Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Molekulyar sitogenetika şöbəsi

Molekulyar sitogenetika şöbəsi
Tel. (+99412) 5628625 (110)
Faks (+99412)  4499221 
Elektron poçtu

anaib@rambler.ru

naib.aminov@genres.science.az

Struktur bölmənin rəhbəri Əliyeva Aybəniz Cavad qızı
İşçilərin ümumi sayı 11 
Əsas fəaliyyət istiqamətləri 

Təsərrüfat əhəmiyyətli əlamətləri idarə edən genlərin ərzaq bitkilərinə ötürülməsi məqsədilə hibrid populyasiyaların alınması və məqsədyönlü seçmə yolu ilə onlardan yüksəkməhsuldar, xəstəlik və zərərvericilərə davamlı, yerli torpaq-iqlim şəraitinə uyğunlaşmış forma və xətlərin seçilməsi, yeni faydalı gen mənbələrinin aşkar olunması və alınan hibridlərin molekulyar sitogenetik və genetik metodlarla tədqiqi.

Əsas elmi nəticələri

Buğda və egilops növlərindən,  eləcə də mürəkkəb hibridləşmənin məhsulu olan yeni qısaboylu və şaxəli buğda xətlərindən ibarət işlək kolleksiyalar yaradılmış, genetik tədqiqatlarda formaəmələgəlmə mənbəyi kimi istifadə olunan müxtəlif genom strukturuna malik sintetik buğda amfidiploidləri (AABBDDRR, AADDRR, AADDSS, AABBSS) və yüksəkməhsuldar bir sıra sort-formalar, müxtəlif əvəz- və əlavəolunmuş, habelə translokant qısaboylu xətlər, həmçinin, yeni tipli şaxəliliyin mənbəyi olan 171ACS xətti sintez edilmişdir. Bundan başqa, yeni sintetik buğda növü – T. abscheronicum Aliyeva et Aminov, həm də onun 12 növmüxtəlifliyi təyin edilmişdir. İran mənşəli Ae. speltoides Tausch –in tetra- və heksaploid buğdaların B genomunun donoru və habelə Ph-geninin zəif supressoru olduğu eksperimental olaraq sübuta yetirilmişdir. Genom strukturlarının eyniliyinə baxmayaraq, meyozu tənzimləyən genlər sisteminin hər bir növ üçün avtonomluğu müəyyən edilmişdir. Bundan əlavə, biri bərk (Saray), digəri yumşaq (Abşeron) olmaqla, iki buğda sortu yaradılmışdır.