Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Veb-sayt www.ica.az   
Ünvan AZ1029, Bakı şəh., Böyükşor şossesi, məhəllə 2062 
Tel. (+994 12) 5149612 
Faks (+994 12) 5149612 
Elektron poçtu

aki05@mail.ru

aki.umumishobe@gmail.com

Baş direktor Akademik Vaqif Məcid oğlu Fərzəliyev

Xidməti tel.: (+994 12) 5149612

Mobil tel.: (+994 50) 3222896 

Faks: (+994 12) 5149612 

E- poçt: aki05@mail.ru

İçraçı direktor

Əfsun Sucayev Rəzzaq oğlu

Kimya üzrə elmlər doktoru, dosent

Xidməti tel.: (+994 12) 5149613

Mobil tel.: (+994 50) 3978801

Faks: (+994 12) 5149612

E- poçt: s.afsun@mail.ru

sucayevafsun@gmail.com
Elmi katib Mehparə Rəsul qızı Səfərova

Kimya üzrə fəlsəfə doktoru,dosent

Xidməti tel.: (+994 12) 5149874

Mobil tel.: (+994 50) 4093722

Faks: (+994 12) 5149612 

E- poçt:Mehpare_seferova-2952@mail.ru

Yaranma tarixi 

Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş İttifaqda aşqarların işlənib hazırlanması və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilmişdir.

Keçmiş SSRİ-də sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar 1945-ci ildə Kuybışev adına AzETNEİ-də fəaliyyət göstərən və akad. Ə.M.Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində yaradılmışdır. Bu kollektivin apardığı fundamental və tətbiqi tədqiqatlar SSRİ-də keyfiyyətli aşqarların yaradılmasının və sənaye istehsalının təməlini qoymuşdur. Sürtkü yağlarının donma temperaturunu aşağı salan АзНИИ-depressatoru, АзНИИ-4, АзНИИ-5 və АзНИИ-6 yuyucu-dispersləyici aşqarları və АзНИИ-СИАТИМ-1 çoxfunksiyalı alkilfenol aşqarı keçmiş SSRİ-də yaradılmış və istehsalı təşkil edilmiş ilk aşqarlardır.

Ə.M.Quliyev və əməkdaşları 1948-ci ildə АзНИИ-depressatoru aşqarının yaradılması və sənayedə tətbiqinə görə SSRİ Dövlət Mükafatına layiq görüldülər.

АзНИИ-4 aşqarının istehsal texnologiyasının işlənib hazırlanmasına və sənayedə tətbiqinə görə Ə.M.Quliyev və digər müəlliflər 1950-ci ildə ikinci dəfə SSRİ Dövlət Mükafatı laureatı adına layiq görüldülər.

Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alan SSRİ Elmlər Akademiyasının təklifinə əsasən yuxarıda qeyd olunan laboratoriya əsasında 1965-ci ildə ölkəmizdə ilk ixtisaslaşmış Azərbaycan Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutu (AEA AKİ) yaradıldı.

Аkаdemik Ə.M.Quliyev İnstitutun təməlini qоymuş, оnun təşkilаtçısı və 1987-ci ilə qədər fаsiləsiz direktоru оlmuşdur. 1987-ci ildən İnstitutа Ə.M.Quliyevin yetirmələrindən biri, аkаdemik V.M.Fərzəliyev rəhbərlik edir.

Əsas fəaliyyət istiqamətləri

- Aşqаrlаr kimyаsının nəzəri prоblemlərinin tədqiqi – аşqаrlаrın təsir mexаnizminin, оnlаrın tərkibi ilə funksiоnаl təsiri аrаsındаkı аsılılıq, аşqаrlаrın sinergizmi və аntоqоnizmi, оnlаrın sintezi üçün istifаdə оlunаn müxtəlif üzvi reаksiyаlаrın kinetikаsı və mexаnizminin öyrənilməsi istiqаmətində fundаmentаl tədqiqаtlаr;

- yeni üzvi mаddələrin sintezi və оnlаrın sürtkü yаğlаrınа, yаnаcаqlаrа, yаğlаyıcı-sоyuducu və digər xüsusi mаyelərə аşqаr və metаllаrın kоrrоziyа inhibitоrlаrı kimi tədqiqi;

- müxtəlif növ аşqаrlаrın funksiоnаl xаssələrinin tədqiqi və аşqаr kоmpоzisiyаlarının  işlənilməsi;

- yeni sintez оlunmuş аşqаrlаr əsаsındа müxtəlif növ sürtkü yаğı və yаnаcаq kоmpоzisiyаlаrının, yаğlаyıcı-sоyuducu və digər xüsusi mаyelərin işlənilməsi və tətbiqi;

- yeni sintez оlunmuş yüksək təsirli аşqаr və kоrrоziyа inhibitоrlаrının istehsаl prоsesləri texnоlоgiyаsının işlənilməsi, mоdelləşdirilməsi və оptimаllаşdırılmаsı.

