Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Yanacaq kompozisiyaları laboratoriyası

Yanacaq kompozisiyaları laboratoriyası
Tel. (+99412)5149651

(+994 12) 5149612  

Faks (+994 12) 5149612 
Elektron poçtu irada.eyvazova@gmail.com
Struktur bölmənin rəhbəri

Eyvazova İradə Məlik qızı

kimya üzrə fəlsəfə doktoru

İşçilərin ümumi sayı 9
Əsas fəaliyyət istiqamətləri  Yanacaqların istismar keyfiyyətlərini yaxşılaşdıran yeni üzvi birləşmələrin sintezi, tədqiqi və onların əsasında yanacaq kompozisiyalarının yaradılması
Əsas elmi nəticələri

Əsas elmi nəticələri Tüstüyə qarşı aşqar kimi müxtəlif metalsaxlayan birləşmələr sintez edilmişdir;

Molekulunda müəyyən funksional qruplar və heteroatomlar saxlayan yeni üzvi birləşmələr sintez edilmişdir. Müəyyən edilmişdir ki, dizel yanacaqları üçün ən effektli tüstüyə qarşı aşqar alkilfenolların barium və kalsium saxlayan törəmələridir;

Tüstüyə qarşı ИХП-706 aşqarı alınmış və sənayedə tətbiq olunmuşdur;

Aviasiya yanacaqlarına oksidləşməyə qarşı ИХП-712 aşqarı alınmışdır;

Tərkibində çox miqdarda karbon turşusu və hidrogen sulfid olan aqressiv mühitlər üçün metal korroziyası inhibitorları işlənib hazırlanmışdır;

Bor turşusunun efirləri və tüstüyə qarşı aşqar əsasında yeni yanacaq kompozisiyası işlənib hazırlanmışdır;

Bitki yağlarının nano katalizatorun iştirakı ilə transefirləşməsi reaksiyası vasitəsilə biodizel yanacaqlarının alınması üzrə işlər aparılır. Müəyyən edilmişdir ki, bitki yağlarının kiçikmolekullu spirtlərlə transefirləşməsi prosesində  yeni üsulla hazırlanmış nano katalizatorundan 1.5% (yağa görə) istifadə edildikdə biodizelin çıxımı 65%-dən 95%-ə qədər yüksəlir.

Biodizelin istehsalı prosesində aralıq məhsul kimi alınan qliserini qarışıqdan təmiz və itkisiz ayırmaq ücün yeni üsul işlənib hazırlanmış və tətbiq edilmişdir. Biodizel və dizel yanacağı əsasında yeni yanacaq kompozisiyaları yaradılmışdır. Müəyyən edilmişdir ki, bu kompozisiyadan istifadə olunduqda, yanacağın yeyilməyə qarşı yağlayıcılıq xassəsi yaxşılaşır, avadanlıq korroziyadan mühafizə olunur, setan ədədi yüksəlir, mikroorqanizmlərə qarşı stabilliyi artır.

Biodizelin istehsalı prosesində alınan qliserinin bəzi çevrilmə reaksiyaları nəticəsində, tərkibində azot və kükürd saxlayan yeni üzvi birləşmələr sintez edilmiş və aşqar kimi dizel yanacağında tətqiq edilmişdir.