Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Polimer Materialları İnstitutu

Polimer Materialları İnstitutu

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Veb-sayt http://amea-pmi.az/    
Ünvan AZ5004, Azərbaycan Respublikası,
Sumqayıt ş., S.Vurğun,124
Tel. (+994 18) 6420075
(+994 12) 5851175
Faks (+994 18) 6420400
Elektron poçtu ipoma@science.az, pmi_umumi_shobe@science.az
Baş direktor AMEA-nın müxbir üzvü Bəxtiyar Əjdər oğlu Məmmədov 

Kimya elmləri doktoru, professor

Tel.: (+994 12) 5851164, (+994 18) 6422493

Faks: (+994 18) 6420400

Mob. tel.: (+994 55) 6672310

E-poçt: bazisaley@mail.ru, ipoma@science.azpmi_umumi_shobe@science.az

Direktor müavinləri

Ümumi işlər üzrə

Rauf Səfərəli oğlu Babayev

Tel.:(+994 12) 5851162, (+994 18) 6422333,

Mob. tel.: (+994 50) 3232343

Elmi işlər üzrə

Kazım Qafar oğlu Quliyev 

Kimya elmləri doktoru, dosent

Tel.: (+994 018) 6442971, (+994 018) 6441716 

Mob.tel.: (+994 50) 7504733

E-poçt: ipoma@science.az                        quliyev.kazım_pm@mail.ru 

Elmi katib Solmaz Əhməd qızı Rzayeva

Kimya üzrə fəlsəfə doktoru

Tel.: (+994 18) 6445693

Fax: (+994 18) 5851175  

Mob. tel.: (+994 50) 7991502

E-mail: ipoma@science.az

Yaranma tarixi 

İnstitut 1966-cı ildə yaradılmışdır. O, 1966-1978-ci il-lərdə Azərbaycan Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun filialı kimi fəaliyyət göstərmiş və sonradan 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Xlor Üzvi Sintez İnstitutuna çevrilmişdir.  1991-ci ildən indiyə qədər AMEA Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun ilk direktoru (1966-1973) k.e.d., professor S.İ.Sadıqzadə olmuşdur. İnstituta 1973-1986-cı illərdə AMEA-nın müxbir üzvü, k.e.d., professor M.M.Hüseynov direktorluq etmişdir.  1987-ci ildən 2007-ci  ilədək institutun direktoru AMEA-nın həqiqi üzvü, k.e.d., professor A.A.Əfəndiyev, 2007-2014-cü ilin mart ayına qədər AMEA-nın müxbir üzvü, k.e.d., professor A.M.Quliyev olmuşdur. 

2014-cü ilin mart ayından 2016-cı ilin iyun ayına qədər institutun direktoru AMEA-nın akademiki A.H.Əzizov olmuşdur. Hal-hazırda isə institutun direktor vəifəsini AMEA-nın müxbir üzvü, k.e.d., professor B.Ə.Məmmədov icra edir.

Əsas fəaliyyət istiqamətləri İnstitutun quruluşunun dəyişdirilməsi, yeni quruluşda polimer materialları istiqamətinə üstünlük verilməsi;

Elmi istiqamətlərin müasirləşdirilməsi, multidissiplinar xarakterli istigamətlərə üstünlük verilməsi, müvafiq layihələrin tərtibi və maliyyələşdirmə üçün təqdimi;

İTK vasitələrinin tətbiqinin genişləndirilməsi, dünya elmi informasiya bazalarından və mənbələrindən məlumatların toplanması;

Kadr dəyişiklikləri, yüksək ixtisaslı kadrların instituta cəlb edilməsi ilə yanaşı, gənc kadrların hazırlanması və onların aparıcı vəzifələrə yerləşdirilməsi;

İnstitutda əvvəllər əldə edilmiş elmi-praktiki nəticələrin təhlili və tətbiq üçün təkliflərin verilməsi;

Beynəlxalq əlaqələrin genişləndirilməsi, birgə layihələr üzrə müqavilələr bağlanması;

Sənaye qurumları, elm və təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi;

Təmir işlərinin qısa müddətdə başa çatdırılmasına, institutun maddi–texniki bazasının və cihaz parkının əsaslı yaxşılaşdırılmasına nail olunması;

Nizam-intizamın möhkəmləndirilməsi, elmi bütövlük, əməkdaşlıq mühitinin yaradılması;

Kargüzarlıq, sənədləşdirmə işlərinin qaydaya salınması və s.

