Beynəlxalq əlaqələr idarəsi

Veb-sayt http://bei.science.gov.az
Ünvan AZ1001, Azərbaycan Respublikası, Bakı ş., İstiqlaliyyət küç., 30 
Tel. (+994 12) 4926651, 4925493 
Faks (+994 12) 4926651; 4925493 
Elektron poçtu

dir@science.az

İdarənin rəhbəri Esmira Həsən qızı Əlirzayeva

Biologiya üzrə fəlsəfə doktoru, dosent

hh.esmal@hotmail.com

esmira.alirzayeva@science.az

Tel./fax: (+994 12) 4923446

İdarənin fəaliyyət istiqamətləri AMEA-nın beynəlxalq əlaqələr üzrə konsepsiyasını hazırlayır və həyata keçirir;

Beynəlxalq elmi prioritetləri və AMEA-nın beynəlxalq elmi mühitə inteqrasiyasının genişləndirilməsi imkanlarını araşdırır;

AMEA rəhbərliyinin müxtəlif ölkələrin dövlət rəsmiləri və diplomatik nümayəndəlikləri ilə əlaqələrini yaradır;

AMEA-nın elmi fəaliyyət istiqaməti və prioritetlərinə uyğun olaraq müxtəlif ölkələrin müvafiq elmi qurumlarını müəyyənləşdirir və onlarla əlaqələr yaradır;

AMEA-nın rəhbərliyini, Rəyasət Heyəti aparatının struktur bölmələrini, elmi müəssisə və təşkilatlarını beynəlxalq elmi yeniliklər və analitik məlumatlarla təmin edir;

Beynəlxalq əməkdaşlıq sahəsində AMEA Rəyasət Heyəti aparatının struktur bölmələrinin, AMEA-nın elmi müəssisə və təşkilatlarının fəaliyyətini koordinasiya edir;

AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən innovativ elmi-tədqiqat layihə və proqramlarının həyata keçirilməsinə imkan yaradan beynəlxalq elmi qrant müsabiqələrini və proqramları müəyyənləşdirir və cəlb edir;

AMEA-nın, AMEA-nın elmi müəssisə və təşkilatlarının beynəlxalq elmi cəmiyyət və birliklərə üzvlüyünü təşkil edir.

İdarəyə daxil olan şöbələr Şərq ölkələri ilə əlaqələr şöbəsi

Avropa ölkələri və Amerika ilə əlaqələr şöbəsi

MDB ölkələri ilə əlaqələr şöbəsi