Əsas elmi nəticələr

Fundamental tədqiqatlar sahəsində aparılan işlər nəticəsində müxtəlif funksiyalı aşqarların təsir mexanizmi öyrənilmiş, aşqarların tərkibi, quruluşu və funksional xassələri arasındakı asılılıq müəyyənləşdirilmişdir. Bu tədqiqatlar nəticəsində yüksək təsirə malik aşqarların optimal quruluşu proqnozlaşdırılmış və məqsədyönlü sintezi həyata keçirilmişdir. Belə ki, kombinə təsirə malik yeni nəsil antioksidantlar, yeyilmə və siyrilməyə qarşı yüksək təsirə malik aşqarlar, çoxfunksiyalı alkilfenolyat və sulfonat tipli aşqarlar, sürtkü yağlarına, yanacaqlara və xüsusi mayelərə təsirli antimikrob aşqarlar, sürtkü yağlarının özlülük-temperatur xassələrini yaxşılaşdıran polimer aşqarlar, müxtəlif növ yanacaqlara təsirli aşqarlar və həmçinin metalları korroziyadan mühafizə edən inhibitorlar sintez edilmişdir. Fundamental tədqiqatlar yeni üzvi maddələrin, yeni nəsil aşqarların sintezi üçün yeni üsulların işlənilməsi, istifadə olunan müxtəlif üzvi reaksiyaların kinetikasının öyrənilməsi istiqamətində də aparılmışdır.

Zərif üzvi sintez üsulları və kompüter kimyasının müasir imkanlarından istifadə edərək sintez olunan yeni fizioloji fəal maddələrin müştərək beynəlxalq tədqiqat qrupları ilə birlikdə canlı orqanizmlərdə antioksidant aktivliyi, fərqli enzim və onların izoformaları (karbon anhidraz (CA) izoenzimləri, laktoperoksidaz (LPO), polifenoloksidaz (PFO), qlutatyon redüktaz (GPr), 6-fosfoglukonat dehidrogenaz (6-PGD), qlukoz 6-fosfat dehidrogenaz (GPD), asetilxolinesteraz (AChE), butirilkolinesteraz (BChE), qlutatyon-S-transferaz (GST) üzərində inhibitor təsirləri İtaliyanın Florensiya Universiteti və Türkiyənin Atatürk, Bartin, Sinop və Mərmərə universitetlərində tədqiq edilmiş və yüksək təsirə malik olmaları müəyyən edilmişdir. Tədqiq olunan maddələr bədxassəli şiş (xərçəng); şəkərli diabet; qlaukoma; Alzheimer (yaddaşitmə, ağıl zəifliyi) kimi qlobal xəstəliklərə səbəb olan pataloji proseslərə potensil dərman maddəsi təsiri göstərir. Tədqiq olunan birləşmələrin bəziləri standart dərman kimi tətbiq olunan tokoferol və α-troloks preparatlarına nisbətən 10 dəfə yüksək təsirə malikdir.

Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin akademik A.Favorski adına İrkutsk Kimya İstitutunun alimləri ilə əməkdaşlıq çərçivəsində sintez olunmuş yeni maddələrin həm karbohidrogenlərin oksidləşməsinə qarşı antioksidant xassələri, həm də bu maddələr içərisində dərman potensialına malik olan maddələrin müxtəlif enzim və izoenzimlər üzrə inhibitor təsirləri araşdırılmışdır. Nəticədə azot-, fosfor-, selen- və kükürdsaxlayan heterotsiklik birləşmələr göstərilən metobolik fermentlər üçün qüvvətli inhibitor olduqlarını nümayiş etdiriblər. Bu nəticə bir sıra qlobal xəstəliklərin (qlaukoma, Alzheimer, diabet və s.) müalicəsi üçün yeni dərmanların işlənilməsinə imkan yarada bilər.

Belarus Milli Elmlər Akademiyası Bioloji Aktiv Birləşmələrin Biokimyası İnstitutu ilə birgə yerinə yetirilən müştərək beynəlxalq layihə çərçivəsində tərəfimizdən alınan yeni birləşmələrin (tsiklik tiokarbamid və asetofenon törəmələri) partnyor İnstitutun "Molekulyar Genetika" laboratoriyasında heyvanlar üzərində eksperimental modellərdə effektivliyi qiymətləndirilmiş, bioloji fəaliyyət spektrinin kompüter hesablamaları aparılmış, bu birləşmələrin standart dərmanlarla müqayisədə yüksək effektivliyə malik olduğu sübut olunmuşdur.