Əsas elmi nəticələr "Qaynar" təbəqədə xlorüzvi birləşmələrin sintezi aparılmış və onlar əsasında yüksək istiliyə və odadavamlı polimer maddələr alınmışdır.

Tozvari maddələrin dənəvərləşdirilməsi, onların təbii polimerlərin suda həll olan törəmələri ilə kapsullaşdırılması proseslərinin elmi əsasları işlənib hazırlanmış, bu proseslərin aparatur tərtibi ilə əlaqədar elmi konsepsiya yaradılmış, kapsuləmələgətirən sellülozanın törəməsi olan karboksilmetilsellülozanın natrium, kalium və ammonium duzlarının pambıqtəmizləmə zavodlarının tullantılarından alınması proseslərinin texnoloji əsaslarının yaradılması tədqiqatlar aparılmışdır.

Polifunksional silisiumüzvi, epoksid, yüksək-molekullu birləşmələrin effektli alınma üsulları işlənmiş, sənaye polimerlərinin modifikatsiyası sahəsində tədqiqatlar aparılmış və istiyə davamlı polietilen və xlorbutil kauçukunun alınma prosesləri işlənilərək sənayedə tətbiq olunmuşdur.

Dünyada ilk dəfə olaraq xiral Lyuis turşusu katalizatoru: L-mentil efirinin BF3 kompleksi sintez edilmiş, nəticədə asimmetrik sintez strategiyasının əsası qoyularaq tərkibində bir neçə asimmetrik mərkəz olan təbii birləşmələrin optiki fəal halında sintezi mümkün olmuşdur.

Kompleksradikal birgə polimerləşmə reaksiyalarının qanunauyğunluqları tədqiq edilmiş, metalüzvi polimerlər, xüsusi xassəli funksional polimerlərin sintezi sahəsində işlərin nəticələri mikroelektronika və s. sahələrdə tətbiq olunmuşdur.

Yarımkeçirici, istiliyə və radiasiyayadavamlı reaksiyaya qabil oliqofenollar və tərkibində epoksi-, amino-, sulfo-, xlor və s. funksional qrup saxlayan oliqomer birləşmələrin sintezinin qanunauyğunluqlarının öyrənilməsi sahəsində tədqiqatlar aparılaraq yüksəkmolekullu birləşmələr kimyasının yeni istiqaməti – polioksiarilenlər kimyasının əsası qoyulmuş və inkişaf etdirilmişdir.

Sorbent və katalizatorlar kimi tətbiq edilən polimer kompleks əmələgətiricilərin yeni yaranma prinsipi işlənib hazırlanmışdır. Prinsip polimer kompozisiyasının yaddaşa malik olmasına əsaslanır və makromolekulların aktiv mərkəzlərinin sorbsiya olunan metala və ya katalitik çevrilməyə məruz galan substrata nəzərən struktur uyğunlaşmasından və yaranmış optimal strukturun molekularası tikilmə vasitəsilə bərkidilməsindən ibarətdir. Bu prinsipə əsaslanaraq, yeni yüksək aktivliyə və selektivliyə malik polimer sorbentlər və katalizatorlar alınmışdır.

Yüksək və aşağımolekul kütləli polietilenlər, polietilen tullantıları və yerli təbii qeyri-üzvi ehtiyatlar əsasında yüksək fiziki-mexaniki və termiki davamlılıq xassələrinə malik kompozisiyalar yaradılmış, prosesin optimal şəraiti işlənilmiş, müvafiq tətbiq sahələri müəyyənləşdirilmişdir.

