Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Fizioloji genetika şöbəsi

Fizioloji genetika şöbəsi
Tel. (+994 12) 5628625 (114) 
Faks (+994 12) 4499221 
Elektron poçtu

aliyevramiz37@gmail.com

ramiz.aliyev@genres.science.az

Struktur bölmənin rəhbəri Ramiz Tağı oğlu Əliyev

Biologiya üzrə elmlər doktoru, professor  

İşçilərin ümumi sayı 11 
Əsas fəaliyyət istiqamətləri  Kənd təsərrüfatı bitkilərinin abiotik stres amillərə davamlılıq dərəcəsinin qiymətləndirilməsi və davamlılığın fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi.
Əsas elmi nəticələri

Milli genbankda saxlanılan müxtəlif bitki nümunələrinin quraqlıq, duz və istilik streslərinə davamlılıq dərəcələri təyin edilmiş və ən davamlı genotiplər seçilərək təsərüffatlarda tədbiq edilməsi və seleksiya prosesslərində donor kimi istifadəsi tövsiyə edilmişdir.

Bitkilərin stres amillərə davamlılığı hüceyrə genomunda baş verən struktur və funksional dəyişmələrlə, eyni zamanda fizioloji proseslərdəki fəallaşmalarla bilavasitə əlaqədardır. Müəyyən edilmişdir ki, stresə davamlı bitki nümunələrində genomun aktiv hissəsi olan labil xromatin DNT-si artır və RNT sintezi də intensivləşir.

Öyrənilən heksaploid buğda genotiplərinin əksəriyyətində DREB 1 davamlılıq genləri aşkar edilmişdir. Bu genin olması, bitkilərin stresə qarşı dözümlülük mexanizminin aşkar edilməsinə kömək edir.

Quraqlıq və duz streslərinin təsirinə məruz qalmış buğda nümunəsində fotosintetik aktivlik, kiçik molekullu və enzimatik antioksidant sistemin fəaliyyəti tədqiq edilmiş və davamlı nümunələrdə qvayakol-peroksidazanın aktivliyinin yüksəldiyi, prolinin miqdarının isə stresin dərəcəsindən asılı olaraq dəyişildiyi müəyyən edilmişdir. Antioksidant sistemin komponentlərindən birinin artmasının digər komponentin fəallığının azalması ilə müşayiət olunması faktı aşkar edilmiş, bu da sistemin kiçikmolekullu və fermentativ komponentlərinin resiprok işləməsini göstərir.