Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Alitsiklik funksional monomerlər laboratoriyası

Alitsiklik funksional monomerlər laboratoriyası
Tel. (+994 12) 4902476  (daxili nömrə 138)
Faks (+994 12) 4903520  
Elektron poçtu markazmamedov@mail.ru  
Struktur bölmənin rəhbəri k.e.d. Məmmədov Mərkəz Kərəm oğlu
İşçilərin ümumi sayı 11 
Əsas fəaliyyət istiqamətləri  Reaksiyaqabil alitsiklik funksional tərkibli monomerlərin yeni səmərəli sintezi üsullarının elmi əsaslarının işlənib hazırlanması və onların tədbiq sahələrinin müəyyənləşdirilməsi. Eyni zamanda sənayenin əlavə  məhsulları əsasında yeni ətirli maddələrin alınması istiqamətində tədqiqatların aparılması. 
Əsas elmi nəticələri Aparılan elmi-tədqiqat işlərindən ətirli maddə «Ditsilatın» alınması prosesi sənayedə tətbiq olunmuş və onun əsasında Xarkov şəhərində «Effekt» parfümeriya-kosmetika fabrikində müxtəlif ətirli kompozisiyalar hazırlanmış və istehsalatda tətbiq olunmuşdur. Onlara misal olaraq: «Komfort», «Lesnoy aromat», «Safari», «Roza» adlı ətirləri, odekolonları və təravətləndiriciləri göstərmək olar.

Alitsiklik funksional monomerlərin alınması istiqamətində geniş tədqiqatlar aparılmış, nəticədə bitsiklik, tritsiklik və tetratsiklik akrilat və metakrilat yeni monomerlərinin sintezi üsulu işlənib hazırlanmış, onların əsasında praktiki əhəmiyyətə malik olan oliqomer və polimerlər alınmışdır.

Tədqiqatların nəticələri 190 elmi əsərdə öz əksini tapmışdır. Onlardan 18-i müəlliflik şəhadətnaməsi və patentdir. 1-i isə “Ətirli maddələr” adlı monoqrafiyadır. 

Bu istiqamətdə 3 fəlsəfə doktoru elmi dərəcəsi almış, yüksək ixtisaslı kadrlar hazırlanmışdır.