ABŞ Buffalo Universiteti Kompüter Araşdırmalar Mərkəzi və Bakı Mühəndislik Universitetinin aparıcı mütəxəssisləri ilə birgə aparılan beynəlxalq müştərək tədqiqatlar nəticəsində İnstitutda müasir kompüter proqram təminatlarının imkanlarından istifadə edərək kvant kimyəvi hesablamaları ilə bəzi birmərhələli üçkomponentli reaksiyaların mexanizmi tədqiq olunmuş, nəzəri hesablamalarla bu reaksiya nəticəsində məqsədyönlü maddələrin alınmasının optimal şəraiti tapılmış və təcrübi olaraq təsdiq edilmişdir.

Aşqarlar, sürtkü yağları və xüsusi mayelər sahəsində fəaliyyətlə yanaşı respublikanın digər problemlərinin həlli sahəsində də elmi nailiyyətlər əldə edilmişdir. Belə ki, institutun alimləri tərəfindən dünyada yeganə olan, müalicəvi xassəyə malik Naftalan neftinin səmərəli istifadə texnologiyası işlənilmiş və təcrübi miqyasda tətbiq edilmişdir. Bundan əlavə metalların korroziyadan mühafizəsi üçün yüksək təsirli korroziya inhibitorları, qazma zamanı istifadə edilən buruq məhlullarının fiziki-mexaniki xassələrini stabilləşdirən reagentlər, müxtəlif dezinfeksiyaedici və dərman peraparatları, fizioloji fəal maddələrin yaradılması və tətbiqi sahəsində uğurlu tədqiqatlar aparılmışdır.

İnstitutun əməkdaşları bir sıra Dövlət proqramlarının yerinə yetirilməsində də iştirak edirlər. İnstitutda 2015-2020-ci illərdə fizioloji fəal maddələrin sintezi və tədqiqi sahəsində AMEA-nın 2 elmi tədqiqat proqramı üzrə tədqiqatlar aparılıb.

İnstitut tərəfindən fundamental tədqiqatlarla yanaşı tətbiqi işlər sahəsində də önəmli nailiyyətlər əldə edilmişdir.

İnstitutun sənayedə tətbiq edilən ilk işləri СБ-3 və СК-3 sulfonat aşqarlarının istehsal prosesi olmuşdur.Keçmiş SSRİ-də ilk olaraq çoxfunksiyalı aşqarların yaradılması işinə başlanılmış və bu qəbildən olan yüksək keyfiyyətli БФК, БФКу, ИХП-21, ИХП-101 (ИХП-rusca institutun qısa adıdır, Институт химии присадок) və СБ-3у aşqarları yaradılmış və bu aşqarlardan istifadə etməklə Bakı və Şərq yağları əsasında bir sıra yüksək keyfiyyətli motor yağları işlənilmişdir.

AKİ tərəfindən yaradılmış aşqarların istehsalı üçün Sumqayıt şəhərində ixtisaslaşdırılmış “Aşqarlar Zavodu” işə salınmışdır.

Tiofosfinat tipli ИХП-388 və sulfonat tipli ИХП-234 çoxfunksiyalı polimer aşqarları işlənilib təcrübi-sənaye miqyasında tətbiq edilmiş, onların əsasında yüksək təsirli motor və hidravlik yağları yaradılmışdır.

Siyrilməyə qarşı ditiokarbamat tipli, yüksək keyfiyyətli ИХП-14A aşqarı işlənilmiş, sənaye miqyasında istehsalı Yaroslavl şəhərində təşkil edilmiş və onun əsasında ТАД-17ИХП transmissiya yağı yaradılmışdır. Bu yağ minik, o cümlədən İtaliyanın “Fiat” şirkətinin modeli olan və Rusiyada istehsal olunan “Жигули” və yük avtomobillərinin ötürücü qovşaqlarında istifadə edilmək üçün vəsiqə almışdır. ИХП-14А aşqarı əsasında həmçinin neft-mədən avadanlıqları yelləncək dəzgahları reduktorlarının normal işini təmin etmək üçün ВРМ-ИХП-1201 reduktor yağı işlənilmiş və tətbiq üçün vəsiqə almışdır.

Motor, transmissiya və sənaye yağlarının istehsalını təmin edən bir sıra aşqarlar AKİ tərəfindən yaradılmış və sənaye istehsalı Azərbaycan (Bakı, Sumqayıt), Rusiya (Ufa, Perm, Yaroslavl, Novo-Kuybışevsk), Ukrayna (Şostka, Xarkov) və Belarus Respublikasında (Novopolotsk) təşkil edilmişdir.

