Botanika İnstitutu

 

Veb-sayt www.botany.az  
Ünvan AZ1073, Azərbaycan Respublikası, Bakı ş., Badamdar şossesi 40
Tel. (+994 12) 5024394
Faks (+994 12) 4970994
Elektron poçtu vm_alizade@yahoo.com
Direktor

Akademik Validə Mövsüm qızı Əlizadə

Xidməti tel.: (+994 12) 5024321, (+994 12) 4970994

Faks: (+994 12) 5024172

E-poçt: vm_alizade@yahoo.com

Direktor müavinləri Elmi işlər üzrə

Eldar Novruz oğlu Novruzov

Biologiya üzrə elmlər doktoru

Xidməti tel.: (+994 12) 5024330

E-poçt: eldar_novruzov@yahoo.co.uk

Ümumi işlər  üzrə

İmran Əliheydər oğlu Babayev

Xidməti tel.: (+994 12) 5024875

E-poçt: imran_babayev@hotmail.com

Ümumi işlər  üzrə

Natiq İsa oğlu Allahverdiyev

Xidməti tel.:(+994 12) 5106891
Elmi katib Xuraman Cabbar qızı Xəlilova

Biologiya üzrə fəlsəfə doktoru

Xidməti tel.: (+994 12) 5024480

Mobil tel.: (+994 50) 5523820

Faks: (+994 12) 4970994

E-poçt: xuraman.xelilova@gmail.com

Yaranma tarixi  Botanika İnstitutu 1936-cı ildə təsis olunmuşdur. İlk direktoru Qafqaz florasının görkəmli tədqiqatçısı İ.A.Qrossheym olmuşdur. Botanika sahəsində kadr hazırlanmasında V.İ.Ulyanişev, L.İ.Prilipko, İ.M.İsayev, H.Ə.Əliyev, M.Q.Abutalıbov, İ.İ.Karyagin, V.X.Tutayuq, Q.F.Axundov, Ş.O.Barxalov, V.C.Hacıyev, S.H.Musayev və başqalarının böyük xidmətləri olmuşdur. Molekulyar biologiya və bitki genetikası sahəsində yeni elmi istiqamətlərin inkişafında biomüxtəlifliyin tədqiqi və mühafizəsi üzrə fəaliyyət sahəsində institutun dünya elminə inteqrasiyasında qazanılmış böyük nailiyyətlər akademik C.Ə.Əliyevin adı ilə bağlıdır və bilavasitə onun xidmətidir.
Əsas fəaliyyət istiqamətləri Azərbaycanın flora, fauna, mikro orqanizmlər və torpaq örtüyü biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi (rəhbər: Akademik C.Ə.Əliyev)Canlıların həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsasları (rəhbər: Akademik C.Ə.Əliyev)
Əsas elmi nəticələr 32 fəsilə 178 cinsə aid 588 növ, o cümlədən 18 fəsilə 36 cins və 200-ə qədər yeni növlər daxil edilmiş "Azərbaycanflorası"nın I cildi Azərbaycan dilində çapa təqdim edilmişdir. II cild üçün 24 fəsilə 91 cins 410 növ hazırlanmışdır.İlk dəfə olaraq funksional markerlərdən istifadə etməklə Azərbaycanda buğda genotiplərinin quraqlıq stresinə davamlığının skrininqi aparılmışdır. Müəyyən olunmuşdur ki, quraqlığa davamlığı cis-tənzimləyən (pozitiv) Dreb 1 transkripsiya faktorunun (drought resistance element binding – quraqlığa qarşı davamlılıq elementlərini birləşdirən) genləri  buğdanın 11 genotipində yalnız A genomun 3-cü xromosomunda (3A) aşkar olunduğu halda, Bərəkətli-95 genotipində isə həm A (3A), həm də B (3B) genomlarında yerləşir.

