Tel. | (+994 12) 5104399 | |
Faks | (+994 12) 5396121 | |
Elektron poçtu | depart13@iit.science.az, | |
Struktur bölmənin rəhbəri | AMEA-nın müxbir üzvü Alıquliyev Ramiz Məhəmməd oğlu | |
İşçilərin ümumi sayı | 9 | |
Əsas fəaliyyət istiqamətləri | 1. Böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri;
2. Elmmetriyanın formalaşması və inkişafı problemləri; 3. Sosial şəbəkələrin aşkarlanması, analizi və idarə olunması problemləri; 4. Superkompüter texnologiyalarının çoxaspektli problemləri; 5. Süni intellekt və sosioinformasiya texnologiyaları problemləri. |
|
Əsas elmi nəticələri | - Mətnlərin avtomatik referatlaşdırılması problemi xətti və qeyr-xətti tam qiymətli riyazi proqramlaşdırma məsəslələrinə gətirilmiş və bu məsələlərin həlli üçün neyron alqoritm, adaptiv və öz-özünə adaptiv diferensial evolyusiya və sürü intellektinə əsaslanan (PSO - Particle Swarm Optimization) alqoritmlər təklif edilmişdir;
- Mətnlərin avtomatik referatlaşdırılması üçün p-median metodunun yeni variantı və özü-özünə adaptiv differensial evolyusiya alqoritmi təklif edilmişdir; - Referatların avtomatik qiymətləndirilməsi üçün metod təklif edilmişdir; - Mətn tipli sənədlər çoxluğunun məzmuna görə qruplaşdırılması üçün bir sıra klasterləşdirmə metodları və alqoritmləri təklif edilmişdir; - Mətnlərin semantik yaxınlığını müəyyən etmək üçün yeni ölçü təklif edilmişdir; - Mətnlərin klasterləşdirilməsində klasterlərin optimal sayının tapılması üçün düstur təklif edilmişdir; - K-means metodunun yeni çəkili variantları təklif edilmişdir; - Spamların filtrasiyası üçün yeni klasterləşdirmə metodu təklif edilmişdir; - Viki mühitdə multimedia resurslarının ictimai rəyə təsirini artırmaq məqsədilə media-faylların viki-səhifələrə optimal yerləşdirilməsi üçün məhdudiyyətlərlə idarə olunan klasterləşdirmə metodu və adaptiv PSO alqoritmi təklif edilmişdir; - Tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsi üçün yeni hm və çəkili konsensus indeksləri təklif edilmişdir; - Veb mühitdə elmi təşkilatların və tədqiqatçıların sosial şəbəkələrinin aşkarlanması və analizi üçün model və alqoritmlər təklif edilmişdir; - Sosial şəbəkələrdə qrupların (sosial) aşkarlanması üçün model və alqoritm təklif edilmişdir; - Diskret optimallaşdırma məsələlərinin həlli üçün evolyusiya və sürü intellektinə əsaslanan alqoritmlərin yeni variantları işlənmişdir; - İnternet-informasiya axtarış sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün PageRank alqoritminin ümumiləşmiş variantı təklif edilmişdir; - Veb-səhifələrin ranqının hesablanması üçün optimallaşma modeli və qarışqa alqoritmi təklif edilmişdir; - Qeyri-bircins kompüter şəbəkəsində qeyri-bircins məsələlərin optimal paylanması üçün riyazi model təklif edilmiş və onun neyron şəbəkədə həll alqoritmi işlənmişdir; - Qeyri-bircins kompüter şəbəkəsində qeyri-bircins məsələlərin optimal paylanması üçün genetik alqoritm işlənmişdir; - Korteveqa - de Friz - Bürgers tənliyi üçün qarışıq məsələnin neyron şəbəkədə həll alqoritmi təklif edilmişdir; - Model xətti proqramlaşdırma məsələsinin neyron şəbəkədə həlli üçün yeni alqoritm təklif edilmişdir; - CDN şəbəkələrdə veb-serverlərin və kontentlərin optimal yerləşdirilməsi üçün riyazi model təklif edilmiş və onun həlli üçün neyron şəbəkənin sintezi alqoritmi təklif edilmişdir; - CDN serverlərin qlobal şəbəkə qovşaqlarında optimal yerləşdirilməsi üçün riyazi model təklif edilmiş və onun həlli üçün genetik alqoritm işlənmişdir; - CDN şəbəkələrdə sorğuların optimal paylanması üçün riyazi model təklif edilmişdir; - Loq-fayllar əsasında veb-istifadəçilərin aktivliyinin öyrənilməsi və maraq dairəsinin avtomatik identifikasiyası üçün modellər və alqoritmlər təklif etmişdir; - Alternativlərin çoxmeyarlı qiymətləndirilməsi üçün VİKOR metodunun yeni variantı təklif edilmişdir. |