Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyası

Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyası
Tel. (+994 12) 5390534
Faks  
Elektron poçtu agrochemlab@tai.science.az,goshgarmm@day.az
Struktur bölmənin rəhbəri Məmmədov Qoşqar Məhərrəm oğlu

Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent 

İşçilərin ümumi sayı 9
Əsas fəaliyyət istiqamətləri  Torpaq-aqrokimyəvi tədqiqatlarda müasir analiz üsul¬larının araşdırılması və tədbiqi,  onların təhlilinin aparılması, elmi-texniki layihələrinin metodiki təminatı və icrası. Müxtəlif aqrosenozlar altında torpaqların aqrokimyəvi  və aqrofiziki xüsusiyyətlərin tədqiqi
Əsas elmi nəticələri Laboratoriya 2013-cü ilin dekabrında yaranmışdır. Hal-hazırda torpaq aqrokimyəvi tədqiqatların aparılması üçün müasir  analitik cihazlar alınmışdır. Laboratorıya əməkdaşları tərəfindən atom-absorb¬sion spektroskopiya (Contr AA-700, Analytic-Jena)  metodu və digər müasir analitik metodlar öyrənilir. Bu metodlardan istifadə edilməklə müxtəlif aqrosenozlarda torpaq münbitliyinin dəyişməsi, bərpası və yüksəldilməsi üzrə müvafiq metodlar işlənib hazırlanır. Respublikamızın quru subtropik zonalarında yayılmış Allüvial çəmən-meşə suvarılan çəmən-qəhvəyi və boz-qonur torpaqların münbitlik səviyyəsi  təyin edilmiş, müxtəlif aqrosenozlarda o cümlədən tərəvəz və meyvə bitkiləri altında müxtəlif gübrələnmə sisteminin effektivliyi müəyyənləşdirilmişdir. Laboratoriyada doktorantura və dissertantura yolu ilə yüksək ixtisaslı kadrlar hazırlanır.