Keçmiş İttifaq dövründə «Azərneftyağ» Neft Emalı zavodunda istehsal edilən bütün motor yağlarının tərkibinə AKİ tərəfindən yaradılmış aşqar kompozisiyaları qatılırdı. Keçmiş İttifaqda istehsal edilən bəzi xüsusi təyinatlı mühərrik və transmissiya sistemlərinin normal işləməsini təmin edən sürtkü yağları (M-16ИХП-3, TAD-17ИХП) AKİ tərəfindən onun aşqarları əsasında yaradılmış və istehsalı təşkil edilmişdir.

Yüksək temperaturda (220ºC-dən yuxarı) işləyən xüsusi təyinatlı sintetik yağlara təsirli aşqarların sintezi və onların əsasında yüksək keyfiyyətli sintetik yağ kompozisiyalarının yaradılması sahəsində aparılan tədqiqatlar nəticəsində xüsusi təyinatlı reaktiv təyyarələrin mühərrikləri üçün 240ºC-də işləyən sintetik yağ kompozisiyası işlənilmişdir.

Reaktiv yanacaqların oksidləşməyə qarşı davamlılığını kəskin surətdə yaxşılaşdıran ИХП-712 aşqarı işlənilmiş və sınaqlardan müsbət nəticə ilə keçmişdir.

Keçmiş SSRİ-də tüstü əleyhinə ilk aşqar − ИХП-706 aşqarı işlənilmiş və tətbiq üçün vəsiqə almışdır. ИХП-706 aşqarı dizel yanacaqlarında tətbiq edildikdə, çıxan qazlarda tüstünün və kanserogen maddələrin miqdarı 50%-dən çox azalır.

Ölkəmizin müxtəlif maşınqayırma zavodlarında metal məmulatların almaz alətlərlə kəsilməsi, habelə cilalanmasında tətbiq tapan НСК-5у və Азерол seriyasından beş yağlayıcı-soyuducu maye işlənilmişdir. Yağlayıcı-soyuducu mayeləri və neft məhsullarını bioloji zədələnmədən qoruyan Азин-1, Азин-2, Азин-3 və Азин-4 antimikrob aşqarların sənaye istehsalı təşkil edilmişdir.

Neft-mədən avadanlıqlarını korroziyadan və mühərriyin soyuducu sistemlərini kavitasiya nəticəsində dağılmaqdan qorumaq üçün korroziya inhibitorları (ИКИПГ, ИКАНАЗ və s.) yaradılmış, istehsal texnologiyası işlənilmiş və təcrübi-sənaye istehsalı təşkil edilmişdir.

Keçmiş SSRİ-də istehsal olunan bütün aşqarlar və sürtkü yağlarının, o cümlədən xüsusi təyinatlı yağların 20%-ni AKİ tərəfindən yaradılan aşqarlar və sürtkü yağları təşkil edirdi. AKİ bu gün də öz keçmiş nüfuzunu qoruyub saxlayır. İnstitut sovetlər birliyininin aşqarlar kimyası sahəsində üç elmi mərkəzindən biri olsa da, bu gün Müstəqil Dövlətlər Birliyi məkanında fəaliyyətini elmi əsaslarla davam etdirən yeganə ixtisaslaşmış elmi müəssisədir.

Ölkəmizin suverenliyinin ilk illərində respublikamızda aşqarlar və sürtkü materialları sahəsində vəziyyətin çox çətinləşdiyi bir şəraitdə respublikanın müxtəlif növ sürtkü yağlarına olan tələbatını ödəmək məqsədilə qısa bir müddətdə Bakı baza yağları, AKİ-də yaradılmış və istehsalı mövcud olan və həmçinin xaricdən gətirilən aşqarlar əsasında müxtəlif təyinatlı (o cümlədən xüsusi təyinatlı) dizel mühərrikləri üçün bir sıra motor yağları, müxtəlif növ nəqliyyat vasitələri üçün transmissiya yağları yaradılmış, istehsalı sənaye və təcrübi-sənaye miqyasında təşkil edilmişdir. Bunlara misal olaraq М-10B2, М-10Г2, М-14Г2, М-14В2, М-14ГБ, xüsusi təyinatlı M-16ИХП-3 yağlarının analoqları olan yeni motor yağlarını, xaricdən gətirilmiş avtobus və mikroavtobusların istismarını təmin etmək üçün xarici analoqlara uyğun yaradılmış motor və transmissiya yağlarını göstərmək olar.

