Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Fiziki və fiziki-kimyəvi tədqiqatlar şöbəsi

Fiziki və fiziki-kimyəvi tədqiqatlar şöbəsi
Tel. (+994 50) 4902476 
Faks (+994 50) 4903520 
Elektron poçtu etibar.ismailov@gmail.com
Struktur bölmənin rəhbəri İsmayılov Etibar Hümmət oğlu
Kimya elmləri doktoru, professor
İşçilərin ümumi sayı 49
Əsas fəaliyyət istiqamətləri  Kataliz, səth kimyası, katalizatorların tərkibinin, quruluşunun, katalitik reaksiyaların aktiv mərkəzlərinin və mexanizminin spektroskopik metodlarla tədqiqi.

Üzvi birləşmələrdə, o cümlədən də, neft və neft məhsullarında foto- və radiasiya kimyəvi proseslərin və onların spektral-lüminessent xassələrinin tədqiqi.

Neft və neft emalı məhsullarının fiziki-kimyəvi  parametrlərinin təyini və yeni  metodikaların işlənməsi.

Rengenfaza, İQ-spektrometrik  tədqiqatlar, 330oC-dək qaynayan maye maddələrin xrom-kütlə-spektrometrik analizi, bərk sistemlərin ərimə nemperaturunun,  kimyəvi tərkibinin  və strukturunun təyini. Tədqiqat  və nümunə hazırlama metodlarının işlənib hazırlanması. Yeni cihazların istismara buraxılması, institutda olan cihazların təmiri vz sazlanması.
Əsas elmi nəticələri Spektral tədqiqat metodlarının kimyanın müxtəlif, əsasən səth kimyası və kataliz sahələrinə tətbiqi, kimyəvi reaksiyaların qeyri-stabil, aralıq birləşmələrinin quruluşunun, reaksiyayagirmə qabiliyyətinin, kinetika və termodinamikasının, kimyəvi reaksiyaların mexanizminin  tədqiqi ilə əlaqədar olan nəticələr:

1. Mass-Spectrometrie and EPR Studies of Methane Interaction with Re-Al-O oxide Catalysts//React.Klnet.Catal.Lett., 1991, v.44, № 1

2. Thermoprogrammed reaction of Methane with Re,Pt-contained oxides //React. Klnet. Catal.Lett., 1991, v.45, № 2

3. In Situ ESR/Gas-Phase Products Chromatography Study of n-Heptane Hydrogenolysis over Ni-Containing Catalyst1st //Asia-Pacific EPR/ESR Symposium, Hong Kong. January 1997

4. In Situ ESR Studies of Ni Particles in Bimetallic Ni-Re Catalysts. //Symposium on In-Situ Spectroscopy (Operando II), Toledo, Spain, 2006, Book of Abstracts, pp.142-143.

5. Металл-полимерные нанокомпозиты с регулируемыми теплофизическими свойствами.// 

Перспективные материалы, Наука, М., В.7, 2009, С.9-13.

6. Controlled Method for Preparation and Characterization of  Nanostructured Carbon Based Fe, Co -Containing Catalysts // Nanosciences and Nanotechnologies: An Intern. Journal (NIJ), 2012 Vol. 02: Issue 01, pp. 1-10.

7. Comparative XRD, XRF and SEM Studies of Phase compositions and elemental distributions for Fe, Co - containing catalysts //  Material science AIJ,2013, Vol. 09, Issue 06, pp. 209-216.

8. Morphology study for carbon nanostructered iron catalysts based  on  the  difference  in  the  gaseous  medium  and  the  thermal  treatments // J. Nano. Adv. Mat. 1, 2013, No. 1, pp. 9- 21.

9. Bimetallic aluminum complexes modified with chloride ions of Mn (II), Fe (III), and Ni (II) for pyrocondensate oligomerization // International Research Journal of Pure & Applied Chemistry, 2013, vol.3, iss.4, p. 428-440

Tl+, Pb2+, Bi3+  ionları ilə aktivləşdirilmiş alkilammonium və alkilfosfonium halogenidlərin əsasında yeni sinif kristalfosforların alınmasının elmi əsasları işlənib hazırlanmış və göstərilmişdir ki, onların spektral-lüminessent xassələri qələvi-torpaq kristalları və ammonium-halogenid kristallarının uyğun xassələrinə nisbətən daha geniş diapazonda dəyişir.

Qurğuşunun haloid duzlarının birli alifatik aminlərlə komplekslərinin əsasında əvvəlcədən məlum olmayan, görünən və yaxın İQ-spektral sahədə şüalanan və işıqlanmasının kvant çıxımına görə bir çox üzvi lüminoforlardan üstün olan lüminofor sinifləri işlənib hazırlanmışdır.

PbBr2·CH3NHkompleksi və onun əsasında alınan lüminoforlar ultrabənövşəyi və infraqırmızı lazer şüalarını görünən işığa çevirən maddələr (çeviricilər) kimi təqdim olunmuşdur.Ağır neft qalıqlarının (ANQ) əsasında neft lüminoforlarının alınmasının elmi əsasları işlənib hazırlanmış və müəyyən edilmişdir ki, onlar günəş enerjisinin dönən akkumulyatorları, hidrogen alınmaqla üzvi birləşmələrin fotosensibilizatorları, polimerlər üçün lüminessent boyalar, kapilyar defektoskopiya üçün penetrantlar, dönən fotokimyəvi proseslər üçün fotoxrom materiallardır.

Müəyyən edilmişdir ki, neft lüminoforları sintetik lüminoforlardan fərqli olaraq dəyişən lüminessent xassələrə malikdir. ANQ-nın fraksiyalarından göy qurşağının bütün rənglərinə uyğun rəngdə işıqlanması olan lüminoforlar almaq mümkündür.

ANQ-da nəinki qatran-asfalten maddələrinə xas olan radikallar, həm də aromatik karbohidrogenlərə aid radikalın (perinaften radikalı) olduğu aşkar edilmişdir. Göstərilmişdir ki,fotoşüanın təsiri altında bu sistemlərdə radikalların generasiyası, həm də onların məhvi baş verir. Perinaften radikallarının fotoxrom xassəsi ilk dəfə olaraq müəyyən edilmişdir.

Stabilləşmənin – UB ekranlaşma, molekulların həyəcanlaşmış halının enerjisinin akseptoru və fotokimyəvi reaksiyaların ləngidilməsi mexanizmini özündə birləşdirən qatran-asfalten birləşməsinin neft lüminaforları və digər üzvi birləşmələr üçün universal antioksidant olmaları göstərilmişdir.

Katalitik krekinqin ağır qazoylunun neft lüminoforu 20-dən artıq müəssisədə, o cümlədən, “Monokristalreaktiv”də (Xarkov ş.), “ATOMMAŞ” da (Volqodonsk ş.) “Neftqazaftomat” EİB-də (Sumqayıt ş.) və s. sınaqdan keçirilmiş və tədbiq olunmuşdur.

Müxtəlif yataqlardan götürülmüş çoxlu sayda  neft və emal məhsulu nümunələrinin mikroelement və karbohidrogen tərkibi müəyyən edilmişdir.  

Neft və neft məhsullarının minerallaşdırma metodikaları işlənib hazırlanmışdır; bərk və maye maddələrin elektrikkeçirmə və başka fiziki xarakteristikalarını ölçmək üçün olan yuyacıqa və kimyəvi analizator ilə bağlı olan derivatoqrafa patentlər alınmışdır; müxtəlif analizlərin metodikaları təkmilləşdirilmişdir.