Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Biokimyəvi genetika və texnologiya şöbəsi

Biokimyəvi genetika və texnologiya şöbəsi
Tel.  
Faks  
Elektron poçtu

hamlet.sadiqov@yahoo.com 

Struktur bölmənin rəhbəri Sadıqov Hamlet Bəykişi oğlu 

Biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent

İşçilərin ümumi sayı 12 
Əsas fəaliyyət istiqamətləri  Laboratoriyaya daxil olan dənli-taxıl bitkilərin dənlərinin texnoloji göstəricilərinin və  dənin endospermində qliadin və qlütenin ehtiyat zülallarının elektroforetik  analizi əsasında pasportlaşdırılması, identifikasiyası və qliadin- qlüteninkodlaşdıran lokuslara görə sort və növdaxili , növlərarası  genetik polimorfizmin müəyyən edilməsidir. Genbank şəraitində uzun və orta müddətli saxlanılan  dənli-taxıl bitki genetik ehtiyatlarının, xüsusilə də, qədim sortların, nadir və nəsli kəsilməkdə olan növlərin genetik müxtəlifliyinin və onların pasportlaşdırılması istiqamətdə laboratoriyada geniş elmi-tədqiqat işləri aparılır. Bununla yanaşı, introduksiya edilmiş və yerli  yumşaq buğda sortlarından alınmış çörəklərin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi işləri də aparılır.     
Əsas elmi nəticələri 2008-2016-cı illər ərzində Texnologiya laboratoriyasına daxil olmuş yabanı və mədəni  861 diploid və tetraploid buğda, 400 bərk və yumşaq buğda, 52 yerli və introduksiya edilmiş çovdar, 83 arpa, 34 qarğıdalı və egilops növlərində   ehtiyat zülallarının genetik şərtlənmiş polimorfizmi və kompleks texnoloji göstəriciləri (1000 dənin kütləsi, şüşəvarilik, kleykovinanın miqdarı və keyfiyyəti, KDƏ, sedimentasiya göstərici və çörək bişirmə keyfiyyəti) qiymətləndirilmişdir. Yerli və introduksiya edilmiş arpa nümunələrinin piyvəlik xüsusiyyətləri də öyrənilir. Həmçinin, bərk və yumşaq buğda nümunələrində qliadin-qlüteninkodlaşdıran lokusların allellərinin irsi keçmə  xüsusiyyətləri və  yeni allel komponentlər blokları identifikasiya edilmişdir. Habelə, ehtiyat zülalları əsasında müxtəlif  sortnümunələrində, hibrid populyasiyalarında zülal markerlərinin polimorfizmi aşkar edilmişdir.