Azərbaycan Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində istifadə edilən və xaricdən gətirilən M-14ГБ motor yağının yeni analoqu institut tərəfindən yaradılmış və istehsalı institutun nəzdində fəaliyyət göstərən “Aşqar” Təcrübi İstehsal ilə Xüsusi Texnoloji Büroda təşkil edilmişdir. Bakı Məişət Kondisionerləri zavodunda işlədilən yapon yağlayıcı-soyuducu mayesini əvəz edən yeni yağlayıcı-soyuducu maye yaradılmışdır.

İnstitutda yaradılmış AzK-18 konservasiya yağı “Bakı Yastıq zavodu” ASC-də diyircəkli yastıqların korroziyadan mühafizəsi üçün geniş istifadə olunur.

Respublikanın müasir tələblərə cavab verən müxtəlif növ sürtkü yağlarına olan tələbatını ödəmək məqsədilə motor, transmissiya və hidravlika sistemləri üçün bir sıra müxtəlif təyinatlı (o cümlədən xüsusi təyinatlı) sürtkü kompozisiyaları yaradılmış, onların texniki şərtləri işlənilmişdir.

Yaradılmış sürtkü kompozisiyalarının istehsalı Yüksək Texnologiyalar Parkının (YTP) Təcrübə-Sənaye Zavodunda (TSZ) təşkil edilmişdir. Hal-hazırda zavodda istehsal edilən sürtkü yağları Respublikanın bir sıra müəssisələrində istifadə edilir.

Respublikada müxtəlif növ texnikada, o cümlədən daxili yanma mühərriklərində istifadə olunmuş və ekoloji gərginlik yaradan işlənmiş yağların regenerasiya texnologiyası işlənilmiş və Təcrübi Sənaye Zavodunda yoxlanılmışdır.

Regenerasiya olunmuş yağ və müvafiq aşqarlar əsasında dizel mühərrikləri üçün müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı sürtkü kompozisiyaları yaradılmışdır.

İşlənmiş yağların regenerasiya texnologiyası və regenerasiya olunmuş yağ əsasında yaradılmış xüsusi təyinatlı sürtkü kompozisiyası strateji əhəmiyyət kəsb etdiyinə görə “Məxfi” qriflə Azərbaycan patentləri ilə müdafiə olunmuşdur.

Aşqarlar Kimyası İnstitutunda xüsusi təyinatlı motor yağının daha keyfiyyətli yeni analoqu yaradılıb, istehsalı Təcrübə-Sənaye Zavodunda təşkil edib və tonlarla məhsul Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edilib. Həmin yağ Qarabağ müharibəsində də istifadə olunub. Qeyd etmək lazımdır ki, xüsusi təyinatlı sürtkü yağlarının yaradılması prosesi bir neçə mərhələdən: elmi əsaslarla baza yağlarının və müvafiq aşqar paketinin seçilməsi, laboratoriya sınaqları nəticəsində sürtkü kompozisiyasının optimal tərkibinin müəyyənləşdirilməsi, bir sıra mühərriklərdə stend sınaqlarından keçirilməsi, nəhayət, real mühərrikdə sınaqların aparılmasından ibarətdir.

Azərbaycanda xüsusi təyinatlı sürtkü yağlarının stend sınaqlarını gerçəkləşdirmək üçün zəruri mühərriklər olmadığından, bu proses Ukraynada müvafiq xüsusi təyinatlı müəssisədə reallaşdırılıb və son nəsil xüsusi təyinatlı dizel mühərriklərində istifadəsi təklif edilib. Yaradılan xüsusi təyinatlı motor yağı “Məxfi” qriflə Azərbaycan patenti ilə müdafiə olunub və Azərbaycanın Respublikası Müdafiə Nazirliyinin Sınaq-Təcrübə Mərkəzində də real texnikada müsbət nəticələrlə sınaqdan keçirilib və xüsusi təyinatlı texnikanın mühərriklərində istifadəsi məqsədəuyğun sayılıb. Həmin motor yağına Pakistan Respublikası Müdafiə Nazirliyi də böyük maraq göstərir.

İnstitutda 2018-2022-ci illər üzrə üzvi və neft kimyası sahəsində yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsində 5 fəlsəfə doktoru, 2 elmlər doktoru hazırlanmışdır.

2018-2022-ci illər üzrə İnstitutun laboratoriyalarında aparılan tədqiqatlar üzrə 4 kitab,  229 məqalə (xarici mətbuatda-135 (bunlardan 127-i impakt faktorlu jurnallarda), respublikada 94 (bunlardan 20-i impakt faktorlu jurnallarda) çap olunmuşdur.

