Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Fizika İnstitutu

Fizika İnstitutu

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Veb-sayt www.physics.gov.az
Ünvan AZ1143, Bakı ş., H.Cavid pr., 131
Tel. (+994 12) 5387646
Faks  
Elektron poçtu director@physics.science.az
Baş direktor Akademik Arif Məmməd oğlu Həşimov
İcraçı direktor

Hüseyn Behbud oğlu İbrahimov

Fizika-riyaziyyat elmləri doktoru, professor

Elmi katib

Zaur İsmayıl oğlu Süleymanov

Fizika üzrə fəlsəfə doktoru

Xidməti tel.: (+994 12) 5397423

Mobil tel.: (+994 51) 9577787

E-poçt:zarifams@gmail.com
Yaranma tarixi  İnstitut 1945-ci ildə yaradılıb.
Əsas fəaliyyət istiqamətləri 1. Kondensə olunmuş hal fizikası

2. Optoelektronikanın fiziki- texniki əsasları

3. Nüvə fizikası və yüksək enerjilər fizikası

4. Energetikanın fiziki-texniki problemləri

Əsas elmi nəticələr

Selenin müxtəlif modifikasiyalarının strukturu, enerji spektri, bu yarımkeçirici köçürmə hadisələrinin, müxtəlif taraz və qeyri-taraz elektron proseslərinin mexanizmləri, amorf, kristal və maye selenin fiziki xassələrinə xarici amillərin təsir mexanizmləri müəyyənləşdirilmiş, selen düzləndiricilərinin hazırlanması üzrə yeni istehsal sahəsi yaradılmışdır.

AIIIBV, AIIIBVI, AIVBVI birləşmələri, onlar əsasında bərk məhlullar və çoxkomponentli geniş yarımkeçiricilər sırasının kinetik, optik xassələri və quruluş çevrilmələri tədqiq olunub və yeni qalvanomaqnit, termomaqnit və tenzometrik çeviricilər yaradılmışdır.

Kristal bərk cisimlər üçün çox böyük (qiqant) foto-termo-deformasiya effektinə malik materiallar sinifi aşkar edilmiş, kiçik amplitudlu işıq impulsları ilə idarə olunan və işıq enerjisini nanoölçülü məsafələrə qədər mexaniki xətti hərəkətə çevirən aktuator işlənmiş, nanoobyektlər yaratmaq üçün yeni texnologiya təklif olunaraq, bu texnologiya ilə terahers diapazonda spin dalğaları generatoru və qəbuledicilərinin yaradılmasında istifadə oluna bilən nanoölçülü difraksiya qəfəsi işlənib hazırlanmışdır.

AIIIBVI və AIIBVI yarımkeçirici və yarımmetal sferik kvant nöqtələri üçün elektronların, yüngül və ağır deşiklərin enerjisinin kvant nöqtəsinin radiusundan asılılığı təyin edilmişdir.

Se əsasında kristallaşmaya davamlı fotohəssas şüşəvari yarımkeçirici xalkogen sistemin (Se-As, Se-Te) nümunələrinin alınma texnologiyası işlənib hazırlanmış və bu sistemlərin kompleks fiziki xassələri tədqiqi olunmuşdur.

TlInS2 kristalında yaddaş effektinin mövcudluğu müəyyən edilmişdir.

Yüksək müqavimətli və enli zolaqlı CaGa2S4, CdGa2S4 və digər xalkogenid yarımkeçiricilərin fizikası, texnologiyası və texnikası üzrə tədqiqatlar bu maddələrin işıq mənbələri, işıq qəbulediciləri, qeyri-xətti optik çeviricilər, elektrofotoqrafik təbəqələr və s. yaratmaq üçün perspektivli olmaları müəyyən edilmişdir.

Laylı kristal quruluşlu yeni yarımkeçirici materiallar alınaraq onların elektron və fonon spektrləri müəyyənləşdirilmiş, onlarda stimullaşdırılmış şüalanma, elektron-deşik mayesi, Holl sabitinin kvantlanması aşkar edilmişdir.

Kondensə olunmuş halın nəzəriyyəsi inkişaf etdirilmişdir.