Bir sıra funksional əvəzli viniltsiklopropanların izomerizasion polimerləşməsinin elmi əsasları, qoşulmuş əlaqəli reaksiyayaqabil oliqomerlərin. örtükəmələgətirici polimerlərin sintez üsulları işlənib hazırlanmış, kompleks-radikal sopolimerləşmə prosesinin qanunauyğunluqları öyrənilmişdir.

Xüsusi təyinatlı funksional polimerlər, onların əsasında dəyərli xassələrə malik foto-, elektron- və rentgenrezistlər, yarımkeçiricilər, korroziyadan qoruyucu örtüklər, antistatiklər, elektretlər və kompozision materiallar, polimerlərə əlavələr və modifikatorlar yaradılmışdır.

Asimmetrik dien sintezi reaksiyasının ümumi prinsiplərinin yaradılması, azottərkibli təbii heterotsiklik birləşmələrin sintetik analoqlarının məqsədyönlü sintez üsullarının işlənib hazırlanması, altıüzvlü funksionaləvəzli tsiklik sistemlərin konformasion analizinin elmi əsaslarının yaradılması, tsikloheksan və onun homoloqlarının foto- və elek-trokimyəvi halogenləşməsi və alınan birləşmələrin konformasiyasının müəyyənləşdirilməsi, tsiklik sıra allen və asetilen birləşmələrinin sintezinin elmi əsaslarının yaradılması, maye fazada katalitik oksidləşmə üsulu ilə halogen tərkibli üzvi birləşmələrin alınması və s. institutda zərif üzvi sintez sahəsində əldə edilən mühüm elmi nailiyyətlərdəndir.

Bir sıra maddələrin – xlor parafinlərin, karbon 4-xloridin və tetraxloretilenin iqtisadi cəhətdən səmərəli alınma texnologiyaları işlənib hazırlanmış, manjet və kipləşdiricilər üçün yeni kompozision materiallar yaradılmış və sənayedə tətbiq olunmuşdur.

Tərkibində efir qrupları saxlayan benzolsulfoimidlərin dihalogenli birləşmələrlə polikondens-ləşməsindən termiki davamlı və asan emal olunan poliimidlərin əlverişli sintez üsulları işlənib hazırlanmışdır.

Makromolekulunda polyar etoksikarbonil qrupları, doymamış ikiqat rabitə və tsiklopropan fraqmentləri saxlayan yüksək adgeziya möhkəmliyinə və zərbəyə qarşı davamlılığa, temperatur və şüa təsirindən strukturlaşma qabiliyyətinə malik yeni növ birgəpolimerlərin sintez üsulu işlənib hazırlanmış və alınan polimerlər əsasında neqativ xarakterli foto- və elektron rezistlərin yaradılması mümkünlüyü göstərilmişdir.

4-halogenmetilnikotin turşusunun efirlərinin hidrazinlərlə reaksiyası nəticəsində antihemokoaqulyant xasssəli, praktiki olaraq zəhərsiz (LD=521 mq/kq) və tibb praktikasında istifadə olunan heparindən daha fəal (30% yüksək) olan 1-okso-1,2,3,4-tetrahidro-2,3,7-triazanaftalenlərin 64-75%-lə alınmasının effektli sintez üsulu işlənib hazırlanmışdır.

Elmi biliklərlə əqli fəaliyyət elementlərinin sintezini təmin edən, milli zəmin və ümumbəşəri dəyərlər əsasında müasir təhsil sisteminin bütün pillələrində (məktəbəqədər tərbiyə, ibtidai və orta təhsil, ali təhsilin müxtəlif mərhələləri - bakalavr, magistr, doktorantura) dönüş yaratmağa qadir, “Təhsildə Dinamik Fəzavi Təfəkkür” nəzəriyyəsi yaradılmışdır.