Son 5 ildə yerinə yetirilən tədqiqatlar nəticəsində əldə edilən mühüm elmi nəticələr “Web of Science”, “Scopus” bazalarında arxivləşən “Springer”, “Elsevier”, “Taylor & Francis” və “Wiley” nəşriyatlarının impakt faktoru yüksək olan nüfuzlu jurnallarında (Arabian Journal of Chemistry-İF-6.212, Bioorganic Chemistry-İF-5.275, Journal of enzyme inhibition and medicinal chemistry-İF-5.051, Archiv der pharmazie-İF-4.613, Applied Organometallic Chemistry-İF-4.105, Polycyclic Aromatic Compounds-İF- 3.744, Journal of Biochemical and Molecular Toxicology-İF-3.642, Journal of biomolecular structure and dynamics-İF-3.392, Journal Molecular Stucture-İF-3.196, Polyhedron-İF-3.052, ChemistrySelect-İF-2.307, Journal of molecular modeling-İF-2.172, Iranian Journal of Chemistry and Chemical Engineering-İF-1.903, Russian Journal of Applied Chemistry-İF-0.869, Organic Communications-İF-0.683, Acta Crystallographica Section E: Crystallographic Communications-İF-0.646) dərc olunmuşdur.

2018-2022-ci illərdə institut əməkdaşlarının məqalələrinə edilən istinadların sayı 1330 olmuşdur.

Qeyd olunan dövrdə institutun əməkdaşları 83 elmi konfransda (53-ü respublikada, 30-u xaricdə) çıxış etmişlər. Konfranslar üzrə çap olunmuş məruzə tezislərin sayı – 448 (respublikada – 329, xaricdə - 119) olmuşdur.

İnstitut alimləri tərəfindən qeyd olunan müddətdə 65 Azərbaycan patenti alınmışdır.

Postsovet dövründə ölkə üzrə tətbiq edilən və tətbiq olunmağa tövsiyə edilən elmi tədqiqatın nəticələri ilə bağlı ən çox patent alan elmi tədqiqat müəssisəsi də AKİ-dir. Son 10 ildə 132 patent alınmışdır.

Təkcə 2022-ci ildə İnstitut tərəfindən 12 Azərbaycan patenti və 15 ixtiranın dərci haqqında müsbət “Qərar” alınmışdır. Qeyd olunan müddətdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Patent və Əmtəə Nişanları Mərkəzinə 19 ədəd patentə dair iddia sənədləri hazırlanıb göndərilmişdir.

Azərbaycanda mövcud elmi tədqiqat  müəssisələri arasında çox patent alan Aşqarlar Kimyası İnstitutu respublikamızda mütəmadi keçirilən patent müsabiqələrində də qalib olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ixtiraçılıq sahəsində nailiyyətlərə görə 2017-cı ildə keçirdiyi IV Respublika Müsabiqəsinə İnstitut tərəfindən təqdim olunan patentlərdən biri  (İ 2016 0021) II dərəcəli, 2018-ci ildə V Respublika Müsabiqələrinə institut tərəfindən təqdim olunan patentlərdən biri (İ 2016 0097) III dərəcəli diplom və mükafata layiq görülmüşdür.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin 2022-ci ilin yekunları üzrə görülmüş işlər barədə hesabatında verilən məlumatına görə, il ərzində Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu ixtiralarla bağlı ən çox müraciət edən hüquqi şəxs olub.

İnstitutda gənc mütəxəssislərin elmə cəlb olunması sahəsində də mühüm işlər görülür. Elmlə təhsilin vəhdətinin yaradılması, tələbə və magistrantlarda tədqiqatçılıq vərdişlərinin formalaşdırılması və ən əsası, istedadlı gənc mütəxəssislərin elmə axınını təmin etmək məqsədilə İnstitutda Bakı Dövlət Universitetinin “Neft kimyası və kimya texnologiyası” kafedrasının Filialı – Baza kafedrası fəaliyyət göstərir. Bakı Dövlət Universitetinin bakalavr və magistrləri diplom və kurs işlərini burada yerinə yetirirlər.

Gənc alim və mütəxəssislərin elmə həvəsləndirilməsi üçün İnstitutda təsis olunan “Akademik Əli Quliyev adına mükafat”, “Ən yaxşı elmi məqalə”, “Ən yaxşı elmi məruzə”, “Ən yaxşı elmi tədqiqat işi” müsabiqələri mütəmadi keçirilmiş və elmi fəaliyyəti ilə fərqlənən gənclər müvafiq diplom və pul mükafatları ilə təltif edilmişdirlər.