Yeni termoemission qalvanomaqnit effektləri aşkar edilmiş, spektrin 0,45-14 mkm oblastı üçün termoelektrik soyuduculu radiasiyaya davamlı fotoqəbuledicilərin, yüksək effektivli termo- və maqnitotermoelektrik materialları və soyuducularının, ionların çıxarılmasının yeni plazmooptik sisteminin, opto-elektron cihazlarının tam diaqnostikası üçün yeni zədəsiz metodların yaradılmasının fiziki əsasları işlənmiş, onların təcrübi nümunələri hazırlanıb sınaqdan keçirilmiş və tətbiq edilmişdir.

Yeni yüksəktemperaturlu ifratkeçiricilər alınmışdır. Yeni yüksəkeffektli elektron texnikası funksional materialları, onların nazik və epitaksial təbəqələri alınmışdır.

Metal məsaməli silisium strukturu əsasında yüksək tezlikli nəmişlik, hidrogen, karbon oksidini təyin edən detektorlar və mini batareyalar işlənilmişdir.

Akustooptik ləngitmə xətləri, akustooptik ponaram qəbuledicisi və akustooptik razılaşdırılmış süzgəc işlənib hazırlanmışdır.

Yüksək gərginlikli qeyri-xətli elektrik şəbəkələrində yaranan ifrat gərginliklərin kumulyativ yüksəldilməsinin aradan qaldırılmasına aid silsilə işlər yerinə yetirilmişdir.

Elektrik təsirlərinə əsaslanan üsullar tədbiq etməklə yüksək elektrofiziki xüsusiyyətlərə malik dielektrik materiallar hazırlanmışdır.

Kompozitlər əsasında müxtəlif məqsədli, akustik, optoakustik, fotoelektrik və akustoelektron çeviricilər işlənib hazırlanmışdır.

Böyük Adron Kollayderində ATLAS təcrübələrində Hiqqs bozonun spin,fəza və yük cütlüyü kvant ədədləri təyin edilmiş, Hiqqs bozonun parçalanma kanallarının birgə təhlili nəticəsində adı çəkilən kvant ədədlərinin Standart Modeldən irəli gələn nəticələrə uyğunluğu və bu kvant ədədlərinin alternativ qiymətlərinin 99,8% ehtimalla istisna olunduğu göstərilmişdir

İşçilərinin ümumi sayı 410
Struktur bölmələri Kosmik şüa mənbələrinin fizikası laboratoriyası
Materialşünaslıq laboratoriyası
Spektroskopik ellipsometriya laboratoriyası
Vakuum fotoelektronikası laboratoriyası
Yüksək gərginliklərin fizikası və texnikası laboratoriyası
Nazik təbəqəli strukturlar laboratoriyası
İnfraqırmızı fotoelektronika və plazma hadisələri laboratoriyası
Dinamik sistemlərdə xaos laboratoriyası
Bionanostrukturlar fizikası laboratoriyası
Nanokristallar fizikası laboratoriyası
Qeyri-kristallik yarımkeçiricilərin fizikası laboratoriyası
Optoelektronika laboratoriyası
Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron prosesləri laboratoriyası
Darzolaqlı yarımkeçiricilər və yuxarıtemperaturlu ifratkeçiricilər
Bərk cisim elektronikası laboratoriyası
Epitaksial təbəqələr və strukturlar laboratoriyası
Kristallofizika laboratoriyası
Patent işi və elmi-texniki ədəbiyyat fondu şöbəsi
Ferromaqnit maddələrin rezonans spektroskopiyası laboratoriyası
Nüvə və yüksək enerjilər fizikası laboratoriyası
Köməkçi şöbə
Almazabənzər və çoxkomponentli birləşmələrin optik və transport xassələri
Təhsil, Xarici və İctimaiyyətlə əlaqələr şöbəsi
Yarımkeçiricilərdə aşqarlar laboratoriyası
Bərk cisimlərdə resonans hadisələri laboratoriyası
Bərk cisim nəzəriyyəsi laboratoriyası
Təchizat və xidmət şöbəsi
Metrologiya, əməyin qorunması və təhlükəsizlik texnikası şöbəsi
Kristalloqrafiya laboratoriyası
Akustooptika laboratoriyası
Ensiklopediya və terminologiya şöbəsi
Nano və aktiv kompozitlər laboratoriyası
Qazların spektroskopiyası laboratoriyası
Yarımkeçiricilərdə və yarımkeçirici nanostrukturlarda köçürmə hadisələri laboratoriyası
Kvant informatikası laboratoriyası
Nanomaterialların tətbiqi texnologiyaları laboratoriyası
Ferroelektriklər və funksional materiallar laboratoriyası
 