Azərbaycanın müxtəlif bölgələrindən götürülmüş paxlalı bitkilərdən lobya (Vicea faba L.), noxud (Cicer arietium L.) və mərcidə (Lentil L.) müxtəlif molekulyar və seroloji metodların köməyi ilə Nanoviridae fəsiləsinin Nanovirus cinsinə aid 3 müxtəlif nanovirus - 2 müxtəlif Faba bean necrotic yellow virus və Faba bean necrotic stunt virus aşkar edilmiş və onların tam molekulyar identifikasiyası aparılmışdır.

Dünya elmində bitkilərdə fototənəffüsün israfçılıq olması və məhsuldarlığı artırmaq üçün bu prosesi azaltmaq zərurəti ilə bağlı təsəvvürlərin əksinə olaraq sübut edilmişdir ki, fototənəffüs - təkamülün gedişində formalaşmış həyati əhəmiyyətli metabolik prosesdir. Bu konsepsiyanın öz əksini tapdığı məqalə (Aliyev J.A. Photosynthesis, photorespiration and productivity of wheat and soybean genotypes. Physiol Plantarum, 2012, Vol. 145, No 3, p. 369-383) 2012-2013-cü illərdə fotosintez və fototənəffüs sahəsində çap olunan məqalələrin top 20 siyahısnda I yerdə dayanmışdır.

Xəzər dənizi alqoflorasında Amicula nadir cinsi (Amicula specululum A. Witkowski növü) və Nitzscha aurariae Cholnoky növü aşkar edilmişdir.

Azərbaycan florasında yayılmış faydalı bitki növlərinin müxtəlif orqanlarından bioloji fəal maddələr alınmış, onların kəmiyyət və keyfiyyət tərkibləri, biosintezi və bitki həyatında rolu tədqiq edilmiş, bioloji fəal tibbi preparatlar və yeyinti əlavələrinin alınması texnologiyaları hazırlanmışdır.

Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki və göbələklərinin daxil edildiyi “Azərbaycanın Qırmızı Kitabı”nın 2-ci nəşri dərc olunmuşdur. Yeni siyahıya daxil edilmiş 300 növün 266-sı ali bitkilərə, 20-si ibtidai bitkilərə və 14-ü göbələk növlərinə aiddir.

Azərbaycan florasında yayılmış 4 növ yemişanın - Crataegus pentagynaC. monogynaC. curvisepala və C. caucasica bioloji fəal maddələrinin miqdarı və keyfiyyət tərkibi, növlərin kimyəvi taksonomik fərqi müəyyən edilmişdir. Hazırlanmış yeni texnologiya ilə bu növlərin məhsullarından antosian, flavonoid preparatları və bioloji fəal konsentrat alınmışdır.

Davamlı torpaq quraqlığına məruz qalan buğda genotiplərində ontogenezin bütün fazalarında sərbəst radikalların yaranması və antioksidant müdafiə sistemləri ətraflı tədqiq edilmiş, ilk dəfə olaraq stres zamanı genomun ekspressiyasında baş verən dəyişikliklərin nəticəsi kimi askorbatperoksidazanın 3, qlutationreduktazanın 4 yeni izoforması aşkar olunmuş və radikalların detoksifikasiyasında Mn-SOD izoformanın mühüm rolu müəyyən edilmişdir.

Azərbaycandan (Mehdiabad qəsəbəsi) toplanmış bibər (Capsicum annuum) bitkisinin AZ2012-PV2 nümunəsi qeyri-ribosomal stamp geninin sekvens analizi əsasında tək nukleotid polimorfizmi (SNP-single nucleotide polymorphism) ilə bir-birindən fərqlənən iki stolbur fitoplazma izolyatından ibarət qarışıq infeksiya aşkar edilmişdir.

