Tel. | (+994 50) 3272196,(+994 12) 5108591 | |
Faks | (+994 12) 5107442 | |
Elektron poçtu | laboratory_2@kqki.science.az | |
Struktur bölmənin rəhbəri | ||
İşçilərin ümumi sayı | 12 | |
Əsas fəaliyyət istiqamətləri | Keçid elementlərinin metal-üzvi və metalkarbonil birləşmələrinin sintezi, onların əsasında nanostrukturlaşdırılmış katalizatorların alınması və karbohidrogenlərin çevrilmələrində tətbiqi. | |
Əsas elmi nəticələri | Bir sıra keçid və nadir torpaq elementli, üzvi və metal-karbonil liqandlı yeni sinif koordinasion və metal üzvi birləşmələrin sintez metodları işlənib hazırlanmış, quruluşla xassə arasında asılılıqlar müəyyən edilərək, birləşmələrdəki metal atomlarının və onlarla əlaqədə olan liqandların təbiətlərinin öncə, onların reaksiyayagirmə qabiliyyətlərinə, sonra isə katalitik, antidetanasion xassələrinə təsiri müəyyən edilməklə yeni elmi istiqamət formalaşdırılaraq inkişaf etdirilmişdir. Ferrosen və simantren əsaslı birləşmələrin bəzilərindən mühərrik yanacaqlarında tetraetilqurğuşunu (TEQ) əvəz edə bilən ekoloji təmiz oktan-qaldırıcı qatqı kompozisiyaların alınmasında, polimer daşıyıcılarından istifadə etməklə isə yüksək effektli foto-həssas kompozit materialların hazırlanmasında istifadə edilmişdir. Bunlardan Respublikanın kimya və neft-kimya məhsulları əsasında alkilferrosen əsaslı “Kriskat” qatqı kompozisiyasının alınma texnologiyası işlənib hazırlanmışdır. Bu kompozisiyanın kütləvi istehsalı üçün layihə sənədləri hazırlanmış, fazalar arası kataliz şəraitində alınmış metalkarbinol birləşmələrindən Fe–Mn(Fe-Co) və əsaslı katalitik sistemlərdən istifadə etməklə merkaptanlı neft məhsullarının 20-600C demerkaptanizasiyasını həyata keçirmək mümkün olmuşdur. Z-forminq və yüksək qaynama temperaturlu oksigenli üzvi birləşmələrin sintez-qazdan alınması prosesləri üçün Zn–Mo əsaslı daha aktiv və selektiv katalitik sistemlər işlənib hazırlanmışdır. |