Elmi şura

-       sədr

-       sədr müavini

-       katib

-       üzvləri

 

Həşimov Arif Məmməd oğlu

İbrahimov Hüseyn Behbud oğlu

Süleymanov Zaur İsmayıl oğlu

Abdullayev  Nadir  Allahverdi oğlu

Abdinov Cavad Şahvələd oğlu

Bağırova Sitarə Məmmədhüseyn  qızı

Bayramov  Ayaz   Hidayat   oğlu

Cahangirli Zakir Ağasoltan oğlu

Cəfərov Elçin İman oğlu

Cəfərov Təyyar Cümşüd oğlu

Eminov Şıхəmir Osmat oğlu

Əmiraslanov İmaməddin Rəcəbəli oğlu

Hüseynov Vəli Allahverdi oğlu

İbrahimov Tahir Cümşüd oğlu

İsaqov Qüdrət Isaq oğlu

Mehdiyev Tələt Rzaqulu oğlu

Mehdiyeva Səlimə İbrahim qızı

Məmmədov Əli İsa oğlu

Məmmədov Nazim Timur oğlu

Məmmədov Tofiq Qambay oğlu

Musayeva Nahidə Nazim qızı

Nağıyev Şakir Məmməd oğlu

Nəcəfov Arzu İslam oğlu

Nuriyev Hidayət Rəhim oğlu

Nurubəyli Təranə Kamil qızı

Paşayev Arif Mircəlal oğlu

Seyidov Zakir Yuhənnəs oğlu

Rəhimov Rəşad Nizaməddin oğlu

Tağıyev Oqtay  Bahadır oğlu

Vəzirov Hikmət Niyazi oğlu

Atakişiyev Natiq Məmməd oğlu (səsvermə hüququ yoxdur)

Belenki Qriqoriy Lvoviç (səsvermə hüququ yoxdur)

Hüseynov Rauf  Rüstəm oğlu (səsvermə hüququ yoxdur)

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       sədr müavini

-       katib

-       üzvləri
 

İbrahimov Behbud Hüseyn oğlu

Əliyeva Xədicə Fuad qızı

Hidiyev Xalid Ağasəf oğlu

Qəhrəmanova Aynur Səhrab qızı

Paşayev Sənan Mübariz oğlu

Quliyev Cəfər Adil oğlu

Muradova Günay Əli qızı

Səfərzadə Ülviyyə Muxtar qızı

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

 -      elmi katib

-        üzvləri

 

Həşimov Arif Məmməd oğlu

Mehdiyeva Səlimə İbrahim qızı

Mehdiyeva Rəfiqə Zabil qızı

Cavad Şahvələd oğlu Abdinov

Nazim Timur oğlu Məmmədov

Nadir Allahverdi oğlu Abdullayev

Ayaz Hidayat oğlu Bayramov

Təyyar Cümşüd oğlu Cəfərov

İmaməddin Rəcəbəli oğlu Əmiraslanov

Tələt Rzaqulu oğlu Mehdiyev

Tofiq Qambay oğlu Məmmədov

Nurubəyli Təranə Kamil qızı

Kazımov Mahmud Həşim oğlu

İbrahimov Tahir Cümşüd oğlu

İbrahimov  Hüseyn Behbud oğlu

Babayev Mirbaba Mircavad oğlu

Alıyev Yusif İmrayıl oğlu

Araslı Dürdanə Həmid qızı

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri
 

Sitarə Bağırova

Məryəm Əhmədli

Şəhla Əliyeva

Suma Sakit qızı Hüseynova

Aygün Nəbi qızı Hüseyinquliyeva

Rəidə İbrahim qızı Muxtarova

Sənan Mübariz oğlu Paşayev

Təhsil, xarici  və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

f.ü.f.d. Rüstəm Rüstəmov

Tel.: (+994 12) 5380851

Elmlər doktorları

 Fəlsəfə doktorları