İnstitut əməkdaşları NATO, İUCN, CEPF, INTAS, CRDF, STCU, Volkswagen Stifftung və s. grantlarına layiq görülmüş bir sıra beynəlxalq müştərək layihələrdə iştirak etmişlər:

2004-2005 – "Azərbaycan florasından ağır metalların hiperakkumulyatoru olan bitki növlərinin müəyyənləşdirilməsi və səciyyələndirilməsi";

2006-2008 – "Ətraf mühitin mühafizəsi: Azərbaycanın bəzi ağac növlərinin göbələk  xəstəliklərinin monitorinqi və tədqiqi";

2006-2009 – "Qafqaz biomüxtəlifliyinin qaynar nöqtəsi üçün bitkilərin Qırmızı Siyahısının qiymətləndirilməsinin koordinasiyası və işlənib hazırlanması";

2006-2009 – "Neft kəmərinin ekoloji təkmilləşdirməsi üçün yeni yanaşma";

2007 – "Qafqazda potensial təhlükə altında olan Pyrus növlərinin tədqiqi və qiymətləndirilmə statusu";

2007-2008 – "Qafqazın Qorunan Ərazilərində bitki saxlanması – Mühüm Bitki Ərazilərinin müəyyənləşdirilməsi";

2009-2011 – "Azərbaycanda şam ağaclarını məhv edən qabıq böcəkləri (Coleoptera: Scolytidae) ilə assosiasiyada olan göbələklərin molekulyar tədqiqi";

2010-2012 – "Abşeronun sənaye tullantıları ilə çirklənmiş torpaqlarının bioremediasiyası metodlarının işlənib hazırlanması";

2011-2013 – "Qafqazda bitki müxtəlifliyinin saxlanması metodlarının işlənib hazırlanması"

2011-2013 – “Abşeronun texnogen çirklənmiş torpaqlarının təmizlənməsi üsullarının işlənilib hazırlanması”

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən dəstəklənən: 

Zülalların Verilənlər Bankının statistik analizi: təkrar olunan obrazların tanınması, təşkili və istifadəsi (rəhbər – akademik Cəlal Əliyev);

Azərbaycanda GenBankda toplanmış buğda genotiplərinin quraqlığa davamlığının molekulyar markerlərlə skrininqi və tolerant genotiplərdə fizioloji, biokimyəvi və biofiziki parametrlərin tədqiqi (rəhbər – AMEA-nın müxbir üzvü İradə Hüseynova);

İnsan və siçan genlərinin promotor arxitekturasının müqayisəli kompüter analizi (rəhbər – b.e.d. İlham Şahmuradov);

Biomüxtəlifliyin qorunması: Azərbaycanın nadir və nəsli kəsilməkdə ola bitki və göbələk növlərinin statusunun qiymətləndirilməsi (rəhbər – b.e.d. Validə Əlizadə);

Canlı orqanizmlərdə genetik materialın molekulyar təşkilinin və ekspressiyasının fundamental və tətbiqi aspektlərinin tədqiqi (rəhbər – b.e.d. Kərim Qasımov);

Zəfəranın (Crocus sativus L.) biotexnoloji çoxaldılma üsullarının işlənilib hazırlanması (rəhbər – b.e.d. Tofiq Garagözov);

Azərbaycanda meyvə-tərəvəz bitkilərini yoluxduran biotik stres faktorlarının molekulyar diaqnostikası və onlardan mühafizə yolları (rəhbər – b.ü.f.d. Fazilə Qasımova);

Abşeron yarımadasında yayılmış bəzi C4 bitkilərdə istilik stresinin fotosintezə təsiri (rəhbər–  b.e.d. Yaşar Feyziyev);

“Kür-Araz ovalığının azmәhsuldar torpaqlarının bәrpası üçün bioloji yanaşmalar” (rəhbər – b.ü.f.d. Tamilla Şirvani);

“Ətraf mühit dəyişməsi və bitki müxtəlifliyinin qorunması” mövzusunda beynəlxalq tədbirin təşkili (rəhbər – b.ü.f.d. Esmira Əlirzayeva);

“Azərbaycanın müxtəlif bölgələrində becərilən və Genbankda saxlanılan buğda genotiplərinin sarı və qonur yarpaq pasına davamlılıq potensialının  molekulyar-genetik metodlarla qiymətləndirilməsi”(rəhbər – b.ü.f.d. Samirə Rüstəmova);