İnstitutda 2018-ci ildə “Sabahın alimləri” VII Respublika müsabiqəsi çərçivəsində 2 məktəbli – Nizami rayonu 251 saylı orta məktəbin 10-cu sinif şagirdləri elmi layihə hazırlayıb yerinə yetirmişlər. Onlardan biri Türkiyənin İzmir şəhərində 04-10 iyun 2018-ci il tarixlərdə keçirilən “OKSEF-2018” beynəlxalq müsabiqənin final mərhələsinə seçilərək 38 xarici ölkədən 450 iştirakçının qatıldığı bu layihə olimpiyadasında ölkəmizə bürünc medal qazandırmışdır.

“Sabahın alimləri” VIII Respublika müsabiqəsi çərçivəsində hazırlanan 2 məktəbli – Nizami rayonu 251 saylı orta məktəbin 2 nəfər 11-ci sinif şagirdi Türkiyənin İzmir şəhərində 11-16 iyun 2019-cu il tarixlərdə keçirilən “OKSEF-2019” beynəlxalq müsabiqənin final mərhələsinə vəsiqə qazanmışlar. Layihənin təcrübi hissəsi 2018-2019-cu illər ərzində Aşqarlar Kimyası İnstitutunun “Yağlayıcı-soyuducu mayelərə aşqarlar” laboratoriyasında yerinə yetirilmişdir.

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə “Tibb və sağlamlıq” bölməsi üzrə qoşulan Mingəçevir şəhər Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin 2 şagirdinin İnstitutunun “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasında yerinə yetirdikləri “Acı badamdan müalicəvi badam yağının alınması” layihəsi müsabiqənin fərqlənmə diplomuna layiq görülmüşdür. 2021-ci ildə dünyanın 27 ölkəsindən 167 layihə sırasında “BUCA IMSEF-2021 və 2022-ci ildə dünyanın 19 ölkəsindən 912 layihənin qatıldığı “BUCA IMSEF-2022 Beynəlxalq Elm Müsabiqəsi”ndə çıxış edən Mingəçevir şəhəri Təbiət-riyaziyyat Humanitar elmlər təmayüllü liseyin və Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin 2 şagirdinin kimya və biologiya fənləri üzrə hazırladıqları elmi-innovativ layihələr bürünc medallara layiq görülüb. Onlar eyni zamanda 2022-ci ildə keçirilən "Sabahın alimləri” XI Respublika Müsabiqəsinə “Kimya” bölməsi üzrə qatılaraq III yerin qalibi olublar.

Kimya elmləri doktoru Əfsun Sucayevin elmi məsləhətçisi olduğu və dəstək verdiyi layihələr İnstitutun onun rəhbərlik etdiyi “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasında yerinə yetirilib.

İnstitutun əməkdaşlarının elmi fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Kimyа elminin inkişаfı və elmi kаdrlаrın yetişdirilməsi sаhəsindəki xidmətlərinə görə son 5 ildə аkаdemik V.Fərzəliyev “Şərəf ordeni” (2019) və institutun bir sıra alimləri AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif ediliblər.

Eyni zamanda akademik V.Fərzəliyev 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı”, aşqarlar kimyası və sürtkü materialları sahəsində əldə etdiyi mühüm fundamental və tətbiqi elmi nəticələrə görə AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatı ilə təltif olunmuş, Böyük Britaniyanın Oksford Akademik Birliyinin, qərargahı Belarus Respublikasi Milli Elmlər Akademiyasında yerləşən Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının “Neft Kimyası” Elmi şurasının üzvü seçilmişdir. Həmçinin onun baş redaktoru olduğu Kimya problemləri jurnalı 2017-ci ildə Web of Science bazasına daxil edildiyi üçün “Clarivate Analytics”şirkəti  ilə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Awards – 2018” birgə mükafatına layiq görülmüşdür.

İnstitutun gənc alimi icraçı direktor k.e.d., dosent Əfsun Sucayev 2018-ci ildə “Web of Science”də “yüksək istinad almış” 2 məqalənin müəllifi nominasiyasına görə “Clarivate Analytics” şirkəti ilə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Awards 2018” birgə mükafatına layiq görülüb. O həmin il Azərbaycandan bu nominasiya üzrə diploma layiq görülən yeganə alim olmuşdur.

Аşqаrlаr Kimyаsı İnstitutunun elmi fəаliyyəti beynəlxаlq təşkilаtlаr tərəfindən də yüksək qiymətləndirilmişdir. Keyfiyyətin, elmi yeniliklərin və yeni texnоlоgiyаlаrın inkişаfı sаhəsində əldə etdiyi nаiliyyətlərə görə Аşqarlar Kimyası İnstitutu Biznesin Təşəbbüs Istiqаmətləri Beynəlxаlq Təşkilаtı tərəfindən 2001-2003-cü illərdə аrdıcıl оlаrаq «Qızıl kаteqоriyа», «Plаtin kаteqоriyа» və «Brilyаnt kаteqоriyа» beynəlxаlq mükаfаtlаrı, 2005-ci ildə «Liderlik və Sаhibkаrlıq Nüfuzunа görə» və XXI əsrin «Prestijdə Lider və Keyfiyyət 2005» Beynəlxаlq prizləri ilə təltif edilmişdir.