β-radiasiya şüalarının (β(+) pozitron və β(-) elektron sellərinin) tutulmasında əhəmiyyətli səmərəlilik göstərən, özündə polifunksional qruplar saxlayan kationit tipli yeni oliqomer polielektrolitlər sintez edilmiş, onların radiasiya şüalarını udma qabiliyyəti geniş PH intervalında tədqiq edilmiş və müəyyənləşdirilmişdir ki, radiasiya şüalarını udmaq qabiliyyəti oliqomerin tərkibində olan episulfid, nitril və amin fraqmentlərinin mövcudluğu və miqdarından asılıdır.

İşçilərinin ümumi sayı 263
Struktur bölmələri Monomerlərin və polimerlərin stereokimyası laboratoriyası
Kapsuləmələgətirən polimerlərin texnologiyası laboratoriyası
Funksional "Smart" polimerlər laboratoriyası
Elektro- və bioaktiv polimer materialları laboratoriyası
Xüsusi təyinatlı oliqomerlər və polimerlər laboratoriyası
Heterotsiklik birləşmələr laboratoriyası
Poliefir- və polikarbonat materiallar laboratoriyası
Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyası
İşığahəssas və optiki şəffaf polimer materialları laboratoriyası
Makromonomer əsaslı polimer materiallar laboratoriyası
Polimer materiallarının təkrar emalı və ekologiyası laboratoriyası
Biomimetik polimer materiallar laboratoriyası
Yüksək şaxələnmiş polimerlər laboratoriyası
Fiziki-kimyəvi analiz laboratoriyası
Polimerlərə kimyəvi əlavələr və polimer gellər laboratoriyası
Aqrokimya təyinatlı polimer materiallar laboratoriyası
Patent tədqiqatları və innovasiya şöbəsi
Nanopolimer kompozitlər laboratoriyası
İnformasiya telekommunikasiya və nəşriyyat işləri şöbəsi
İctimaiyyətlə beynəlxalq əlaqələr və qrant layihələri şöbəsi
Polimer materiallarının fiziki-mexaniki tədqiqatları şöbəsi
Texniki-iqtisadi hesablamalar və layihələşdirmə şöbəsi
Təhsil şöbəsi
Elm və tədris mərkəzi
Elmi şura

- sədr

- katib

- üzvləri


Məmmədov Bəxtiyar

Rzayeva Solmaz

Quliyev Abbasqulu

Salahov Mustafa

Cəfərov Valeh

Hacılı Raiq

Mustafayev Ağa

Quliyev Kazım

Kərimov Alverdi

Rəsulzadə Niyazi

Qəhrəmanov Nəcəf

Qurbanova Nüşabə

İşenko Nelli

Cəfərov Vaqif

Qaramanov Əmiraslan

Bağbanov Balakişi

Alxazov Tahir

Aslanova Elnarə

Nurullayeva Dilbər

Maşayeva Sevil

Gənc alimlər və mütəxəssislər şurası

- sədr

- katib

- üzvləri

 

Maşayeva Sevil

Mustafayeva Fatimə

Quliyeva Aynurə

Kərimova Səidə

Xəlilova Sənəm

Dissertasiya şurası

- sədr

- sədr müavini

- elmi katib

- üzvləri

 

Məmmədov Bəxtiyar

Əliyeva Reyhan

Çələbiyeva Almaz

Aslanov Telman

Aloslamov Rasim

Cəfərov Valeh

Əkbərov Elçin

Qəhrəmanov Nəcəf

Qurbanova Nüşabə

Rəsulzadə Niyazi

Salahov Mustafa

Şxəliyev Kərəm

Həmkarlar təşkilatı

- sədr

- sədr müavini

- katib

- büro üzvləri

 

Quliyev Kazım

Aslamov Telman

Hüseynova Səkinə

İşenko Nelli

Süleymnova Sevda

Nəsirova Vəfa

Fəttayeva Cəmilə

Elmlər doktorları 
Fəlsəfə doktorları