Əsas fəaliyyət istiqamətləri |
Bitkilərin abiotik (quraqlıq, şoranlıq, radiasiya) və biotik (virus, fitoplazma, pas) streslərə adaptasiya proseslərinin molekulyar əsaslarının müəyyən edilməsi, stresə tolerantlığın genetik cəhətdən təkmilləşdirilməsi imkanlarının araşdırılması. Ali bitkilərin fotosintetik membranlarının əsas struktur-funksional komponentləri olan piqment-zülal komplekslərinin sintezi, yığılması və formalaşması proseslərinin molekulyar-genetik mexanizmlərinin kompleks şəkildə tədqiq olunması. Bitkilərin ekstremal şəraitə uyğunlaşmasında fotosintetik dəyişikliklərin mümkün rolunun müəyyənləşdirilməsi. Bitkilərin abiotik (quraqlıq, şoranlıq, radiasiya) və biotik (virus, fitoplazma) streslərə qarşı davamlılığının müdafiə-adaptasiya proseslərinin əsasları aydınlaşdırılması. |