Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Qeyri-kristallik yarımkeçiricilərin fizikası laboratoriyası

Qeyri-kristallik yarımkeçiricilərin fizikası laboratoriyası
Tel. (+994 12) 5393528  
Faks  
Elektron poçtu msalima@lan.ab.az 
Struktur bölmənin rəhbəri AMEA-nın müxbir üzvü Mehdiyeva Səlimə İbrahim qızı
İşçilərin ümumi sayı 17 
Əsas fəaliyyət istiqamətləri  Şüşəvari xalkogenid yarımkeçirici sistemlərdə electron proseslərinin tədqiqi. 
Əsas elmi nəticələri

Kristallaşmaya davamlı binar (Se-As və Se-Te) və üçqat (As-Se-Te və As-Se-S) şüşəvari halkogenid yarımkeçirici (ŞHY) sistemlərin alınma texnologiyası işlənmiş, hallogen və nadir torpaq elementləri aşqarları əlavə edilməklə elektron xassələrinin məqsədyönlü dəyişdirilməsinə və nəticədə həmin materialların tətbiq oblastlarının genişləndirilməsinə  nail olunmuşdur. Hallogen aşqarlarının ŞHY sistemlərin dreyf yürüklüyü, injeksiya cərəyanları, fotokeçiricilik və optik xassələrə təsirinin kompleks tədqiqi nəticəsində vidikonlar üçün yüksək həssaslığa malik fotohədəf  hazırlanmışdır.

İşığın Raman səpilməsinə, rentgen şüalarının difraksiyasına, xətti və qeyri-xətti sındırma əmsallarına kimyəvi tərkibin və legirələnmənin təsirinin, həmçinin ellipsometriya üsulu ilə həmin maddələrin optik parametrlərinin tədqiqi nəticəsində yaxın və orta infraqırmızı oblastda şəffaf olan fiber-ötürücülər üçün yararlı materiallar təklif olunmuşdur.