Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Xloroplastların fotokimyası laboratoriyası

Xloroplastların fotokimyası laboratoriyası
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri İbrahim Vahab oğlu Əzizov 
AMEA-nın müxbir üzvü, professor 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Stres amillərin xloroplastların fotokimyəvi fəallığına təsiri 
Əsas elmi nəticələri Quraqlıq şəraitində müxtəlif buğda sortlarının su rejiminin, zülal tərkibinin və xloroplastların fotosintez fəallığının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, davamlı sortların xloroplastlarının yüksək fəallığı yarpaqlarda suyun nisbi miqdarının çox, su defisitinin az və zülalların miqdarının çox olması ilə əlaqədardır. Müəyyən edilmişdir ki, sink sulfat duzunun sistein amin turşusu kompleksi ilə işlənmiş toxumların cücərmə enerjisi və cücərmə faizi daha yüksəkdir. Belə cücərtilər quraqlıq stresinə daha çox davamlılıq göstərmiş, onlarda xlorofilinin miqdarı digər variantlara nisbətən yüksək olmuşdur. Toxumların cücərmə faizinə, cücərmə enerjisinə, cücərtilərin böyüməsinə, fotosintez piqmentlərinin miqdarına və fotosistemlərin fəallığına görə müəyyən edilmişdir ki, Triticum monococcum ilə müqayisədə yabanı buğda növü olan Triticum dicoccum NaCl duzunun yüksək qatılıqlarının təsirinə qarşı daha yüksək tolerantlığa malikdir.