“Azərbaycanın herbari tip nüsxələrinin Avropa virtual herbari informasiya bazasına daxil edilməsi və tətbiqi” (rəhbər – Aidə Dadaşova)

 Institut Beynəlxalq bir sıra elmi təşkilatla Memorandum və müqavilələrimzalamışdır:

Berlin-Dahlem Botanika Bağı və BotanikaMuzeyi (Almaniya);

Fribourg Universiteti Botanika Bağı və Biologiya Bölməsi (İsveçrə);

Karaçi Universiteti Beynəlxalq Kimya və Biologiya Mərkəzi (Pakistan);

Kyu Kral Botanika Bağı (Böyük Britaniya);

Vyana Təbiət Tarixi Muzeyi (Avstriya);

Fribourg Təbiət Tarixi Muzeyi (İsveçrə);

UNİCRİ Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Ədliyyə Tədqiqat İnstitutu

İCBA Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq MərkəziSon 5 ildə institute əməkdaşları tərəfindən 6 monoqrafiya, 6 elmi əsərlər toplusu, 7 kitab, 2 kitab fəsli (xarici mətbuatda), 1 xəritə, 622 məqalə (393 yerli, 229 xarici mətbuatda) nəşr olunmuşdur. Həmçinin 5 patent alınmışdır.
İşçilərinin ümumi sayı 172
Struktur bölmələri

Elmi şura

-       sədr

-       katib

-       üzvləri

 

Əli-zadə Validə

Novruzov Eldar

Xəlilova Xuraman

Ağabəyli Rəna

Ağayeva Dilzarə

Bayramov Arif

Dadaşova Aidə

Əlirzayeva Esmira

Əzizov İbrahim

Hüseynova İradə

İbadullayeva Səyyarə

Kərimov Vüqar

Qaraxani Pərvanə

Qasımov Xəlil

Qasımov Mayis

Quliyev Novruz

Qurbanova İnna

Mehdiyeva Naibə

Məmmədov Əmrah

Mirzəyev Oqtay

Səlimov Rəşad

Sərkərov Sirac

Süleymanov Səftər

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

_      müavin

-       katib

-       üzvləri

 

Dadaşova Aidə

Cəfərova Aynurə

Mirzəyeva Şəhla

Abbasova Lamiyə

Qasımova Xatirə

İsrafilovа Niyar

Rüstəmov Qədir

Qasımov Tural

Həsənovа Хаnım

Nigar Mürsəl qızı

Zeynalova Aydan

Nuriyeva Samirə

Hüsüyev Emin

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri

 

Əli-zadə Validə Mövsüm qızı

Hüseynova İradə Məmməd qızı

İbadullayeva Səyyarə Cəmşid qızı

Abdullayev Xanlar Dəyyan oğlu

Ağayeva Dilzarə Nadir qızı

Allahverdiyev Süleyman İslam oğlu

Bayramov Arif Əli oğlu

Əzizov İbrahim Vahab oğlu

Feyziyev Yaşar Mirzə oğlu

Qasımov Xəlil Məmmədəli oğlu

Qasımov Mayıs Əkbər oğlu

Quliyеv Nоvruz Məhəmməd оğlu

Qurbanova İnna Musayevna

Novruzov Eldar Novruz oğlu

Məmmədov Ziyəddin Mahmud oğlu

Məmmədov Tərlan Həzərpaşa oğlu

Mehdiyeva Naibə Piverdi qızı

Mürşüdov Qərib Novruz oğlu

Sərkərov Siracəddin Vəli oğlu

Süleymanov Səftər Yunis oğlu

Şahmuradov İlham Əyyub oğlu

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

 

Mirzəyev Oqtay

Sadıqova Sevil

Nəcəfova Dürdanə

Mirzəyev Oqtay

Sadıqova Sevil

Nəcəfova Dürdanə

Muxtarova Şəkər

Şıxıyev Ağa

Qasımova Zeynəb

İctimaiyyətlə əlaqələrə məsul şəxs Qurbanova Məhsəti

Elmlər doktorları 

Fəlsəfə doktorları