR şəraitində kənd təsərrüfatı heyvanlarında və ev quşlarında parazitlik edən spesifik törədicilərin-sarkosporidilərin tədqiqinə üstünlük verilmişdir. Sarkosporidioz törədicilərinin fauna tərkibi (9 növ), potensial zərərverici növlər, onların müxtəlif ekoloji mühitlərdə virulentlik səviyyəsi, sporulyasiya mərhələsinin müddəti və ekoloji xüsusiyyətləri araşdırılmışdır. Sarcosystis horvathi Cənubi Qafqaz respublikalarının ibtidailər faunası üçün ilk dəfə göstərilmişdir. Xəstələnmiş heyvanlarda invaziyaların ekstensivliyi və intensivliyi qiymətləndirilmişdir. Sarkosporidiozlar və onların profilaktikası üçün təsirli mübarizə tədbirləri haqqında monoqrafiyalar və metodik göstərişlər nəşr edilmişdir.

Müasir metodlarla Naxçıvan (Araz) su anbarında makrozoobentosun növ tərkibi, kəmiyyət göstəriciləri, onun formalaşdırdığı təbii yem bazası, zoobentosun kaloriliyi, qidalılıq əmsalı öyrənilmiş, dib faunanın bentofaq balıq növlərinin qidalanmasında rolu və suyun bioloji özünütəmizləmə proseslərindəki funksional fəaliyyəti dəyərləndirilmişdir.

Hazırda yüksəklik qurşaqları üzrə muxtar respublikada içməli suyun mənbəyini təşkil edən çayların zoobentosunu təşkil edən əsas sistematik qrupların və biosenozların öyrənilməsi işi davam etdirilir. Hələlik bölgə hidrofaunasında 600 növdən artıq makrobentik dib onurğasızı aşkar edilmişdir.

Muxtar respublika ərazisində arıkimilər faunası (Hymenoptera, Apoidea) ilk dəfə ətraflı tədqiq edilmişdir. Bölgə faunası üçün 7 fəsiləyə, 53 cinsə mənsub olan 335 növ arı aşkar edilmişdir. 146 növ Naxçıvan MR, 77 növ isə Azərbaycan faunası üçün ilk dəfə göstərilmişdir. Növlərinin sayına görə Anthophoridae (89 növ və ya ümumi sayın 26,6%-i) və Andrenidae (66 növ və ya 19,7%-i) fəsilələri üstünlük təşkil etmişdir. Arıların bölgə florasında zənginliyi ilə fərqlənən fəsilələrə - Rosaceae, Fabaceae, Apiaceae, Lamiaceae və s. üstünlük verdikləri müəyyən edilmişdir. Hazırda təbiət komplekslərinin əvəzsiz ünsürlərindən olan hörümçəklərin (Arachnoidea, Aranea) rayonlar üzrə növ müxtəlifliyi araşdırılır. Metellina mengei (Blackwall,1870) Azərbaycan faunası üçün ilk dəfə göstərilmişdir.

Kənd tədqiqinə dair son ədəbiyyat məlumatları və müasir tədqiqat metodları seçilib toplanılmışdır. təsərrüfatı heyvanlarının qanını soran ikiqanadlılar faunasının nümayəndələrinin İlkin nümunələrə əsasən tədqiqat ərazisində yayılmış tibbi və baytarlıq əhəmiyyəti daşıyan ikiqanadlıların faunistik təhlili aparılmışdır. Göyün fərdləri əsas taksonlarına görə təyin edilmişdir.

Naxçıvan MR ornitofaunasının qorunması üçün xüsusi əhəmiyyət daşıyan 7 Mühüm Ornitoloji Ərazi (MOƏ) aşkar edilmişdir. Bölgə ornitofaunası 18 dəstəyə, 51 fəsiləyə, 141 cinsə mənsub olan 241 növ və 167 yarımnöv quşla təmsil olunmuşdur. Muxtar respublika və Azərbaycan faunası ilk dəfə yeni, çoxsaylı taksonlar göstərilmişdir. Hazırda digər quru onurğalıları faunası ilk dəfə ətraflı tədqiq edilir. Azərbaycan faunası üçün kərtənkələ-Dorevskia unisexsualis növü ilk dəfə qeyd edilmişdir. İlk dəfə olaraq muxtar respublika faunasının xususi qorunma statusuna malik olan onurğalı heyvan növləri və onların əsas kateqoriyaları (CR, EN, VU, NT, DD) müəyyən edilir.

Zəngəzur dağ silsiləsinin cənub-şərq yamaclarında bəbir ailələrinin mövcudluğu yüksək keyfiyyətli fotoşəkil və video çəkilişlərlə sübut edilmişdir. Аsiya muflonu və bezoar keçisi populyasiyalarının müasir vəziyyəti haqqında yeni elmi nəticələr alınmışdır.

Naxçıvan Muxtar Respublikası heyvandarlığı üçün səciyyəvi hesab edilən və bütün ekoloji zonalarda geniş bəslənilən balbas cinsli qoyunların bioloji-təsərrüfat xüsusiyyətlərinin müqayisəli tədqiqi və təhlili aparılır.

Naxçıvan MR-də yayılmış suda-quruda yaşayanlar (Amphibia) sinfinin növ tərkibi, növlərin bioekoloji xüsusiyyətləri, onların ərazi və hündürlük qurşaqları üzrə yayılması qanunauyğunluqları və biotop mənsubiyyəti müəyyənləşdirilir.

Şöbənin əməkdaşları ölkəmizdə və bir çox xarici ölkələrdə (Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukraina, Rusiya Federasiyası, Bolqarıstan, Rumıniya, Çexiya, Polşa, Hindistan və s.) keçirilən nüfuzlu Beynəlxalq elmi konfranslarda və simpoziumlarda maraqlı məruzələrlə iştirak etmiş, çoxlu beynəlxalq ekspedisiyaların fəal üzvləri olmuşlar. Zooloqların dərc etdirdiyi hər 2 məqalədən biri xarici ölkələrdə rus, türk və ya ingilis dillərində dərc olunmuşdur, nəşrlərin coğrafiyası kifayət qədər geniş olub Asiya, Avropa və Amerika ölkələrini əhatə etmişdir. Əməkdaşların müəllifliyi ilə monoqrafiyalar, xeyli sayda kitablar metodik vəsaitlər və bukletlər işıq üzü görmüşdür.