Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Coğrafi fikir tarixi və toponimika

Coğrafi fikir tarixi və toponimika
Tel. (+994 12) 5385416  
Faks  
Elektron poçtu bakhtiyar27@hotmail.com 
Struktur bölmənin rəhbəri Habil Tağı oğlu Haqverdiyev
Coğrafiya üzrə fəlsəfə doktoru 
İşçilərin ümumi sayı 11 
Əsas fəaliyyət istiqamətləri  Şöbənin əsas prioritet tədqiqat istiqaməti Azərbaycanda coğrafiya elminin inkişaf tarixinin öyrənilməsi, o cümlədən Azərbaycanın coğrafi şəraitinə, milli-tarixi mədəniyyətinə, milli-coğrafi məskunlaşmasına dair dünya coğrafiyaçıların və alim-səyyahların müxtəlif dövrlərə dair fikirləri və ideyaları təhlil olunub sistemləşdirilmişdir. Eyni zamanda Azərbaycanda coğrafiya elminin inkişafında Rusiya Coğrafiya Cəmiyyətinin, yerli alimlərin rolu mərhələlər üzrə tədqiq olunur. Bundan başqa Azərbaycanda coğrafiya elminin təkamülündə və elmi-nəzəri və metodoloji cəhətdən formalaşmasında tanınmış tədqiqatçı-alimlərin elmi nailiyyətləri müəyyən sahələr və dövrlər üzrə təhlil olunur. Ümumiyyətlə Azərbaycanda coğrafiya elminin inkişaf tarixinin öyrənilməsinə və elmin tarixinin öyrənilməsinin əhəmiyyəti məsələsinə həmişə mühüm diqqət verilir. 
Əsas elmi nəticələri

Coğrafiya elminə dair müxtəlif kompleks tədqiqatların dinamikası üzrə hesabat işləri  hazırlanmışdır.

1981-ci ildən başlayaraq Azərbaycanın coğrafi şəraitinin, strukturu-ərazi differensiasıyasının və milli-coğrafi məskunlaşmasının dinamikası mərhələ-mərhələ öyrənilir və onların inkişaf tendensiyası dövrlər üzrə sistemləşdirilir.

Müəyyən edilmişdir ki, Azərbaycanda coğrafi fikrin inkişafında və formalaşmasında rus alimlərinin  mühüm rolu var. XX əsrin 50-ci illərdən başlayaraq  Azərbaycanda  yerli  alim-coğrafiyaçı kadr potensialının yaranması  və regional problemlərin həllinə böyük təkan vermişdir.

Azərbaycan toponimlərinin fondu və ensiklopedik lüğəti tərtib olunmuşdur;

Azərbaycan coğrafi terminləri tədqiq edilmişdir;

Böyük Qafqazın, Abşeron regionunun toponimiyası öyrənilmişdir;

Toponimik Araşdırmalar əsasında Azərbaycanın ayrı-ayrı regionlarının toponimik xəritələri tərtib edilmişdir.

Respublikamızın toponimik Fondunun zənginləşdirilməsi, toponimik Lüğət və xəritələrin tərtibi istiqamətində işlər aparılır;

Respublika toponimiyası regionlar üzrə öyrənilir;

Coğrafi adların düzgün yazılışı və dəyişdirilməsi problemi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının işində fəal iştirak edilir.