Tel. | (+994 12) 4988708,
(+994 55) 3069121 |
|
Faks | ||
Elektron poçtu | cafar.agalarov@imm.az, |
|
Struktur bölmənin rəhbəri | Fizika-riyaziyyat elmləri doktoru, professor Ağalarov Cəfər Həsənağa oğlu | |
İşçilərin ümumi sayı | 16 | |
Əsas fəaliyyət istiqamətləri | Deformasiya olunan bərk cisimlərdə (izotrop və anizotrop) dalğaların yayılma hadisəsinin tədqiqi. Zərbə və dağılma məsələləri. Yeni həll metodlarının yaradılması. | |
Əsas elmi nəticələri | İp, membran və torların dinamikası nəzəriyyəsi yaradılmış, çevik rabitələrdə dalğa hadisəsinin eksperimental tədqiqi metodları və materialların dinamik xassələrinin təyin edilməsi üsulları işlənib hazırlanmışdır. Zərbə və konstruksiya elementlərinin dağılmasına dair, o cümlədən mürəkkəb strukturlu materiallar üçün, çoxlu sayda bir və çoxölçülü məsələlər həll edilmişdir. Dünya elmi praktikasında ilk dəfə olaraq düzbucaqlı prizmalarda qeyri-stasionar dalğaların yayılması hadisəsi dəqiq, üçölçülü nəzəriyyə bazasında tədqiq edilmış və uyğun analitik həllər alınmışdır. Dinamik dağılma hadisəsi də həmçinin ilk dəfə olaraq, eyni xətt üzərində olmayan, müxtəlif istiqamətli dağılmalar üçün nəzəri və eksperimental olaraq tədqiq edilmiş və real nəticələr alınmışdır. Maye və elastiki mühitlə doldurulmuş silindrik və sferik örtüklərin bütöv mühitdə stasionar və qeyri stasinar hərəkətləri tədqiq olunmuşdur.
Qeyri dairəvi lövhə və membranın hərəkətləri tədqiq olunub. Üçölçülü elastikodinamika məsələlərinin ümumi həll tapılması üçün sərhəd şərti tənliklərindən 4 naməlum funksiyanın tapılma problemi həll edilmişdir. Bubnun üçün dalğa tənliyinin yeni həllərindən istifadə olunmuşdur. |