Aşqarlar Kimyası İnstitutu əksər işlərinin kommersiyalaşdırılması, tətbiqi əhəmiyyətli elmi tədqiqatlarla biznesə verdiyi dəstəyə görə 2021-ci ildə mənzil qərargahı ABŞ-nın Texas Ştatına daxil olan Hyuston şəhərində yerləşən Dünya Biznes Konfederasiyasının təsis etdiyi “BIZZ Winner” beynəlxalq mükafatına layiq görülmüşdür.

Akademik V.Fərzəliyev «Аkаdemik N.M.Emmаnuelin xаtirəsi» medаlı (2009) və Avropa Birliyinin Elmi-Sənaye Palatası tərəfindən Avropa Birliyinin ən nüfuzlu mükafatı – Keyfiyyət diplomu və qızıl medalı ilə təltif edilmişdir (2013).

K.e.d., prof. P.Məmmədova neftlə çirklənmiş torpaqların bioloji üsulla təmizlənməsi sahəsində əldə etdiyi uğurlara görə İslam İnkişaf Bankının mükafatına layiq görülmüşdür(2013).

İşçilərinin ümumi sayı

192

Struktur bölmələri Xüsusi şöbə
Standartlaşdırma şöbəsi
Alkilfenol əsasında çoxfunksiyalı üzvi birləşmələr laboratoriyası
Triboloji xassələrə malik üzvi birləşmələr laboratoriyası
İnhibitor xassəli üzvi birləşmələr laboratoriyası
Müxtəlif funksiyalı polimer birləşmələr laboratoriyası
Yanacaq kompozisiyaları laboratoriyası
Yağlayıcı-soyuducu kompozisiyalar laboratoriyası
Fizioloji fəal üzvi birləşmələr laboratoriyası
Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi laboratoriyası
Sürtkü kompozisiyaları laboratoriyası
Patent tədqiqatları, innovasiyalar və üzvi kimya sahəsində elmi işlərin proqnozlaşdırılması laboratoriyası
Zərif üzvi sintez laboratoriyası
Mühafizəedici üzvi birləşmələr laboratoriyası
Sınaq şöbəsi
Təhsil şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi

Elmi şura

-       sədr

-       sədr müavini

-       katib

-       üzvləri

 

V.M.Fərzəliyev - baş direktor, akademik

Ə.R.Sucayev – icraçı direktor, k.e.d., dos.

M.R.Səfərova – elmi katib, k.ü.f.d., dos.

H.Ə.Cavadova – laboratoriya müdiri, tex.e.d., prof.

P.Ş.Məmmədova - laboratoriya müdiri, k.e.d., prof.

A.X.Məmmədova - laboratoriya müdiri, k.e.d., dos.

F.Ə.Məmmədov - laboratoriya müdiri, k.e.d., prof.

E.Ə.Nağıyeva – laboratoriya müdiri, tex.e.d., dos.

İ.M.Eyvazova – laboratoriya müdiri, k.ü.f.d.

Ş.R.Əliyev – aparıcı elmi işçi, k.ü.f.d., dos.

E.U.İsakov – laboratoriya müdiri, k.ü.f.d., dos.

V.M.Kazımov – laboratoriya müdiri, k.ü.f.d., dos.

M.Ə.Musayeva – laboratoriya müdiri, k.ü.f.d., dos.

O.Q.Nəbiyev – laboratoriya müdiri, k.ü.f.d., dos.

S.İ.Məmmədova - laboratoriya müdiri, k.ü.f.d., dos.

S.Ə.Şamxalova – Təhsil Şöbəsinin müdiri, k.ü.f.d.

G.G.İsmayılova – Gənc Alim və Mütəxəssislər      Şurasının sədri

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       sədr müavini

-       sədr müavini

-       məsul katib

-       üzvləri

 

İsmayılova Günay

Məmmədova Nuridə

Əliyeva Lalə

Kazımzadə Lamiə

Behbudova Həcər

Heydərova Rufanə

İsakov Mirəli

Məcdi Nərgis

Şükürova Mətanət

Kamranova Sara

Cəfərov Samir

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri

 

Həmkarlar təşkilatı

-         sədr

-         katib

-         büro üzvləri

 

İsakov Elxan

Məmmədova Kəmalə

Güləliyev İkram

Zülfüqarov  Elman

Quliyev Rafiq

Elmlər doktorları 
Fəlsəfə doktorları