Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Hüceyrə metabolizminin fiziologiyası laboratoriyası

Hüceyrə metabolizminin fiziologiyası laboratoriyası
Tel. (+994 12) 4323387  
Faks (+994 12) 4326768 
Elektron poçtu ahmed.hajiyev@yahoo.com
Struktur bölmənin rəhbəri Əhməd Məhəmməd oğlu Hacıyev
fizika-riyaziyyat elmləri doktoru, professor 
İşçilərin ümumi sayı 13 
Əsas fəaliyyət istiqamətləri  Qeyri-ionlaşdırıcı elektromaqnit şüalanmalarının canlı orqanizmə təsirində oksidativ proseslərin rolu. Oksidant-antioksidant qarşılıqlı əlaqələrin orqanizmin  adapitv reaksiyalarında iştirakı (ekstremal faktorların, fiziki yüklərin təsirində).
Əsas elmi nəticələri Eksperimental heyvanlar üzərində aparılan  geniş tədqiqatlar desimetr diapazonunda elektromaqnit şüalanmasının xroniki təsirinə məruz qalan orqanizmdə oksidativ proseslərin və antioksidant müdafiə sisteminin reaksiyalarını üzə çıxarmışdır, bununla da qeyri-ionlaşdırıcı elektromaqnit şüalanmasının bioloji təsirinin sərbəst radikal mexanizmi ilə reallaşması konsepsiyasının fundamental bazası  inkişaf etdirilmişdir. In vitro tədqiqatlarda aşağı intensivlikli 460 MHz elektromaqnit şüalanmasının göz büllurunda redoks vəziyyətə təsiri yolu ilə kataraktın profilaktikası imkanı aşkar edilmişdir. Fiziki məşq yüklərinə məruz qalan orqanizmdə skelet əzələlərinin antioksidant müdafiə sisteminin adaptiv dəyişmələri üzə çıxarılmış və bu dəyişmələrin əzələlərin sürət tipindən və antioksidantların subhüceyrə mənsubiyyətlərindən asılılığı göstərilmişdir.